Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                 

AXCP sədri Əli Kərimli örtülü, Gültəkin Hacıbəyli isə açıq şəkildə sərsəm iddiaları dəstəklədilər - NƏ BAŞ VERİR?
Tarix: 4-08-2021, 08:56 | Çap et
AXCP sədri Əli Kərimli örtülü, Gültəkin Hacıbəyli isə açıq şəkildə sərsəm iddiaları dəstəklədilər
Rusiya Liberal Demokrat Partiyasının (RDLP) lideri, Dövlət Dumasının ən böyük üçüncü fraksiyasının rəhbəri Vladimir Jirinovskinin ölkəmizə yönəlik təhdidlərinə cəmiyyətin ən müxtəlif təbəqələrindən reaksiya gəlsə də, müxalifətin iki əsas partiyası olan AXCP və Müsavat prosesi susqunluqla izləmədədir. Hətta AXCP sədri Əli Kərimli örtülü, əsasən partiyasından ibarət olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə açıq şəkildə şovinist deputatın sərsəm iddialarını dəstəklədilər.

Bu da sosial mediada ciddi müzakirə doğurub. Bəziləri iddia edirlər ki, Jirinovskinin Azərbaycanla bərabər hakimiyyəti hədəf alması onların marağındadır. Üstəlik, rusiyalı siyasətçinin Amerika prezidenti Co Baydenin Azərbaycandakı hakimiyyət çevrilişi planlarında müxalifətə “yer verməsi”, deyəsən, onları məmnun edib. Həmişə Türkiyənin rolunu xüsusi qeyd edən müxalifətin bu dəfə qardaş ölkənin hədəfə alınması da sərt tənqidlərlə müşahidə olunub.

Müxalifət “Baydenin çevriliş planından” məmnundurmu, niyə reaksiya vermir?

AĞ Partiya başqanı Tural Abbaslı məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Müxalifət dedikdə biz Azərbaycanın ən böyük müxalif partiyalarından biri, bəlkə də birincisiyik. Jirinovskinin dediklərinə ən kəskin formada mövqe bildirmişik ki, heç bir xarici dövlətin siyasətçisi, yaxud təmsilçisi Azərbaycanın daxili işlərinə qarışa, ölkəmizə barmaq silkələyə bilməz. Bu istər iqtidar, istərsə də, müxalifət düşərgəsindən olsun. Kimliyindən asılı olmayaraq, belə fikirlər səsləndirən istənilən şəxs Azərbaycan tərəfdən təpkisini almalıdır. Jirinovskiyə də bununla bağlı təpkimiz ortadadır. Azərbaycanda biz elə bir cəmiyyət, dövlət qurmalıyıq ki, ölkəmizdə iqtidarları, müxalifətləri nə Rusiya, nə də Amerika müəyyən etməsin. Bunu xalqımızın özü müəyyən etməlidir. Bu istiqamətdə də AĞ Partiya üzərinə düşənləri haqqı ilə yerinə yetirir. Digər partiyaların bu məsələ ilə bağlı mövqeyi, fikir səsləndirib-səsləndirməməsi bizi qətiyyən maraqlandırmır. Bu mövzu ilə bağlı heç onları izləmirik. Kiminsə fəaliyyətinə qiymət vermirik və vermək də fikrimiz yoxdur. AĞ Partiya ancaq öz işi ilə məşğuldur. Öz fikir və bəyanatlarımıza cavabdehik. Bu baxımdan digərləri barədə mövqe bildirməyi məqbul hesab etmirik”.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev hakimiyyət dəyişikliyinin bir yolunu qəbul edir: “Çevrilişlərin əleyhinəyəm. Ümumiyyətlə, başqa ölkələrin kiminsə, xüsusilə Azərbaycanın daxili işlərinə qarışmasının əleyhinəyəm. Bayden seçiləndə bildirmişdim ki, indi ABŞ yenə də ”rəngli" inqilablara start verəcək. O ki qaldı bu bəyanatlara, bəzi müxalifət nümayəndələrinşt susması onu göstərir ki, bunlar “Beşinci kolon” nümayəndələridir. Həmin dairələrlə əlaqələri var. Mən hakimiyyəti dəyişməyin bir yolunu qəbul edirəm. Bu seçki yoludur. Başqa yollar, “rəngli inqilablar” dövlətə, xalqa qarşıdır".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Aydın Müsavat və AXCP-yə əsas müxalif partiyalar statusu verilməsinin qəti əleyhinədir: “Əvvəla, onu qeyd edim ki, Qərbin ”çevriliş planı" iddiaları Jirinovskinin sərsəmləmələrindən başqa bir şey deyil. Odur ki, müvafiq reaksiya bu və ya digər dövlətin Azərbaycanda guya çevriliş hazırlaması ilə bağlı deyil, hər dəfə Azərbaycan və Türkiyə əleyhinə bəyanatları, eləcə də bütün keçmiş postsovet ölkələrinin ünvanına səsləndirdiyi məsuliyyətsiz və təxribat xarakterli ifadələri ilə tanınan Jirinovskinin açıqlamalarına olmalı idi və oldu da. Sizin də qeyd etdiyiniz kimi, cəmiyyətin müxtəlif təbəqələrindən, o cümlədən də ayrı-ayrı müxalifət təmsilçilərindən müvafiq reaksiyalar oldu. AMİP olaraq biz də hesab etdik ki, Jirinovskini Kremlin təlxəyi adlandırıb, onun dediklərinə əhəmiyyət verməmək düzgün yol deyil. Belə ki, bütün çağırışlarda Rusiya Dövlət Dumasının üzvü olan, parlamentdə sayına görə üçüncü ən böyük fraksiyanın rəhbəri olan, dəfələrlə seçkilərdə prezidentliyə namizədliyi qeydə alınmış və eləcə də Rusiya prezidentinin yanında Dövlət Şurasının üzvü olan bir şəxsin Azərbaycan və Türkiyə əleyhinə dediklərinə mütləq cavab verilməli idi. Elə bu səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya müvafiq notanın təqdim olunmasını düzgün hesab edirəm. Düşünürəm ki, bu nota rəsmi Moskvaya Jirinovski və onun kimi düşünənlərin ağzının yumulması ilə bağlı bir çağırışdır. Müxalifət içərisindən hansısa partiyaların susqunluq nümayiş etdirməsini isə ümumi müxalifətin adına bağlamaq lazım deyil və onlara müxalifətin iki əsas partiyası titulunu verməyinizi də məqbul hesab etmirəm. Jirinovskinin açıqlamalarından məmnun qalıb-qalmadıqlarına isə onların özləri cavab versə daha yaxşı olar. Milli İstiqlal Partiyası üçün məqbul olan tək hakimiyyət dəyişikliyi ayrı-ayrı xarici qüvvələrin planları əsasında deyil, Azərbaycan xalqının iradəsi ilə həyata keçəcək hakimiyyət dəyişikliyidir".
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru