ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi .....                     Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? .....                     Rəqsanəyə neçə il İŞ DÜŞÜR? .....                     Pezeşkian Ermənistan yolunda .....                     Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası .....                     Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək .....                     Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq .....                     Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj .....                     Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                 

“Təəssüf edirəm ki, onun yeni sürücüsü də Azərbaycan dilini pis bilir” - Qulu Məhərrəmli
Tarix: 6-11-2021, 09:14 | Çap et
“Təəssüf edirəm ki, onun yeni sürücüsü də Azərbaycan dilini pis bilir”
Deputat Cavanşir Paşazadə yenə də yazdığı statusla gündəmə gəlib. Millət vəkilinin feysbuk hesabı üzərindən paylaşdığı statusunda yol verdiyi səhvlər böyük müzakirələrə səbəb olub. İctimaiyyət onu növbəti dəfə bu paylaşıma görə məsxərəyə qoyub. İnsanlar millət vəkilinin bu cür səhvlərə yol verməsini “rəzalət” adlandırırlar.

Daha əvvəl o, səhifəsində səhvlərlə dolu statusun sürücüsü tərəfindən yazıldığını və onu işdən çıxardığını iddia etmişdi.

“Deputatın yanında onun üçün yazı yazacaq bir savadlı adam yoxdurmu?” deyə sual edənlər də var. Hələ ittiham edənlər arasında Milli Məclis, Mərkəzi Seçki Komissiyasını da qınayanlar az deyil. “Necə olur ki, deputatlardan bir sıra arayışlar tələb olunur, bir sözü yazmaq bacarığı öyrənilmir” deyə müxtəlif suallar verilməkdədir... Ümumiyyətlə, millət vəkillərinin elementar savadları da yoxlanılmalıdırmı? Nəzərə alaq ki, deputatlar əksər vaxtlarda məktublara, gələn müraciətlərə cavab verirlər. Bəs, normal qaydada yazmaq, oxumaq qabiliyyəti olmayan deputat seçicinin məktubuna necə cavab verir? Yaxud hansısa nazirə seçildiyi ərazinin problemləri ilə bağlı məktubu necə yazıb yollayır?

Bakı Dövlət Universitetinin professoru, “AZLEKS” elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli mövzunu “Yeni Müsavat”a belə şərh edib: “Mən təəssüf edirəm ki, Cavanşir Paşazadənin işə götürdüyü yeni sürücüsü də Azərbaycan dilini pis bilir və belə statuslar yazanda yanlışlıqlara yol verir... Buna ancaq təəssüflənmək olar. Ümumiyyətlə, bizim istər deputat olsun, istər başqa ictimai xadimlərimiz olsun, onlar yazılarında, statuslarında, ictimai çıxışlarında Azərbaycan dili ilə bağlı çox ehtiyatlı və həssas olmalıdırlar. Dili yaxşı bilməlidirlər, dilə hörmət etməlidirlər. Çünki bu dil millətin varlığıdır. Onun mənliyinin, intellektinin ifadəsidir. Ona görə buna çox həssas yanaşmaq lazımdır. Deputatlar, xüsusən bu işlərə diqqət yetirməlidirlər. Ən azı Azərbaycanın dövlət dili haqqında qanuna hörmət etmək lazımdır. Bəzi ölkələrdə, o cümlədən Ukraynada dil attestasiyaları keçirilir. Məsələn, mən onu dəqiq bilirəm ki, Ukrayna ali təhsil sistemində məktəblərdə hər il Ukrayna dilinin necə mənimsənilməsini öyrənirlər, bununla bağlı attestasiyalar keçirilir. Çox qürurlanıram ki, o komissiyanın da rəhbəri azərbaycanlıdır. Bizdə də hesab edirəm ki, ana dili ilə bağlı davamlı yoxlamalar, dilin öyrənilməsi səviyyəsinin yoxlanılması aparılmalıdır. Bizim müxtəlif peşə sahibləri, xüsusən vəzifə tutanlar, məmurlar üçün belə bir attestasiyanın olması çox önəmlidir. Deputatlar üçün belə bir attestasiyanın olması çox önəmlidir ki, onlar bu dili yaxşı öyrənsinlər. Bu dildə yaxşı yazsınlar, yaxşı danışsınlar, yəni onlar bu dilə hörməti cəmiyyətə təlqin etməlidirlər. Yoxsa bu cür səviyyəsiz olaylarla Azərbaycan dilinə hörmətsizlikdən başqa heç nə etmirlər. Buna yalnız təəssüflənmək olur. Amma məncə, tələbkarlığı artırmaq vacibdir”.

Mövzu ilə bağlı Mərkəzi Seçki Komissyanın (MSK) katibi Mikayıl Rəhimov da “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Deputat səs almalıdır, namizəd olmalıdır, səs toplamalıdır, MSK ona mandat verməlidir. Qalanı isə deputatın fəaliyyəti ilə bağlı məsələdir. Hörmətli Cavanşir Paşazadə o prosedurları keçib. Seçicidən səsi alıb, deputat olmaq istəyib, mandatı da alıb. Deputat fəaliyyəti ilə bağlı, onun hərəkətlərinə qiymət verən Milli Məclis, onun seçiciləri və oxucu auditoriyasıdır. Biz ona nə deyə bilərik? Onun fəaliyyətində hansısa nöqsanlar varsa, ona qiymət verəcək orqan da Parlamentdir. Ümumiyyətlə, Seçki Komissiyası olaraq bununla bağlı münasibət bildirməyimiz düzgün olmaz. Biz protokolları müzakirə edirik, qərar qəbul edirik. Deputat olandan sonra da bizim onlarla işgüzar əlaqələrimiz olmur. Əgər deputatla bağlı hansısa problem varsa, parlamentdə onun mandatlığının alınması ilə bağlı məsələ qaldırıla bilər”.

Məsələ ilə bağlı millət vəkili Cavanşir Paşazadənin özü ilə də əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında haqqında deyilənlərlə bağlı iradlarını bildirdi: “Bu, sadəcə hərfi səhvdir. Qoy nə qədər danışırlar, danışsınlar. Mən də öz bildiyimi edəcəyəm. Hər gün status qoyacağam. Bu sadəcə mənə sataşmaqdır. Mən ədəbiyyat imtahanına getməmişəm ki? Mən fikrimi bildirirəm. Vergülü yerində qoymadım, bunu böyük, ya kiçik hərflə yazdım... Bunu sadəcə sataşmaq üçün edirlər, müzakirə etməyə başlayırlar. Mən iyirmi ildir belə yazıram, təzə çıxdı ki, yaza bilmirəm. Boş söhbətlərdir. Mən heç buna cavab da vermək istəmirəm. Əhəmiyyət də vermirəm. Öz işimi görəcəyəm, görürəm də. Onları heç görmürəm də. Onlar istəyirlər ki, millət vəkilləri bu fikirləri yazmasınlar, saytlarda olmasınlar, dövləti dəstəkləməsinlər. Onlar öz bildiyində, mən də öz bildiyimdə”.

Deputat, insanların “Azərbaycan sözünü yaza bilməyən necə millət vəkili ola bilər” kimi suallarına belə cavab verib: “Bununla bağlı demişəm, gah avtomobildə yazıram, gah da yeriyə-yeriyə bir-birimizə mesajlar yazırıq. Bu gün qəzetlərə baxsaq, nə qədər texniki səhvlər var. Əgər mən bilsəm, imtahana girirəm, onda, əlbəttə, özümü yığışdıracam. Necə yazmışamsa, bundan sonra da elə yazacağam!”.

Yada salaq ki, millət vəkili Cavanşir Paşazadə yenidən “Facebook” hesabındakı paylaşımında kobud orfoqrafik səhvlərə yol verib. O, paylaşımında “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” əvəzinə “torpağlarımızın” kimi qeyd edib. Bu səhvləri ilə deputat Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib. Deputatın paylaşımı yenidən sosial mediada geniş müzakirələrə səbəb olub. Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Qeyd edək ki, bir neçə gün əvvəl də deputat cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi”, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd etmişdi. O, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40
Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35
Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32
Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34
Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Dünən, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
16-08-2025, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
16-08-2025, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
16-08-2025, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
16-08-2025, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
16-08-2025, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
16-08-2025, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
16-08-2025, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
16-08-2025, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
16-08-2025, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
16-08-2025, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
16-08-2025, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
16-08-2025, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
16-08-2025, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
16-08-2025, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16-08-2025, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
16-08-2025, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
16-08-2025, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
16-08-2025, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
16-08-2025, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
16-08-2025, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
16-08-2025, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
16-08-2025, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
16-08-2025, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
16-08-2025, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
16-08-2025, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
16-08-2025, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
16-08-2025, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
16-08-2025, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
16-08-2025, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
16-08-2025, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
16-08-2025, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
16-08-2025, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
16-08-2025, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
16-08-2025, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
16-08-2025, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
16-08-2025, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
16-08-2025, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
16-08-2025, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru