Maaşlar yenidən ARTA BİLƏRMİ? - Deputatdan AÇIQLAMA
Tarix: 6-01-2022, 09:07 | Çap et
 OPEC+ nazirləri fevralda neft hasilatının gündəlik 400 min barel artırılması planını təsdiq ediblər. Bu barədə TASS məlumat yayıb. OPEC+ ölkələri fevralda hasilatı 2020-ci ilin may ayında olduğu kimi gündəlik 9,5 milyon yox, cəmi 2,959 milyon barel azaldacaq. OPEC+ ölkələri 2021-ci ilin avqustundan neft hasilatını gündəlik 400 min barel olmaqla bərpa edir.
Qeyd edək ki, mütəxəssislər cari ildə neft qiymətlərində həm neft hasil edən, həm də istehlakçı dövlətləri qane edən bir qiymətin mövcud olacağını deyirlər. Bildirilir ki, neft artıq 2020-ci ildəki kimi təhlükəli əraziyə düşməkdən kifayət qədər uzaqdadır. Azərbaycanın da neft istehsalçısı olduğunu nəzərə alsaq, büdcəyə kifayət qədər əlavə gəlirin daxil olacağı gözlənilir. Belə olduğu təqdirdə ölkədə büdcənin icrası ücün problem olmayacaq.
Bununla yanaşı, ölkədə mövcud inflyasiyanı, bahalaşmanı da nəzərə alsaq, büdcəyə yenidən baxıla bilərmi? DİA.AZ-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, bugünlərdə OPEC+ dövlətlərin iclası keçirildi və burada neft hasilatının artırılması ilə bağlı qərar qəbul etdilər:
“Azərbaycan da bu qərarı dəstəklədi. Hazırda neftin qiyməti məqbuldur və dünyada neftə tələbat gündən-günə artmaqdadır. Bu da neftin qiymətinin pozitiv, bizim üçün məqbul həddə qalmasına imkan verir. Bizim dövlət büdcəsində neftin bareli 50 dollardan götürülüb. Ancaq hazırda bazar qiyməti bundan daha da çoxdur. Bu da dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına imkan yaradır. Bu gün dövlətimizin əlavə gəlirə və pula daha çox ehtiyacı var. Çünki biz 44 günlük müharibədə 10 min kvadratkilometrdən artıq torpaq sahəmizi işğaldan azad etmişik. Həmin ərazilərdə böyük quruculuq, abadlıq, yenidənqurma, bərpa işləri həyata keçiririk. Eyni zamanda, 2022-ci il yanvarın 1-dən başlayaraq ölkə başçısının imzası ilə sosial paket icra olunmaqdadır. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək pensiyaların, müavinətlərin, əməkhaqlarının artırılması ilə bağlı çox ciddi addımlar atılıb”.
Millət vəkilinin sözlərinə görə, çox təəssüf ki, həm də bazarlarda müəyyən məhsulların qiymətlərinin də artdığını görürük:
“Bu da təbii bir prosesdir. Azərbaycan da dünyanın bir parçasıdır. Dünya bazarlarında baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq dövlətimiz qabaqlayıcı tədbirlər görür. Düşünürəm ki, dövlət büdcəsinin imkanları genişləndikcə, sosial paketlərin icrası davamlı xarakter alacaq. Növbəti dövrdə ola bilsin ki, yenidən sosial paket icra olunsun. Sosial paketin dövlət büdcəsinə yaratdığı maliyyə yükü kifayət qədər böyükdür. Dövlət büdcəsinin ilin sonuna kimi müəyyən edilmiş bəndlərdə icrası vacibdir. Ancaq gələcəkdə mümkün olacaq. Çünki ölkəmizin iqtisadi gücü artdıqca, belə sosial paketlər mütəmadi olaraq icra olunur. Gücümüz artdıqca, insanların sosial rifahına xidmət edəcək addımlar da mütəmadi olaraq atılacaq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
|