Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                 

“Cavab verməlidirlər ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır” - deputat
Tarix: 3-08-2021, 08:06 | Çap et
“Cavab verməlidirlər ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır”
Rusiya Liberal Demokrat Partiyasının sədri və Dövlət Dumasının üzvü Vladimir Jirinovski Azərbaycan iqtidarının ünvanına hədyanlar yağdırıb. Bundan öncə Azərbaycan xalqını və suvereneliyini hədəfə alan rusiyalı siyasətçinin açıqlaması ölkəmizdə sərt etirazla qarşılanıb.

Bir çox ekspertlər Jirinovskinin açıqlamasını özfəaliyyət adlandırsa da, onun Kremlin diqtəsi ilə belə fikirlər səsləndirdiyini iddia edənlər də var. Artıq rəsmi Bakı Rusiyaya etiraz notası da təqdim edib. Bəs, görəsən bu açıqlama Rusiya-Azərbaycan münasibətlərinə hansısa təsir göstərəcəkmi?

Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, siyasi sistemdə hər zaman Jirnovski kimi şəxslər olub və onlardan bəlli məqsədlər üçün istifadə edilib: “Onlar özləri də bilirlər ki, heç zaman siyasi lider olmayacaqlar. Konkret olaraq öz missiyaları var və lazım olduğu hallarda onlardan istifadə olunur. Jirnovski çox tərbiyəsiz adamdır. Həm də qeyri-ciddi biridir. Rusiyada da onu belə qəbul edirlər. Bu şizofren siyasətçi bizə hədələyici tonda mesajlar verir”.

“O, bütün fəaliyyətini Sovet imperiyasının bərpasına həsr edib. Xəstə təfəkkürü ilə buna inanır. Lakin anlamır ki, bu, artıq mümkün deyil. Baxmayaraq ki, o, öz açıqlamaları ilə Rusiyanın nüfuzuna zərbə vurur, hələ də Rusiya Dövlət Dumasının üzvü və partiya sədridir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi müəyyən dairələrdə ciddi qıcıq yaradıb: “Vaxtaşırı olaraq bunun təzahürləri ilə üz-üzə qalırıq. Uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, milyondan artıq soydaşımızın öz yurd-yuvasından didərgin salınmasına, Xocalıda insanlıq əleyhinə soyqırıma göz yuman qüvvələr Azərbaycanın tarixi qələbəsinə kölgə salmaq istəyirlər. Bu qələbə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsidir. Qarşıda bizi ağır və məsuliyyətli bir dövr gözləyir. Biz hərbi müstəvidə qələbə qazansaq da, informasiya müharibəsi davam edir. Bu mənada bu cür sərsəm fikirlər gözləniləndir”.

“Rusiya məsələyə aydınlıq gətirməlidir. Rəsmi Bakı bununla bağlı Moskvaya nota göndərib. Düzdür, bu notadan sonra Jirinovski geri addım atıb. Lakin bu adam Rusiya Dövlət Dumasının üzvüdür, partiya sədridir və onun açıqlaması siyasi açıqlamadır. Müəyyən ehtimallar var ki, o, bu fikirləri özbaşına demir. Bu mənada rəsmi Moskva məsələyə izah verməlidir ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır? Əgər bu izahat olmayacaqsa, deməli, deyilənlərin həqiqət yükü var”, - deyə Əhmədov fikrini yekunlaşdırıb.

“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı da AYNA-ya şərhində qeyd edib ki, Jirinovski Rusiya cəmiyyətində siyasi təlxək kimi qəbul olunur: “Biz dəfələrlə Jirinovskinin yalnız Azərbaycanın deyil, dünyanın bir çox dövlətlərinin və xalqlarının ünvanına sərsəm fikirlərinə şahidlik etmişik. Eyni zamanda, Jirinovksinin sonradan bu fikirləri təkzib etməsini və ağır sözlərlə təhqir etdiyi şəxslərə yaltaqlandığını müşahidə etmişik. Bu, Jirinovskinin ənənəvi obrazıdır. Onun Azərbaycan dövlətinin və rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlər reallıqdan tamamən uzaq, xəstə təfəkkürün məshsuludur”.

İGİB sədrinin bildirdiyinə görə, Azərbaycanın Qarabağ zəfəri, apardığı müstəqil xarici siyasət Rusiyada da bir çox dairələri narahat etməkdədir: “Onlar Jirinovskini hürdürməklə Azərbaycana hansısa mesajlar vermək istəyirlər. Ancaq onlar yeni dünya reallıqlarını qəbul etməli və Azərbaycanla bu ritorikayla danışmağın yolverilməz olduğunu anlamalıdırlar. Bu qüvvələr başa düşməlidir ki, Ermənistanın başına dəyən “Dəmir yumruq” bir gün onların da başlarına dəyə bilər. Heç bir qüvvə Azərbaycanın müstəqil və suveren siyasətini əngəlləmək gücündə deyil. Yaxı olar ki, bunu Rusiyadakı erməni lobbisinin təsiri altında olan qüvvvələr başa düşsünlər”.

Şahbazlı əlavə edib ki, Jirnovski təlxək siyasi fiqur olduğundan onun fikirləri Rusiyanın rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz: “Lakin bununla yanaşı, o, Rusiya Dövlət Dumasının üzvdür. Azərbaycan tərəfi nota verib və bütün hallarda Rusiya hökuməti belə axmaq fikirlərinə görə Jirinovskiyə yerini göstərməlidir. Çünki Jirinovskinin artıq təkrarlanan bu davranışları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil. Ölkəmiz bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətdə daim qarşılıqlı hörmət və etimad prinsiplərini əsas götürüb. Jirinovski kimi təlxəklərin sərsəmləmələri bu münasibətləri zədələyə bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru