"Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var" - deputat
Tarix: 8-07-2021, 08:33 | Çap et
 Azərbaycanda rayonların yeni iqtisadi bölgüsü haqqında Fərman imzalanıb. Prezident İlham Əliyevin imzaladığı Fərmanda Şərqi Zəngəzur iqtisadi rayonunun da yaradıldığı bildirilir. Fərmana əsasən, iqtisadi rayonun tərkibinə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.
Məlum olduğu kimi, bu torpaqlar müharibə nəticəsində ciddi dağıntılara məruz qalıb, infrastruktur xeyli ziyan görüb. 44 günlük müharibə nəticəsində işğaldan azad olunan torpaqlarda iqtisadi inkişafın artırılması istiqamətində görüləcək işlər artıq reallaşır.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında sənədin Zəngəzur ərazisinin iqtisadi inkişafının yüksəldilməsinə xidmət məqsədi daşıdığını bildirib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması yalnız Azərbaycan üçün deyil, həm də dünya üçün Zəngəzurun vaxtilə parçalanması faktını yaddaşlarda təzələyir, eyni zamanda ərazinin bütövlüyünün vacibliyi özündə ehtiva edir:
“Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Ümid edirəm ki, gələcəkdə Qərbi Zəngəzura daxil olan Qafan, Mehri, Gorus və Sisyan rayonları da Şərqi Zəngəzura birləşəcək və Zəngəzurun iqtisadi inkişafı ilə bağlı Prezident yeni fərman imzalayacaq”.
Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, Şərqi Zəngəzur termini Qərbi Zəngəzurun vaxtilə ermənilər tərəfindən işğalı faktına işarə vursa da, bu ərazinin geri qaytarılması Azərbaycanın xarici siyasətinə ziddir:
“O torpaqlar bizim olsa belə, siyasi iddia irəli sürmürük”. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması müqavilədə nəzərdə tutulduğundan, bu addımın atılması reallığa əsaslanır. Fazil Mustafa onu da deyib ki, işğaldan yeni azad olunmuş torpaqların iqtisadi inkişafını təmin etmək üçün belə bir modelin seçilməsi məqsədə uyğundur. Onun fikrincə, Ələt Azad İqtisadi Zonasının yaradılmasından sonra belə bir addımın atılması gözlənilən idi.
“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Qadir İbrahimlinin sözlərinə görə, Zəngəzur dəhlizinin bərpa olunması Naxçıvanın Azərbaycanın digər bölgələri ilə birləşməsi deməkdir. Bu addımın həm Azərbaycan, həm Türkiyə, həm də regional baxımdan əhəmiyyətli olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, böyük dağıntılara məruz qaldığından işğaldan azad olunan ərazilərin iqtisadi cəhətdən bərpası xeyli vaxt və vəsait tələb edir: “Söhbət milyonlardan yox, milyardlardan gedir. Amma Azərbaycan layihənin reallaşmasından çox qazanacaq”.
Siyasətçi Azər Qasımlı isə hesab edir ki, ölkədə ümumilikdə iqtisadi islahatlara ehtiyac var: “Azərbaycanın işğal edilməmiş, yəni hazırda təhlükəsiz yaşadığımız bölgələrdə belə iqtisadi islahatlara ehtiyac var. O ki qaldı yeni işğaldan azad edilmiş bölgələrdə”.
Büdcədən külli miqdarda vəsaitin ayrılacağını vurğulayan politoloq deyib ki, tikinti sektoru vasitəsilə müvəqqəti və ucuz iş yerləri açılsa da, bu, işsizlik probleminin də həllində ciddi rol oynamayacaq. Azər Qasımlının fikrincə, Qarabağ problemi tam həll olunmalı, rus hərbi kontingenti oradan son nəfərədək çıxarılmalı, Dağlıq Qarabağda separatçı rejimin fəaliyyətinə son qoyulmalıdır: “Yatırım üçün gərək Azərbaycanla Ermənistan arasında razılaşmalar olsun. Hər şeydən əvvəl isə həm iqtisadi, həm də siyasi sahədə ədaləti təmin etmək lazımdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27 |
|
|
|
| • ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23 |
|
|
|
| • İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11 |
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
|