Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                 

"Azərbaycanda ciddi siyasi partiyalar yoxdur" - Jurnalistdən İTTİHAM
Tarix: 12-07-2021, 11:49 | Çap et
"Azərbaycanda ciddi siyasi partiyalar yoxdur"
Tanınmış siyasətçi olmaq o qədər də asan deyil. Bu iş asan olmasa da, siyasətçi olmağa can atanlar çoxdur. Bəziləri hay-küylə göz önündə qalmağa, gündəm yaratmağa çalışır ki, bu da siyasi prosesləri izləyənlərə tərəfindən birmənalı qarşılanmır.

Siyasətdən yazan jurnalistlər Modern.az-a hay-küyçü siyasətbazlar haqqında danışıblar.

Ölkə.az-ın müxbiri Mürtəza Bünyadlı özünü siyasətçi hesab edənlərin təbliğat formalarını müxtəlif cür qurduqlarını qeyd edib:

“Təbliğatın müxtəlif forması var. Onlardan biri də hansısa şəkildə siyasi gündəmdə olmaq, özünə tərəfdar toplamaqdır. Siyasətçilər ölkədə baş verən ictimai-siyasi proseslərə öz düşüncələri, baxışları bucağından qiymət verməyə çalışırlar. Biz bu zaman pafoslu çıxışların da şahidi oluruq. Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da bu cür siyasətçilər var. Bir qismi uzun zamandır ictimai-siyasi proseslərdə iştirak edən, indi yenidən önə çıxmağa çalışanlardır. Siyasətdə pafos qəbul olunan bir şeydir. Lakin pafosun arxasında baş verən prosesə real qiymət verib, dəyərləndirdikdən sonra həmin şəxsləri ciddi siyasətçi adlandırmaq olmaz. Biz bu cür şəxsləri çox görmüşük. Hansı ki, Azərbaycan siyasi səhnəsinə populist və pafoslu çıxışlarla gəliblər. Lakin müəyyən həlledici mərhələdə o pafos işə yaramayıb.
Müəyyən şəxslər olub ki, siyasətə gəliblər, qısa müddət sonra siyasi səhnədən gediblər. Pafoslu fikirlərlə gündəmi çox qısa müddətı zəbt etmək olur”.

M.Bünyadlı siyasətə yeni gələn gənclər haqqında da danışıb:

“Bu gün siyasi səhnədə müəyyən gəncləri görürük. Pafoslu fikirlərlə çıxış edirlər. Guya, onlar baş verən ictimai-siyasi narazılıqlarda özlərini öndə görürlər. Onlara uğurlar arzulayırıq. Lakin siyasətçinin işi qısamüddətli deyil, uzunmüddətli prespektivə əsaslanmalıdır. Gənclər özlərini, dövrün tələbinə uyğun hazırlamalıdırlar.
Bu gün Azərbaycanda siyasi proseslərlə məşğul olanlar, siyasətdə aktiv olan insanlar var, sayları çoxdur. Çox təəssüf ki, Azərbaycanda real siyasətçi azdır. İqtidarda ölkə başçısından başqa bir neçə adamı çıxmaq şərti ilə siyasətçi görmürəm.
İstər dünyada, istərsə də Azərbaycanda baş verən hadisələri kökdən təhlil edən bir siyasətçi tapmaq mümkün deyil. Liderin işi istənilən situasiyadan çıxış yolunu tapmaqdır.

İndiki siyasətçilər klub səviyyəsindədirlər. Yəni bir qədər tərəfdar toplayıb məsələləri müzakirə edirlər. Bu səbəbdən Azərbaycanda ciddi siyasi partiyalar yoxdur.

Azərbaycanda siyasətçi yox, özünü siyasətə və ictimai-siyasi proseslərə pərçim edənlər var. Bunun acı nəticəsini cəmiyyət çəkir. İnsanlar xəyal qırıqlığı ilə üzləşirlər. Onlar qısa korporativ maraqları üçün çalışırlar və sonda da siyasətə pərçim olanlar siyasətin irəli getməsinə mane olurlar. Bu gün ilk növbədə siyasətə pərçim olanlardan xilas olmaq lazımdır. Onların pafoslu, populist fikirləri ölkəni irəliyə deyil, geriyə aparır”.

Oxu.az saytının müxbiri Aqşin Kərimov siyasətdə yalan danışmağın və ya faktlar, proseslərə dair fikirlərlə manipulyasiyalar edərək fikir yürütməyin normal və təəccüb doğurmayan bir hal olduğunu vurğulayıb:

“Bəzi siyasətçilərimiz yalanı və ya eşitdiyi iddianı da düz-əməlli, faktlarla zənginləşdirib ortaya normal fikir qoya bilmir, çünki onların elektoratına bu, lazım deyil. Elektorat sorğulamayanda isə siyasətçi yalanı-yalana calayır və reytinq naminə istənilən şəxsi, istənilən qurumu yeri gəldi-gəlmədi qaralayır. Bəzi siyasətçilər isə səmimi hisslərini dilə gətirə bilər.

Tural Abbaslının adını çəkə bilərəm. Amma nə olursa olsun, özü haqqında hay-küyçü, “ura”, “halaldır”, “oğulsan”, “filankəsi darmadağın etdin” tipli ifadələrin yaranmasına rəvac verən xarizma və fikirlərə sahibdir. Ona görə də, hazırda sosial şəbəkələrin fenomeni olsa da, onu cəmiyyəti irəli aparacaq siyasətçi kimi görmürəm.

ReAl Partiyasının sədri İlqar Məmmədov isə qarışıq siyasi lider xarizmasına sahibdir, həm auditoriya qazanmaq istəyir, bu yolda təhqirlərdən belə çəkinmir, həm də özü haqqında müxalifətin intellektual kəsimi fikrini formalaşdırmaq istəyir. Açığı, orta xətti tutub, amma cəmiyyət belə qızıl ortaya münasibətdə immunitet formalaşdıra bilməyib.
Tofiq Yaqubluya keçmiş döyüşçü kimi hörmət edirəm, amma o adamı intellektual siyasət meydanında görməkdə çətinlik çəkirəm.
Müsavat başqanı Arif Hacılı isə çox primitiv yanaşmalar nümayiş etdirir, bilərəkdən edirsə, təəssüflənirəm, bilməyərəkdən edirsə, yenə təəssüflənirəm.

AXCP sədri Əli Kərimlinin nitqi, inandırıcılıq qabiliyyəti güclüdür, lakin sorğulayanda onun da xeyli manipulyasiyalar etdiyini görərik.
YAP-çı siyasətçilərdən də manipulyasiyalar görürük, hakimiyyətin istənilən addımına haqq qazandırır, hamının əleyhinə işləyən qərarları malalamağa çalışırlar.
Siyavuş Novruzov debatlıq siyasətçi deyil, çünki bunun üçün yetərli güclü siyasi bazası yoxdur.
Elman Nəsirov isə fərqlidir, təmkinlidir və faktlarla danışmağı sevir.
ADP sədri Sərdar Cəlaloğlu savadlıdır, lakin debat mədəniyyəti demək olar ki yox səviyyəsindədir. Çıxış və yanaşma olaraq İqbal Ağazadənin fikirləri maraq doğurur, amma kim zəmanət verə bilər ki, o da yalan danışmır? Bir sözlə, siyasət yalan danışmağı sevir”.
"Teleqraf.com" saytının əməkdaşı Nemət Orucov hazırkı dövrdə bütün siyasətçilərin hay-küy yaradaraq, gündəmdə qalmağa çalışdığını bildirib:

“Onları təsnifatlaşdırmaq istəməzdim. Ancaq mütləq əksəriyyəti günlərini bu formada yola verirlər. Səbəb də odur ki, ya siyasi gündəm yoxdur, ya da gündəm yarada bilmirlər. Bu halda populizmə meyl baş verir. Təəssüf edirəm ki, siyasət populistlərin peşəsi səviyyəsinə enib. Hamısı eyni cür fəaliyyət göstərir. 3-5 nəfərin adını çəksəm, digərlərinin adı çəkilməsə, bu ədalətsizlik olar”.

AzPost.info-nun baş redaktoru Xaqani Səfəroğlu da fikirlərini bizimlə bölüşüb:

“Siyasətçilərin işi danışmaqdır. Yalan və doğru danışdıqlarını verdikləri vədlərin həyata keçməsi zamanı və rəqibləri ilə debatlarda bilmək olur. Konkret hansısa siyasətçinin adını çəkmək üçün əlimizdə fakt olmalıdır. Amma bəzi siyasətçilər sosial şəbəkədə tanınmaq və tərəfdar cəlb etmək üçün populist vədlər verirlər. Siyasətçi baş verən hadisəni təhlil etməli deyil, hadisə və siyasi proses yaratmalıdır. Bizdə yeni nəsil siyasətçilər daha çox politoloq və siyasi icmalçı kimi çıxış edirlər. Siyasi meydan zəif olduğu üçün siyasi polemikalar da kasaddır və bu da "şüar qəhrəmanları" üçün fürsət yaradır”.
“Şərq” qəzetinin əməkdaşı İsmayıl Qocayevin fikirlərinə nəzər salaq:

“Siyasətdə kiminsə “hay-küylü”, “qışqıran adam” obrazında təqdim olunmasının və buna görə tənqidə məruz qalmasının tərəfdarı deyiləm. Siyasətçi yeri gələndə qışqırmalı, ucadan danışmalı, hətta bəzən yumşaq formada yalan söyləməyi də bacarmalıdır. Ümumiyyətlə, düşünürəm ki, bir adam siyasətə atılıbsa, hökumətin, 10 milyonluq xalqın idarəsinə namizəddirsə, qətiyyən sus-pus şəkildə bir küncdə əyləşməli deyil, hər mənada özünü göstərməli, gündəmdən düşməməlidir. Çünki siyasətçi, partiya rəhbəri ilk növbədə cəmiyyət arasında tanınmalıdır. Özünə dəstək toplamalı, sosial bazasını genişləndirməli, ona inananların, güvənənlərin sayını artırmalıdır. Əks halda, seçkilərə necə qatılacaq, səs faizini necə artıracaq?

Bu mənada fərqli sosial platformalar siyasətçilərin köməyinə gəlir. Siyasət spesifik xüsusiyyətlərə malik olmaqla yanaşı, canlı, dinamik sahə hesab olunur. Gündəmlə, müasir tələbələrlə ayaqlaşmaq vacibdir. Bir küncə çəkilib, başını aşağı salıb, masa başında tədqiqatlarla məşğul olanlar isə yəqin ki, siyasətşünaslar, siyasət elmi ilə məşğul olanlardır. Fəal siyasət isə tamamilə başqadır. Həm də əksər hallarda ictimaiyyət özü tələb edir ki, partiya rəhbərləri, siyasətçilər daha aktiv olsunlar. Yəni tərif yox, daha çox tənqidi məqamları dilə gətirsinlər. Əgər kimsə həqiqətən yalançı və quru hay-küyçüdürsə, buna görə də narahat olmağa dəyməz, çünki tədricən öz dəstəkçisini itirəcək və ona qulaq verən qalmayacaq”.
Etikxəbər.az saytının rəhbəri Kamil Həmzəoğlu son illər gənclərin siyasətdə bir qədər fəallaşdığını vurğulayıb:

“İstər iqtidar olsun, istərsə də müxalifət - hər birində gənclər fəaldır. Gənclər üzə çıxmağa çalışırlar, lakin hər iki cəbhədə müəyyən problemlər var. Yeni nəslin ortaya çıxmasına o qədər də yaxşı yanaşmayan qüvvələr var. Söhbət həm hakim qüvvələrdən, həm də orta mövqedə dayananlardan gedir.

Təəssüf ki, siyasətə atılan müəyyən qrup gənclərdə 80-90-cı illərdə olan ehtirası, fəallığı görə bilmirik. Hamı ən asan yola qaçmağa çalışır. Lakin siyasət meydanı heç də asan bir məkan deyil.

Ümumiyyətlə, siyasətdə özünü göstərmək istəyən şəxslər gərək mübarizənin hər bir üsuluna, hər bir döyüşünə hazırlıqlı olsun. Təbii ki, proseslər nə qədər rahat məcrada getsə, ölkəmizin inkişafına da bir o qədər təsir edər. Siyasi təlatümlərdən uzaq olmaq, düşüncələrimizdə inqlab etmək zamanıdır. Mən arzu edirəm ki, siyasətçilərimiz daha çox yeni texnologiyaları mənimsəsinlər, nəinki bir-birlərini təhqir etsinlər, böhtan yağdırsınlar. Açıq danışsaq, hazırda siyasətdə olan o qədər insanlar var ki, mən onları ciddi sima hesab etmirəm. Onlar keçicidirlər. Bu gün siyasətdədirlər, sabah olmayacaqlar. Onlar unudulacaqlarını bilirlər, lakin nə ilə isə yadda qalmağa çalışırlar.
Biz artıq dövlətimizin, xalqımızın inkşafına müsbət təsir göstərəcək məqamlar uğrunda çalışmalıyıq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru