"Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                 

"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?" - Partiya sədri
Tarix: 7-08-2021, 09:04 | Çap et
"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?"
Son günlər sosial şəbəkələrdə feministlər, bir sıra ictimai fəallar qadın qətllərinin siyasi anlam daşıdığına dair paylaşımlar edirlər.

Onların fikrincə, ailədə zorakılıq halları ilə qarşılaşan qadınların polisə müraciətinin cavabsız qalması, daha doğrusu, polisin bu mövzularda barışdırıcı mövqedən çıxış etməsi hökumətin bu sahədə apardığı siyasətin bir parçasıdır. Bəs görəsən, partiya sədrlərinin bu məsələyə münasibəti necədir? Onlar qadın qətlləri siyasi hesab edirlərimi? Partiyalar qadınların ictimaiyyətdə rolunun artırılmasına dair hansı tədbirlər görür? Günümüzdə qadınlar partiya daxilində necə təmsil olunur?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Cebhe.info-ya deyib ki, qadınların cəmiyyətdə rolu çox mühüm olsa da, bu qətllərin heç biri siyasi deyil.

Partiya sədrinin fikrincə, bu, sadəcə cəmiyyətin mədəni səviyyəsinin aşağı olmasından irəli gələn problemdir:

“Qadınların böyük əksəriyyəti təhsil almaq imkanlarından məhrum olduğuna görə onların iqtisadi azadlıqlarını təmin etmək, öz hüquqlarını qorumaq səviyyəsi xeyli aşağı düşür. Əslində biz Azərbaycanın gələcəyini düşünürüksə, “savadlı ana” modeli istiqamətində islahatlar aparmalıyıq”.

Onun sözlərinə görə, qadınların əksəriyyəti erkən yaşlarında ailə həyatı qurduğundan özlərini “ev qulluqçusu” səviyyəsində görməyə məcbur olurlar:

“Kişilər arasında da təhsil səviyyəsinin aşağı olması, alkoqol istifadəçilərinin artması da sonda qadınların “başında çartlayır””.

Fazil Mustafa bildirib ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “Ona görə də bu məsələni siyasiləşdirmək əvəzinə, sosiallaşdırmaq lazımdır”. Qadınların partiyalarda yer tutması məsələsinin də çətinliyini vurğulayan Fazil Mustafa söyləyib ki, Azərbaycanda lider qadın olmaq, proseslərin önündə getmək böyük cəsarət tələb edir:

“Ölkədə 50-dən çox partiya olsa da, faktiki olaraq sədri qadın olub proseslərdə aktiv iştirak edən bircə partiya da yoxdur. Bu, o deməkdir ki, cəmiyyətimizdə qadınların sözünü deməsi üçün münbit şərait yoxdur. Düzdür, Azərbaycanda bu sahədə müsbət nümunələr də var. Məsələn, ölkənin Birinci vitse-prezidenti, parlamentin spikeri kifayət qədər yenilikçi, intellektual xanımlardır. Sadəcə cəmiyyət daha çox pis nümunələri önə çəkir”. Sədr söyləyib ki, rəhbəri olduğu partiyanın qadın üzvləri olsa da, heç biri partiyada aparıcı mövqeyə gəlməyə maraq göstərmir: “Müqayisə etsək, qadın üzvlərimizin sayı heç 10%-i keçməz. Bu, çox aşağı göstəricidir. Ən azı, hər partyida ümumi üzvlərin 40%-i qadın olmalıdır. Bu da bizim günahımız deyil”.

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə deyib ki, qadın qətllərini siyasi adlandırmaq axmaqlıqdan başqa bir şey deyil:

“Mahatma Qandinin məşhur bir sözü var. Deyir ki, qeyri-siyasi olanları siyasiləşdirməyə ehtiyac yoxdur. İstənilən qeyri-siyasi hadisənin siyasi nəticələri var. Bu isə məişət zəminində baş verən hadisədir. Dünyanın dörd bir yanında belə zəmində qətllər törədilir. Bir çox yerlərdə kişilər qadınları öldürür”.

Partiya sədri sual edir: “Belə çıxır, dövlət ailələrə göstəriş verir ki, hərə öz arvadını öldürsün?” Onun fikrincə, hakimiyyətin belə bir siyasət apardığını düşünmək gülüncdür: “Kimin başının altından belə axmaq fikirlər çıxır? Mənim başım çıxmır”. Polisin səssizliyi məsələsinə gəlincə, Sərdar Cəlaloğlu söyləyib ki, bu, özündə siyasi yox, sadəcə polisin öz vəzifəsinin öhdəsinin gələ bilməməsi faktını ehtiva edir.

O, ADP-də qadınların həddən artıq az təmsil olunduğunu da diqqətə çatdırıb: “Amma hüquq bərabərliyi hər bir halda təmin olunur. Ümumilikdə Azərbaycanda siyasi sferada bir süstlük hökm sürür. Bu vəziyyət qadınları da əhatə edir. Lakin qadınlar həm də milli mentalitet məsələsinə görə siyasətdə aktiv iştirak edə bilmirlər”.

Ağ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələ ümumiyyətlə, şişirdilir. Onun fikrincə, insan qətlindən, zorakılıqdan danışmaq lazımdır:

“Basqını cinsiyyətə, irqə, milliyətə, dinə görə bölmək mənasızdır. Son günlərdə qadın qətlləri artdığı kimi, kişi qətllərinin də sayı artıb. Bunun statistikasını aparan varmı? Siyasi qətl siyasi motivin olduğu qətldir. Məsələn, Elmar Hüseynovun qətli siyasi idi. Məişət zəminində törədilən qətllər isə siyasi deyil. Sadəcə olaraq cəmiyyətə Avropadakı bəzi cərəyanların təsiri var”.

“Bəs polisin məsələyə səssiz qalması iddiasına nə deyirsiniz?” sualına gəlincə, partiya sədri qeyd edib ki, polisin hər hansı bir şikayətə onu məhz qadın edib deyə baxmaması inandırıcı görünmür: “Mən elə bir halla qarşılaşmamışam ki, polis qadına “get, ərin gəlsin” desin. Əgər belə bir hal varsa, bizə həmin polis idarəsinin adını desinlər. Biz də xüsusi şəkildə tələb edək. Əgər polis şikayətə məsuliyyətsiz yanaşıbsa, bu, həmin idarənin günahıdır”.

Tural Abbaslı Ağ Partiyada qadınların təmsilçiliyinə də toxunub: “Bəlkə də Azərbaycanda qadınların ən çox müraciət etdiyi partiyalardan biriyik. Amma onların siyasi sferada aktivliyi özlərindən aslıdır. Biz zorla hamını aktiv siyasi fəaliyyətə cəlb edə bilmərik axı”. O, sonda hələlik Ağ Partiya daxilində xanımların fəaliyyətindən şikayətçi olmadığını söyləyib: “Hər şey cəmiyyətdə necədirsə, bizdə də ona adekvatdır”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə feministlərin səsləndirdikləri sloqanları məntiqəuyğunsuz hesab edir. O sual edir:

“Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir? Dövlət hər bir ailəyə polismi ayırmalıdır? Onda deyilməyəcəkmi ki, ölkə polis rejimi ilə idarə olunur?”

Ağasif Şakiroğlu bildirib ki, səsləndirilən fikirlər məqsədyönlüdür:

“Dövlət nə zamandan qatil subyekti olub? Anlamıram. Absurd fikirlərdir. Dövlət qatildirsə, deməli, dövlətə qulluq edən milli ordunun zabitləri də qatildir. Yanğınsöndürmədə xidmət edən əməkdaş da qatildir. Bu, yalnız dövlətə, Azərbaycanın dövlətçiliyinə qarşı hücumdur”.

Partiya sədrinin qənaətincə, feminist xanımlar qadınların öz hüquqlarını bilməsi istiqamətində maarifləndirmə işləri ilə məşğul olsalar, daha faydalı iş görmüş olarlar: “Dövlətin qanunları var. Qanun qarşısında isə hər kəs bərabərdir. Düzdür, xanım polisə müraciət edib. Polis nə etməli idi? Həmin şəxsi törətmədiyi cinayətə görə həbs etməli idi? Təbii ki, yox. Ola bilsin ki, polis onların barışacaqlarını düşünüb. Hər bir ailədə münaqişə olur. Nə bilsin ki, onun əri qətl törədəcək?”

Ağasif Şakiroğlu söyləyib ki, zorakılıq hadisəsi olduqada məhkəməyə müraciət edilməli idi:

“Polis adam boşayan deyil. Mən dünənki aksiyanı da əvvəldən sona qədər izlədim. Xəzər rayon polis bölməsi əməkdaşlarının verdiyi rəsmi açıqlamaya görə, öncə faktla bağlı araşdırma apararaq işi məhkəməyə yollayıblar. Məhkəmə də ailəyə barışıq üçün möhlət verib”. Onun fikrincə, problemin siyasiləşdirilməsi məsələnin həlli yolu deyil, əksinə, düşünüb ən optimal variantları tapmaq lazımdır.

GAP sədri təmsil olunduğu partiyada qadınların aktiv siyasi fəaliyyət göstərdiklərini deyib: “Partiyamızın İdarə Heyətinin üçdə biri, Ali Məclsinin təxminən 40%-i xanımlardan ibarətdir. Gənclər Komitəsinin İdarə Heyətinin 11 üzvündən 5-i xanımdır. Gələcək Azərbaycan Partiyası bəlkə də, Azərbaycanda yeganə partiyalardan biridir ki, gender bərabərliyi tam təmin olunur. Onlarla üzvümüz isə eyni zamanda müxtəlif ictimai birliklərin QHT-lərində ictimai fəaliyyətlə məşğuldurlar”.
Cebhe.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru