Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

“Azərbaycanın hərbi birləşmələri Zəngəzura girib, dəhlizin açılmasını təmin edirlər” – deputatdan sensasion MÜSAHİBƏ
Tarix: 19-07-2021, 13:10 | Çap et
“Azərbaycanın hərbi birləşmələri Zəngəzura girib, dəhlizin açılmasını təmin edirlər”
Azərbaycan və Türkiyənin davamlı şəkildə əməkdaşlıq təklif etməsinə baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə bundan imtina yolu tutmaqdadır. Seçkilərdən sonra bu ölkənin hakimiyyəti də Qarabağ klanı və daşnakların revanşist mövqeyinə qatılmaqdadır. Eyni zamanda atəşkəs bütün sərhəd xətti boyunca pozulmağa başlayıb, hətta Türkiyə üçün həssas nöqtə olan Naxçıvan istiqamətindən. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Musavat.com-a müsahibəsində bu mövzu ilə bağlı ilginc fikirlər söylədi.

- Qüdrət bəy, 44 günlük müharibədən keçən aylar ərzində ermənilər arasında revanşist meyllərin sürətlə artması aydın şəkildə diqqət çəkir. Sizcə, proseslərin gərgin məcraya adlamasında maraqlı olan Ermənistandır, yoxsa onun arxasındakı qüvvələr, paytaxtlar?

- Ermənilər mənfur millətdir və siyasətçiləri də erməni xalqından çox, ayrı-ayrı dairələrin maraqlarına xidmət edirlər. İndi də arxayındırlar ki, Ermənistan KTMT-nin üzvü olduğu üçün Azərbaycan bu ölkənin ərazisinə daxil ola bilməz, o halda Rusiya ilə üz-üzə gəlməli olacaq, orda da Rusiyanın hərbi bazası var. Eyni zamanda hesab edirlər ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə girə bilməz, Rusiya sülhməramlılarının olması səbəbindən. Ona görə arxayındırlar ki, Azərbaycanın bunları cəzalandırmaq imkanları yoxdur. Bu səbəbdən qudurublar. Belə düşünməkdə əsasları var. İndi sülhməramlıların başının üzərindən Xankəndidə hər hansı əməliyyat keçirmək imkanımız yoxdur, eynilə də Ermənistanda.

Amma Azərbaycan vəziyyətlə bağlı təcili KTMT üzvü olan ölkələrə rəsmi, yazılı müraciət etməlidir ki, Ermənistan öz ərazisindən Azərbaycanın mövqeləri və yaşayış məntəqələrinə atəş açır və biz cavab vermək məcburiyyətində qalacağıq. Odur ki, siz təcili surətdə Ermənistanla danışıb, onların təxribatçı fəaliyyətini dayandırmalısınız. Eyni zamanda Rusiya qarşısında məsələ qoymalıyıq ki, 10 noyabr 2020-ci il tarixli atəşkəs haqqında birgə bəyannaməyə əsasən, erməni hərbi birləşmələri Qarabağdan çıxmalı idi. Deməliyik ki, siz bu öhdəliyin yerinə yetirilməsini təmin etmirsinizsə, o halda biz həmin atəş nöqtələrini susdurmaq məcburiyyətində qalacağıq. Mən elə erməni mənbələrinə istinadən deyirəm ki, bu gün Qarabağda 15-18 minə qədər silahlı var. Onlar təcili surətdə tərksilah edilməli və Qarabağdan çıxarılmalıdır. Bu olmayacağı təqdirdə ruslara deməliyik ki, əgər siz erməni silahlılarının təxribatlarının qarşısını ala bilmirsinizsə, artıq bizim başqa seçim imkanımız qalmır.

Ermənilər arxayındır ki, rus hərbçiləri burdan çıxıb gedən deyil və öz imiclərini qorumaq üçün mütləq Azərbaycanın qarşısını alacaqlar, antiterror əməliyyatlarının keçirilməsinə imkan verməyəcəklər. Paşinyan qərbyönümlü siyasətçidir və erməni xalqının da böyük bir qismi qərbyönümlüdür. Hətta Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Rusiyanın dəstəklədiyi şəxsə səs vermədilər, qərbyönümlü Paşinyanı müdafiə etdilər. Yəni artıq erməni xalqı Rusiyaya arxasını çevirib. Amma Rusiyanın düşdüyü siyasi və hüquqi vəziyyəti anladıqlarından bilirlər ki, ruslar öz imiclərini qoruyub-saxlamaq üçün bunları müdafiə etməyə və Azərbaycanın sərt addımlar atmasının qarşısını almağa məcbur olacaqlar.

- Belə olan təqdirdə çıxış yolu nədədir? Axı, biz sonsuza qədər erməni təxribatlarına dözə bilmərik...

- Yuxarıda dediyim kimi, biz həm Rusiya ilə işləməliyik, həm də beynəlxalq birliyi məlumatlandırmalıyıq. BMT Təhlükəsizlik Şurasının hər birinə, Avropa İttifaqına rəsmi müraciət ünvanlanmalıdır, beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq ki, nə baş verir? Artıq ondan sonra yeri gəlsə, öncədən Rusiya sülhməramlılarını da xəbərdar etməklə Qarabağdakı, Xankəndidəki separatçı rejimin yerləşdiyi binalara - onlar orda qanunsuz, terrorçu rejim formalaşdırıblar və həmin rejim qanunsuz silahlı qüvvələri idarə edir, yönəldir və faktiki surətdə həmin silahlı qüvvələrin tərkib hissəsidir – Araik Arutunyanın oturduğu binadan belə, qanunsuz rejimi təmsil edən bütün qurumlar, strukturlar hamısı yerlə-yeksan olunmalı, artilleriya, aviasiya zərbələri ilə dağıdılmalıdır və oraya ağır zərbə endirilməlidir. Biz Xankəndiyə piyada qüvvələri yeritməsək belə, qırıcılarla, dronlarla, artilleriya ilə oradakı hədəfləri məhv etməliyik. Yəni Azərbaycan sonsuza qədər yol verə bilməz ki, erməni rus əsgərinin dalında durub, oradan bizə atəş açsın.

-Bu yerdə xatırladım ki, Türkiyə ilə imzaladığımız Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi var və həmin sənədin müvafiq müddəaları erməni terroruna və Ermənistanın təxribatlarına qarşı işə düşə bilər...

- Bəli. Biz Türkiyəyə də müraciət etməliyik. Həmçinin yuxarıda dediyim kimi, aparıcı ölkə və təşkilatların hər birinə rəsmi müraciət ünvanlamalıyıq ki, artıq 10 noyabr bəyannaməsi icra olunmur. Ermənilərin öhdəlikləri icra etməməsi nəticəsində faktiki surətdə bəyannamə qüvvədən düşmüş sayılır. O cümlədən Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasına imkan verməməklə əslində onlar bu sazişi pozurlar. Rusiya ilə də açıq danışmaq lazımdır ki, sən üçüncü tərəf və Ermənistanın hərbi-siyasi müttəfiqi kimi ya bu sazişin icrasını təmin elə, ya da əsgərini götür, çıx get, biz bunlarla məsələni özümüz həll edə bilərik. Bizim səfirliklərimiz, XİN aktiv surətdə beynəlxalq birliklə iş aparmalı, çalışmalıdır və yaxın vaxtlarda məsələlərin həllinə nail olmalıyıq. Yəni imkan vermək olmaz ki, bu proses indiki formada daha 30 il davam eləsin.

Çox qısa müddətdə öhdəliklərə əməl olunmalıdır. Yəni 2021-ci il ərzində Zəngəzur dəhlizi açılmalıdır! Biz Laçın dəhlizindən sərbəst gediş-gəlişə imkan vermişik, Zəngəzur dəhlizinin də açılmasını qəti şəkildə qoymalıyıq, ultimativ formada Ermənistandan tələb etməliyik! O cümlədən də ciddi şəkildə Rusiyadan tələb olunmalıdır ki, sən 10 noyabr sazişinin bir bəndini – tutaq ki, Laçın dəhlizi ilə bağlı- öz üzərinə götürdüyün halda, digərlərinin üstündən sükutla keçə bilməzsən ki, “Ermənistan buna razılıq vermir”. Ermənistan razılıq vermirsə, o halda biz də Laçın dəhlizinə razılıq vermirik və bununla da məsələ bitir. Bu, açıq deyilməlidir, rus ictimaiyyəti, Rusiya siyasi dairələri, beynəlxalq birlik bunu bilməlidir: ola bilməz ki, bir tərəfin iradəsindən kənar dəhlizin mövcudluğu təmin olunur, digər dəhlizin mövcudluğu üçünsə, deyirlər yox, digər tərəfin iradəsi yoxdur, ona görə də bu, ola bilməz.

Burada başqa variant da var: düzdür, hələlik inanmıram ki, ermənilər buna getsinlər. Düzdür, onlar əvvəllər də inanmırdılar ki, biz cəsarət edib, müharibə edərik. Mən vaxtilə müsahibələrimdə də söyləmişdim. Ermənistanın NATO-dakı nümayəndəsi ilə təsadüfən yanaşı oturası olduq. Ondan soruşdum ki, torpaqlarımızı nə vaxt azad edəcəksiniz? Dedi heç vaxt, ora bizim torpaqlardır. Dedim bəs, qorxmursunuz müharibə olar? Dedi biz niyə qorxuruq? Siz qorxun, biz sizi müharibədə əzmişik. O zaman hətta onu vurmaqdan belə, özümü zorla saxladım. Kaş ki, indi bir dəfə qarşıma çıxaydı və sözümü deyəydim. Onlar inanmırdılar ki, biz müharibə edə bilərik. İndi də qəti addım atacağımıza inanmırlar. Bu məsələlərin həlli ilə bağlı müxtəlif variantlar var. Biz Qarabağın ermənilər olan hissəsində əməliyyat keçirsək, oradakı ermənilər qaçacaqlar, müdafiəçiləri dərhal deyəcəklər ki, siz etnik təmizləmə siyasəti apardınız və s. Bu, həm də Rusiya ilə münasibətlərin korlanmasına gətirib çıxara bilər. Ona görə də variantlarda biri budur ki, Azərbaycanın hərbi birləşmələri Zəngəzura girib, dəhlizin açılmasını özləri təmin edirlər.

- Yəni BMT qətnamələrini təkbaşına icra edən Azərbaycan 10 noyabr, və 11 yanvar razılaşmalarının da icrası missiyasını üzərinə götürməlidir?

- Bəli. Bunu etmək lazımdır. Bu, bir az cəsarətli qərardır. Ondan sonra qoy 30 il ərzində bizimlə danışıq aparsınlar. Necə ki, ermənilərə heç kim təzyiq etmirdi, deyirdilər gedin, öz aranızda anlaşın, dil tapın, razılaşın, indi də eyni sözü deyəndə biz öz şərtlərimizi ortaya qoyarıq. Ya burada yenidən “Pol Qobl planı”na qayıdarlar ərazi mübadiləsi məsələsi gündəmə gələr, biz Qərbi Zəngəzuru da götürməklə indi ermənilərin yaşadığı əraziləri mübadilə edərik.

- Qalib ölkə olan Azərbaycanın bu məsələnin müzakirəsində iştirakı düzgündürmü sizcə? Həm də Zəngəzurun 1920-ci ildə zorla qoparılıb ermənilərə verilməsi faktı ortada, dövlətimizin rəhbəri də dəfələrlə bəyan edib...

- Əslində bu, Azərbaycan üçün daha ideal variantdır, mən sizə səmimi deyim. Azərbaycan Konstitusiyası da imkan verir ki, dövlətlərin, xalqların razılığı ilə ərazi mübadiləsi ola bilər. O halda Zəngəzur vasitəsilə Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşir, ərazi bütövlüyümüz təmin olunur. Bizim Qarabağdakı erməniləri tam qovmaq məqsədimiz yoxdur. Ya da ki, tələb edirik: şərtlər birmənalı şəkildə yerinə yetirilməlidir, Azərbaycan əhalisi Xankəndiyə, Xocalıya qayıtmalıdır. Yəni tam şəkildə 10 noyabr sazişi icra olunmalıdır.

- Prezident bu günlərdə növbəti dəfə açıq şəkildə Ermənistana və onun himayədarlarına açıq mesajlar ünvanladı, Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bəyan etdi. Sizcə, bu bəyanatların alt qatında nələr var?

- Bəli, Zəngəzur 20-ci ildə Nərimanov tərəfindən verilib, bu, birmənalı şəkildə belədir. Ermənistanda Sovet Sosialist Respublikasının qurulması münasibətilə hədiyyə olaraq Zəngəzuru bizdən alıb, Ermənistana birləşdiriblər, heç bir referendum keçirmədən, xalqın fikri öyrənilmədən. Üstəlik, böyük etnik təmizləmə prosesi aparıblar, azərbaycanlıları oradan didərgin salıblar, həmin əraziləri təmizləyiblər. Mövcud reallıqlar çərçivəsində deyirəm, Ermənistan KTMT üzvüdür. Ərazi mübadiləsi olmadan o torpaqların Azərbaycana qaytarılması problematik məsələ olar.

- Elə isə prezident niyə açıq mətnlə “biz qayıdacağıq”, “qaçqınlarımız mütləq o torpaqlara dönəcək”, söylədi? Söhbət 300 minə yaxın insanın Ermənistana dönməsindən gedir...

- Axı, bu məsələ həm də 10 noyabr birgə bəyanatında nəzərdə tutulub ki, qaçqınlar qayıdacaq. Prezident də birgə bəyanatın icra olunmasını tələb edib. Düşünmürəm ki, prezident bu çıxışı ilə bizim Zəngəzuru Azərbaycana birləşdirəcəyimizdən bəhs edir. Səmimi deyirəm ki, hazırda bu, qeyri-realdır. Gedib Zəngəzuru azad etsək, o halda gərək biz Rusiya ilə, KTMT üzvü olan dövlətlərlə müharibə edək.

- Əgər 1918-ci ildən başlayaraq, dəfələrlə öz sözünə, vədinə, imzasına xilaf çıxan, anlaşmanı pozan Ermənistan növbəti dəfə sözündən, imzasından qaçırsa, o halda necə?

- Hər bir halda...Sözündən qaçsa da, bizim Ermənistan ərazisinə daxil olmağımız problemlər yaradar. Gördünüz ki, 44 günlük savaşda da onlar nə qədər istədilər ki, biz Ermənistanın dövlət sərhədlərini pozaq, ancaq buna getmədik. Ona görə də prezidentin çıxışında bizim Ermənistanla dövlət sərhədlərini pozacağımızdan söhbət getmir. Prezident vurğulayır ki, biz sülh sazişini imzalamağa hazırıq, odur ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanısın. Prezident sadəcə olaraq ev-eşiyindən qovulmuş insanların öz yurdlarına qayıtmasını nəzərdə tutur və mütəmadi şəkildə vurğulayır ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Amma indiki şərait elə gətirib ki, ora artıq Ermənistanın tərkib hissəsidir. Ancaq əgər atəşkəs haqqında bəyanat yerinə yetirilməsə, dəhlizin açılması üçün Azərbaycan müvafiq bəndin icrası ilə əlaqədar olaraq – yəni Zəngəzuru azad etməkdən, ötən əsrin əvvəlindəki vəziyyətdən söhbət getmir – Zəngəzura girib dəmir yolu və quru yolun keçəcəyi müəyyən ərazini tuta bilər. Həmçinin xeyli ərazini də təhlükəsizlik məqsədilə nəzarət altına ala bilər ki, dəhliz yol təhlükə altında olmasın. Sonrakı mərhələdə ya ərazilərin mübadiləsi məsələsi gündəmə gələ bilər, ya da Ermənistan qəti surətdə 10 noyabr birgə bəyannaməsini icra etməlidir. Azərbaycan bu məsələni qəti surətdə qoymalıdır: ya bəyanat icra olunur, ya da ilk variantda Azərbaycan Laçın dəhlizini bağlayır, ikinci variantda Laçın dəhlizinə toxunmur, amma özü Zəngəzur dəhlizini açır. Bundan sonra digər məsələlərin tənzimlənməsi üçün danışıqlar başlayır.

- Ümumiləşdirsək, Azərbaycan 30 ildir blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının bundan sonra da blokada vəziyyətində yaşaması ilə barışa bilməz və barışmayacaq, eləmi? Nəzərə alsaq ki, ikinci belə dövlət yoxdur ki, ərazisinin böyük hissəsi on illərdir təcrid vəziyyətindədir.

- Bəli. Bu ədalətsizliyə son qoyulmalıdır. Əgər Ermənistanın bu ədalətsizliyi aradan qaldırması istiqamətində addımlar atılmasa, o halda Azərbaycan özü hərəkətə keçməlidir. O halda həm ərazi bütövlüyümüz tam təmin olunur, həm də Türk dünyası ilə, Türkiyə ilə ərazi bütövlüyümüz bərpa edilir. Bunun üçün də biz region dövlətləri ilə- İran, Rusiya, Gürcüstan, Türkiyə ilə iş aparmalıyıq, beynəlxalq birliyi məlumatlandırmalıyıq ki, Zəngəzur dəhlizi açılmalıdır, amma Ermənistan buna imkan vermir, ona görə də biz bu dəhlizi zorla açırıq. Amma biz məsələyə humanitar yanaşırıq ki, bizim erməni vətəndaşlarımızın etnik bağlılıqları, Ermənistanda qohumları var, getsinlər, gəlsinlər, Laçın dəhlizini bağlamırıq, əvəzində isə Zəngəzur dəhlizini açırıq. Yalnız bundan sonra oturub danışırıq: ya burda Pol Qoblun ərazi mübadiləsi gündəmə gəlir, ya da bəyanat yerinə yetirilir. Qeyd edim ki, ermənilərin ərazi mübadiləsinə getməsi az inandırıcıdır. Bilirəm ki, İran da bunun əleyhinədir, Zəngəzurun itirilməsi İranla dövlət sərhədinin itirilməsi deməkdir. Ancaq biz o haqda da öhdəlik götürə bilərik ki, ermənilərə Azərbaycan üzərindən keçməklə İrana gedib-gəlmək üçün yol verə bilərik. Onsuz da sonda razılaşma, mübadilə olacaqsa, digər məsələlər də sazişlə tənzimlənəcək və biz Azərbaycan üzərindən Ermənistan-İran əlaqələrinin yaranmasına imkan verəcəyik. Əslində ermənilərin ağlı olsa, buna da gedərlər, çünki onsuz da onlar Cənubi Azərbaycandan keçib gedirlər, bu faktor da onları ciddi düşündürməlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru