Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                 

“Azadlıq arzusunda olan xalqların Qərbə ümidi yoxdur” - Zərdüşt Əlizadə
Tarix: 20-07-2021, 08:08 | Çap et
“Azadlıq arzusunda olan xalqların Qərbə ümidi yoxdur”
ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkel “Vaşinqton Bəyannaməsi” adlı sənəd imzalayıblar. Ağ Ev bəyannamənin mətnini yayımlayıb: “Münasibətlərimizin əsası demokratik prinsiplərə, dəyərlərə və institutlara ümumi sadiqlikdir”, - bəyannamədə deyilir.

Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürür: “Bütün dünyada bütün millətlər öz siyasi quruluşlarını müəyyənləşdirməklə xarici müdaxilədən, məcburiyyətdən və ya xarici dövlətlərin dominantlığından azad olmalıdır. Hesab edirik ki, bu texnologiyalar repressiyaları deyil, azadlığı dəstəkləməlidir”.

Bu arada Belarusda keçirilən prezident seçkilərində müxalifətin namizədi olmuş Svetlana Tixanovskaya Litvada ABŞ rəsmiləri ilə görüşlər keçirəcək. ABŞ Dövlət katibinin köməkçisi Stiven Biqanla baş tutacaq görüşdə Belarus böhranı ilə bağlı müzakirələr aparılıacaq.

Bəzi ekspertlər hesab edirlər ki, ABŞ və Qərbin demokratiya çağırışları imitasiyadır və onlar bu yolla öz iqtisadi və regional maraqlarını həyata keçirməyə çalışırlar.

Politoloq Zərdüşt Əlizadə AYNA-ya şərhində deyib ki, ABŞ və Qərbin demokratiya çağırışları nəticəsiz qalacaq: “Son prezident seçkilərində Tramp və tərəfdarları seçkilərin saxtalaşdırıldığını bəyan etdilər. Bu ABŞ-ın nüfuzuna çox ciddi zərbə oldu. Bundan sonra ABŞ-ın demokratiya tələbləri də aktuallığını itirdi. Hansı regionda ABŞ üçün münbit şərait yetişir və iqtisadi imkanlarını həyata keçirmək fürsəti yaranırdısa, o ərazidə demokratiya tələbləri işə düşürdü. Qərbin dəstəyi ilə inqilabın baş verdiyi ölkələrdə insanlar nəinki azadlıq əldə etdilər, əksinə, çox ciddi problemlərlə üz-üzə qaldılar. Bu gün azadlıq arzusunda olan xalqların artıq Qərbə də ümidi yoxdur”.

Analitikin sözlərinə görə, ABŞ-la Almaniya arasında imzalanan sənəd kağız üzərində qalacaq: “İndiyə qədər bu səpkili sənədləri, bəyanatları çox görmüşük. Demək olar ki, heç biri işlək olmayıb. Demokratiya Qərb üçün “silahdır” və bu silahdan öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. O ki qaldı imzalanan bəyannaməyə, bu, sıradan bir sənəddir. Şübhəsiz ki, heç bir dəyişikliyə səbəb olmayacaq. ABŞ-la Almaniya bir tərəfdən birgə bəyannamə imzalayır, digər tərəfdən “Şimal axını-2” boru kəməri məsələsində razılığa gələ bilmir. Bu ziddiyətli məqamda onların dünyaya sahib çıxacaqlarını iddia etmələri gülüncdür”.

Əlizadə əlavə edib ki, ABŞ-ın Belarus məsələsində nəyəsə nail olacağı mümkün deyil: “Belarusda real şəraitin yetişdiyi, əhalinin kütləvi şəkildə nümayişlərə çıxdığı bir dövrdə heç nəyə nail olmadılar. Lukaşenkonu o zaman yola sala bilmədilərsə, bundan sonra bunu necə edəcəklər?! Tixanovkayanın ABŞ rəsmiləri ilə görüşü mənasız təmaslardır və ciddi nəticələr gözləməyə dəyməz”.
AYNA-nın digər həmsöhbəti, Avropa təhsilli politoloq Turab Rzayev isə fərqli düşünür. Onun qənəatinə görə, bu, normal təşəbbüsdür: “Lakin əsas məsələ bəyannamənin imzalanması yox, onun necə icra edilməsidir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, adətən bu kimi məsələlərə ikili standartlardan yanaşılır. Bir regionda xalqlara öz müqəddəratını təyin etmək hüquqi istənilsə də, digər regionda buna göz yumulur”.

“Demokratiya məsələsində də belədir. Bəzi dövlətlərdə demokratiya tələbləri israrlı və ardıcıl olsa da, ondan daha bərbad vəziyyətdə ölkələrə “yaşıl işıq” yandırılır. Bu mənada “Vaşinqton Bəyannaməsi”ndən də gözləntilər yüksək deyil. Düzdür, normal təşəbbüsdür, nəzəri cəhətdən hər şey idealdır, amma icra mexanizmi mövcud deyil”, - deyə müsahibimi vurğulayıb.

ABŞ-la Almaniya arasında olan fikir ayrılıqlarından danışan siyasi şərhçinin fikrincə, “Şimal axını-2” məsələsində ümumi razılıq əldə olunub: “Almaniya ərazisindən keçən “Şimal axını-2” boru kəmərinin inşasına milyardlarla dollar vəsait sərf olunub. İndiki halda kəmərin tamamlanma işləri gedir. Belə bir vəziyyətdə “Şimal axını-2” kəmərinin dayandırılması mümkün deyil. Görünür, ABŞ da bununla razılaşıb və əvəzində müəyyən güzəştlər əldə edib. Təbii ki, böyük siyasətdə müəyyən qurbanlar olur. Baxmayaraq ki, “Şimal axını-2” Ukrayna üçün böyük təhdiddir, bu məsələdə ümumi razılıq əldə olunub”.

Tixanovskayanın ABŞ rəsmiləri ilə görüşünü şərh edən Rzayevin bildirdiyinə görə, ABŞ-ın məqsədi Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq yox, Rusiyanın enerjisini parçalamaq idi: “Görünən odur ki, ABŞ uzunmüddətli siyasət yürütməyə üstünlük verir. Bu siyasət iqtisadi sanksiyalar yolu ilə Rusiyanı daxildən zəiflətmək, onu regional problemlərə cəlb etməklə qüvvəsini parçalamaqdır. Belarusda nisbi sakitlik olsa da, bu məsələ bitməyib və gələcəkdə yenidən qabaracağı istisna edilmir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru