Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                 

“Toylar daha sərt şəkildə qadağan edilməlidir” - deputat
Tarix: 14-07-2021, 08:13 | Çap et
“Toylar daha sərt şəkildə qadağan edilməlidir”
Dünyada COVID-19-a yoluxma hallarının sayında ardıcıl dördüncü həftədir artım qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreisus bu barədə danışarkən deyib ki, bu artım ÜST-nin altı regionundan beşində qeydə alınıb. Qebreisus ölüm halları ilə bağlı bədbin rəqəmlər də açıqlayıb. Belə ki, buna qədər 10 həftə azalan ölüm sayı son həftədə artıma keçib.

Azərbaycanda isə hazırda epidemioloji vəziyyət stabil olsa da, yaxın aylar üçün proqnozlar heç də ürəkaçan deyil. Belə ki, Daxili İşlər Nazirliyi Bakıda şadlıq saraylarında keçirilən toy mərasimləri zamanı karantin qaydalarına əməl edilməsinin vəziyyəti və aparılan yoxlamalar zamanı bir sıra qayda pozuntularını aşkara çıxıb. Nazirliyin məlumatında məlumatda bildirilir ki, iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilsə də, aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında qeyd olunan qərardan irəli gələn tələblər pozulub. Toyların təşkili zamanı “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib. Belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakıda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalar aparıb. Son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq sarayında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında (“Gülüstan”, “Golden Baku”, “Billur”, “Kral”, “Aura”, “SS Hall”, В«ƏrzurumВ», В«Neon PalaceВ», В«KleopatraВ», В«Sevən ürəklərВ», В«Xan bağıВ», В«ŞuşaВ») xüsusi karantin rejimi qaydalarının pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.

Dörd şadlıq sarayı və bir restoranda isə (В«YeganəВ», В«AmorВ», В«İdealВ», В«RetroВ», В«SədaВ») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.

Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilib. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə iki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.

Göründüyü kimi, bu gedişlə payızda virusla bağlı vəziyyət acınacaqlı hal ala bilər. Bir müddət əvvəl “Toy olsun” deyərək hər kəs hökumətdən yeni qərar gözləyirdi. İcazə verildikdə isə toylarda, eləcə də restoranlarda pandemiya qaydalarına əməl edilmədiyinin şahidi oluruq. Dünyanın bəzi ölkələri artıq karantin qaydalarına qayıtmağa məcbur oldular, bəs görəsən, Azərbaycanda da bu tətbiq edilməlidirmi? Xəstəlik artarsa, toylar dayandırıla bilərmi?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Mən özüm də toylarda oldum, görürəm ki, insanlar həqiqətən də əməl etmək fikrində deyillər. Arxayınlaşıblar. Elə bil ki, hər şey yoluna düşüb. Hətta insanlar görüşəndə elə qucaqlaşırlar ki, sanki pandemiyanın bitdiyi elan edilib. Çox rahatlıqla hamı prosesi tamamlamış kimi görür. Ona görə də bizim kimi cəmiyyətlərə açığı bir çox şeyləri qadağasız etmək mümkün deyil. Biz də çox təkidlə deyirdik, toylara icazə verilsin. Amma insanların öz öhdəsinə buraxanda əməl etmədiyini görürük. Veclərinə də deyil ki, sahibkarı zərbə altına qoyurlar”.

Deputat hesab edir ki, toylar bundan sonra daha sərt şəkildə qadağan edilməlidir: “Çünki insanları öz öhdəsinə buraxdıqda, qaydalara əməl etmirlər. Sanki hər şey bitib, heç pandemiya da olmayıb. Adamlar var ki, pandemiyada toy keçirib. İndi fikirləşirlər ki, yenidən toy edək, çünki gedib pul salmışıq. Anlamırlar ki, təbii fəlakətlə üz-üzədirlər. Bəziləri də toyları təkrar bir də keçirirlər, yəni olmuş toyu bir də edirlər. Bu, bizim cəmiyyətin müəyyən dərəcədə çətin, ağır günlərdən sonra düşüncə dəyişikliyinə sahib olmadığını göstərir. Ona görə də çox guman ki, bu qadağaların müəyyən forması bu müddət başa çatandan sonra, xüsusilə də avqustun ortalarından başlayaraq tətbiq etmək lazımdır ki, sentyabr ayına təhlükə riski böyüməsin”.

F.Mustafa “Delta” ştammı təhlükəsi ilə bağlı yenidən qaydaların tətbiq olunmasını vacib sayır: “Sərt karantin rejiminə qayıtmaqdan başqa alternativ yol yoxdur. Çünki toy məsələsi göstərdi ki, insanların başqa bir fikri yoxdur. İnsanlar fikirləşir ki, necə edək ki, köhnə qaydalara qayıdaq. Buna da əməl etmirlər. Ona görə nəticə xoşagəlməz olacaq”.

Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Təbii ki, yoluxma sayı çoxalarsa, karantin qaydaları da sərtləşdiriləcək. Amma nə etsən də, yoluxma sayına təsri etməyəcək. Elə xəstələrimiz var idi ki, evdən çölə çıxmırdılar. Amma yoluxmuşdular. Bunun qarşısını almaq mümkün deyil. Əgər yeni ştamm olacaqsa, yayılmasının qarşısını almaq mümkün deyil. Əvvəldən də hər hansı proqnozlar vermək mümkün deyil. Yalnız toylarda deyil, yoluxma olanda digər yerlərdən də yayılır. Yalnız toylarda artacaq demək də doğru deyil. Ona görə də sərt karantin rejiminin tətbiqinin tərəfdarı deyiləm. Əksinə qapanmalar insanların psikasını pozur. Fobiya yaranır, bir qisim insanda qorxudan da xəstəliklər yarana bilər. Yaxın ölkələrdə ”Delta" ştammı varsa, bizə də gəlib çıxması mümkündür. Bundan əvvəlki dalğada da birinci İranda yayılmışdı, ondan sonra bizə də, Gürcüstana da yayılmışdı. Hazırda uçuşlar da bərpa olub, təbii ki burada da yayılması labüddür. Bəlkə də artıq var...".

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının baş elmi əməkdaşı doktor Soumya Svaminathan bildirib ki, hazırda hazırlıq mərhələsində olan 105 peyvənd var. Onun sözlərinə görə, bunların bir çoxu artıq klinik sınaqlarının üçüncü mərhələsindədir.

Ekspertin qənaətincə, təkmilləşdirmə baxımdan yeni peyvəndlərin hazırlanması və sınaqdan keçirilməsi vacibdir: “Yeni dərmanlar hazırlamağa çalışan hər kəsi buna təşviq etməliyik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru