Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                 

“Əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər” - Partiya sədri
Tarix: 30-06-2021, 08:47 | Çap et
“Əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər”
“Four Seasons” hotelində deputat Ramil Həsənlə Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında yaranan “maska qalmaqalı” sosial şəbəkələrdə və mediada müzakirə olunmaqda davam edir. Daxili İşlər Nazirliyinin deputatı cərimələməsi isə məsələni daha da böyüdüb.

Oxuculara aydın olsun deyə qalmaqal barədə məlumat verək.

Virtual.org saytı sözügedən “Four Seasons” hotelində R.Həsənovla M.Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlayıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli, britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.

Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənlə evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.

Təmin edilən bu görüş həmin hoteldə müəyyənləşdirilmiş və həmin vaxt deputatın icraya müdaxilə etdiyi bildirilir. Bu barədə vəkil açıqlamasında bildirib ki, əslində məhkəmə qərarının icrasında iştirak etmək hüququ olmayan deputat qəsdən qarşıdurma yaradıb: “Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın uşağı ilə görüşü təmin edilməli idi. Görüş həmin hoteldə müəyyənləşdirilmişdi. Görüş zamanı Ramil Həsən icraya müdaxilə edirdi”.

Məsələ ilə bağlı R.Həsən də fikirlərini REAL TV ilə bölüşüb: “Qanunverici hakimiyyətin təmsilçisi olaraq, hər birimiz sadə Azərbaycan vətəndaşı kimi qanunlara riayət edirik. Konstitusiyanın müvafiq bəndlərinə görə, bizim hüquqlarımızın biri də bundan ibarətdir ki, icazəmiz olmadan hər hansı bir şəxsin və ya o şəxsin nümayəndəsinin videoçəkiliş aparmasına icazə verilmir.

Şəxsi həyatın toxunulmazlığı konstitusiyada təsbit edilib. Təəssüf ki, buna baxmayaraq, vəkilliklə məşğul olan bir şəxs bilavasitə mənim gözümün qarşısında ətrafındakı adamlara təlimat verir ki, belə bir videoçəkiliş həyata keçirsin.

Təəssüf edirəm ki, Vəkillər Kollegiyasının nümayəndəsi, eyni zamanda bəzi mətbuat orqanları təxribatçı addımlarla ölkə gündəmini şəxsi zəmində başqa istiqamətlərə yönəltməyə cəhd edirlər".

R.Həsənlə bağlı bu qalmaqal ilk deyil. Təxminən 20 gün öncə məhkəmə qərarından sonra deputatın mənzilinə gələn icraçıların qarşısına R.Həsən şortiklə çıxmış, onlara qarşı xoşagəlməyən ifadələr işlətmişdi.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı komissiyada həmkarının işinə baxıb-baxmayacaqları barədə sualımıza belə cavab verdi: “Millət vəkili xalq tərəfindən seçilən, mandat verilən, qanunvericiliklə kifayət qədər statusu olan şəxslər olur. Bu baxımdan hər məsələyə görə millət vəkilinin fəaliyyətini İntizam Komissiyasına qoyub, onu tənbeh etmək təcrübəsi mənə elə gəlir ki, təqdir edilən olmaz. Hansı hallarda millət vəkillərinin fəaliyyəti İntizam Komissiyasına verilir? Parlamentin nizamnaməsi pozulanda, eyni zamanda onun hərəkət və davranışları ictimai təhlükəlilik təşkil edərsə, açıqlamaları dövlətçiliyimizə ciddi problem yaradarsa, etdiyi çıxışlar, yazmış olduğu yazılar, müsahibələr dövlətlərarası münasibətlərdə xoşagəlməz gərginlik yaradırsa, bu hallarda İntizam Komissiyası bu məsələlərə baxır. Müzakirələrdən sonra komissiyanın müvafiq qərarı qəbul olunur. Amma Ramil Həsənin hoteldə bir vəkillə mübahisə etməsi İntizam Komissiyası səviyyəsində müzakirə ediləcək məsələ deyil. Verilən açıqlamalardan da məlum olur ki, bu, mübahisə xarakteri daşıyır. Tərəflərdən biri digərinin fikirlərini qəbul etməyib və hər kəs özünün haqlı olduğunu ortalığa qoyub, beləliklə də mübahisə yaranıb. Ona görə də bunun İntizam Komissiyasında müzakirə edilməsinə, məncə, ehtiyac yoxdur. Mübahisə özü belə ictimai təhlükə təşkil etməyib. Burada təbii ki, əxlaqi qaydalardan, amillərdən kənarda olan fikirlərin səslənməsi barədə mətbuatda məlumatlar getməyib. Bu baxımdan mübahisənin İntizam Komissiyasına çıxarılması barədə fikirlər, tələblər qeyri-ciddi səslənir. Hər birimiz hətta ailədə belə mübahisə edirik. İş yerində, həyatda yaxın olanlar şəxslər, dostlar arasında belə mübahisələr yaşanır. İndi buna görə onlar cəza almalıdırlar? Düşünürəm ki, bu məsələnin İntizam Komissiyasında müzakirəsinə ehtiyac yoxdur. Buna əsas da görmürəm. Amma millət vəkilinin üzərində ictimai nəzarətin güclü olduğunu unutmamalıyıq. Deputat bütün situasiyalarda özünü cilovlamağı bacarmalıdır. Onun demiş olduğu söz, atmış olduğu addım, yol vermiş olduğu hərəkətlər cəmiyyətdə ciddi rezonans doğurur. Bunu millət vəkilləri nəzərə almalıdır. Ümidvaram ki, bundan sonra yəqin hörmətli həmkarımız Ramil Həsən davranış və hərəkətlərində emosiyalara yol verməyəcək, istənilən situasiyada daha çox təmkin nümayiş etdirəcək”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli məsələnin hüquqi tərəflərinə toxundu: “Bu insidentin təfərrüatları barədə tam məlumatlı deyiləm. Düşünürəm ki, tam dolğun məlumata malik olanlar da azdır. Belə mübahisələr olur. Sadəcə, onu bilirəm ki, deputat tərəf kimi çıxış edib və vəkil bunun üçün onunla mübahisə edib. Hər halda, onun dediyindən çıxış edirəm. Məhkəmə valideynin uşağı ilə görüşməsi üçün qərar verməlidir. Hesab edirəm ki, məhkəmədə baş verən bu mübahisəni o qədər də şişirtmək lazım deyil. Məhkəmə zamanı bir-birinə qarşı bundan da kəskin davranışların olduğunu, ifadələrin işlədildiyini görmüşük. Bizdə adətən belə fikirlər var ki, vəzifə statusu varsa, deputatdırsa, etik qaydalara daha çox əməl etməlidir. Əgər mübahisə zamanı söyüş, təhqiredici ifadələr varsa, o zaman bu məsələyə baxıla bilər, yəni Milli Məclisin İntizam Komissiyası tərəfindən. Bu komissiya tənbehedici tədbirlər görə bilər. Xəbərdarlığın edilməsi, töhmətin verilməsi mümkündür. Düşünürəm ki, mübahisə deputat mandatından məhrum edilməyə qədər gəlib çıxmayıb. Qanunvericiliyə görə, əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər. Amma bu olayı etik qaydaların pozulması kimi qələmə vermək olar, kobud pozulma kimi deyil”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev həmkarının müdafiəsinə qalxıb. O bununla əlaqədar öz facebook səhifəsində status paylaşıb: “Ramil Həsən yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cərimələyiblər. Yəni mənim vətəndaşa mövqeyim budur, ona doğma yanaşmamdır. İnanmıram ki, elə deputat olsun ki, o, vətəndaşın cərimə edilməsinə sevinsin.

Əslində qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir. Bir də qanunu açıb baxacam. Demirəm ki, deputat kimdənsə artıqdır. Deputat da sadə bir vətəndaşdır.

Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyəti orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur.

Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız.

Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru