Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                 

YAP-a qoşulan partiya sədrləri ETİRAZ EDİR - “Bizimlə maraqlanan yoxdur”
Tarix: 12-07-2021, 14:34 | Çap et
YAP-a qoşulan partiya sədrləri ETİRAZ EDİR
Bu ilin martında keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayında altı partiya hakim partiyaya qoşulmaqla bağlı qərar verdi. Qurultay zamanı partiyaların birləşmə məsələsini gündəliyə təklif edən Prezident İlham Əliyev bildirdi ki, YAP-a qoşulan partiyaların nümayəndələri YAP-ın fəaliyyətində aktiv iştirak etməlidir. Eyni zamanda hakim partiyanın inkişafı üçün yeni proqramın hazırlanması üçün YAP rəhbərliyinə üç ay vaxt verildi.

Qeyd edək ki, YAP-a qoşulma qərarını verən Azərbaycan Demokratik Sahibkarlar Partiyasının qurucu sədri Mahmud Məmmədov olub. O, “Günay Bank”ın sahibi və sonradan fəaliyyətinə xitam verilən ilk özəl televiziyalarından birinin – “BMTİ TV”-nin də təsisçisi idi. Partiyanın son sədri isə Qasım Qasımov olub.

YAP-a qoşulmaqla bağlı qərar verən digər partiyanın - Azərbaycan Kəndli Partiyasının sədri Məmməd Məmmədov olsa da, bu partiyanın qurucusu Baş nazirin səlahiyyətlərini icra etmiş Feyruz Mustafayev olub.

Azərbaycan Xalq Demokratik Partiyası da hakim partiyaya birləşib. Bu partiyanın sədri Rafiq Turabxanoğlu 1992-ci ildə keçirilən prezident seçkilərində namizəd olub. Onun rəqibi və seçkilərin qalibi Əbülfəz Elçibəy mətbuata açıqlamasında demişdi ki, o, özünə deyil, Rafiq Turabxanoğluna səs verib.

YAP-a qoşulan Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc bu partiya sədrliyinə gələnə qədər ölkənin ən böyük gənclər təşkilatlarından olan “Türk Millətçi” Gənclər Təşkilatına rəhbərlik edib. Ardınca 10 partiyanı öz ətrafında birləşdirən “Bizim Azərbaycan” blokunun sədri olub.

Yurddaş Partiyası Azərbaycan müxalifətinin ən fəal partiyalarından olub. Partiyanın sədri Mais Səfərli 33 saylı Xətai seçki dairəsindən Milli Məclisin deputatı olub. Ötən il koronavirus səbəbindən dünyasını dəyişib və partiyanın başına bacısı gətirilib. Bu partiya da hakim siyasi qüvvəyə birləşib.

Nəhayət, Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov müxtəlif iqtidaryönlü siyasi birliklərdə təmsil olunub və müstəqil partiya rəhbəri olsa da, əsasən iqtidarı müdafiə etməklə diqqət çəkib - Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik və s. partiyalar kimi.

AYNA hakim partiyaya qoşulmaqla bağlı qərar verən partiyalardan bəzilərinin sədrləri ilə həmsöhbət olub. Onlar YAP-dakı fəaliyyətləri, təmsilçilikləri və digər məsələlər ətrafında fikirlərini bölüşüblər.

Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlunun sözlərinə görə, kollektiv şəkildə partiyaya üzv olmaqla bağlı qərar versələr də, YAP-ın fəaliyyətində faktiki olaraq iştirak etmirlər: “Bilirsiniz ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Bu zəfəri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdi. Bizim xəyalımız gerçəyə çevrildi. Zatən, Azərbaycan Xalq Demokratik Partiyasının əsas hədəfi də elə bu idi. Tam səmimiyyətimlə deyirəm ki, İlham Əliyev fitri istedada malik siyasətçidir. O, böyük siyasətdə necə davranmağı, uğura aparan yolu hamıdan yaxşı bilir”.

“Bu səbəbdən hesab etdik ki, onun liderliyi altında fəaliyyət göstərmək daha məqbuldur. Növbədənkənar qurultayda cənab Prezident bizi salamladı və YAP-a qoşulan partiya üzvlərini partiyanın siyasi həyatında aktiv iştirak etməyə səslədi. Lakin bu gün bizim partiyada rolumuz və yerimiz bəlli deyil. Qurultaydan sonra bu məsələ bitdi. Gələcəkdə necə olacaq - bu suala biz yox, partiya rəhbərliyində təmsil olunan və bu məsələyə məsul şəxslər cavab versə, daha yaxşı olar”, - deyə siyasətçi bildirib.

75 yaşı tamam olan Turabxanoğlu hakim partiyadan onu təbrik etmədiklərini deyib: “Əslində, mən ad günü, yubiley və bu kimi tədbirlərin keçirilməsinə tərəfdar deyiləm. Ömrümüzün çoxu siyasi fəaliyyətdə keçib. Şüurlu fəaliyyətimizi bu sahəyə, millətçiliyin təbliğinə həsr etmişik. Yeni Azərbaycan Partiyasından zəng edib, məni təbrik edən olmayıb. Heç incimirəm də. Ümumiyyətlə, qurultaydan sonra bizim partiyada fəaliyyətimiz yox dərəcəsindədir. Bizimlə hər hansı müzakirələr də aparılmayıb”.

Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc YAP-a qoşulmaqla bağlı verdikləri qərarı zamanın tələbi sayır: “Rəhbəri olduğum partiya mövcud siyasi reallığı nəzərə alaraq bu qərarı verdi. Hesab edirəm ki, bu, tamamailə düzgün və düşünülmüş qərar idi. Bundan sonrakı proseslər və məsələnin ağırlığı qoşulduğumuz partiya rəsmilərinin üzərindədir. Onların atacağı addımlar, verəcəyi qərarlar, üzvlərimizin potensilından istifadə edib-etməyəcəkləri ilə bağlı gəldiyi nəticələr onlara bağlı məsələlərdir. Bu baxımdan hər hansı şərh vermək etik olmazdı”.

Həmsöhbətimizin dediyinə görə, YAP-a birləşmə qərarı verərkən cəmiyyətdə böyük əks-səda yaranıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərə və islahatlar prosesinə dəstəyimizi ifadə etdik. Bu, tarixi zərurət idi. Hesab edirəm ki, hakim partiya yenilənməli və partiyada islahatlar davam etdirilməlidir. YAP-ın fəaliyyəti partiya sədrini qane etsəydi, o zaman növbədənkənar qurultaya ehtiyac olmazdı. Bir halda ki, partiyanın siyasi lideri islahatlar anonsu verib, şübhəsiz ki, o mütləq həyata keçiriləcək. İnanıram ki, yaxın gələcəkdə biz hakim partiyanın fəaliyyətində ciddi yeniliklərin şahidi olacağıq”.

Azərbaycan Kəndli Partiyasının sədri Məmməd Məmmədov bu barədə ətraflı danışmaq istəmədiyini desə də, qeyd edib ki, qurultaydan sonra onlarla maraqlanan olmayıb: “Kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı qərar verəndən sonra hakim partiya bizim müraciətimizi qəbul etdi. Prezident İlham Əliyevin təklifi əsasında məsələ qurultayın gündəliyinə də salındı”.

“Sonuncu dəfə hakim partiya rəsmiləri və məsələyə məsul şəxslərlə təmasım qurultay zamanı olub. Ondan sonra bizimlə maraqlanan olmayıb. Üzvlərimizin partiyada hansı formada rəsmiləşdirilməsi barədə də məlumatsızam”, - deyə Məmmədov vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru