Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                 

“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək” - deputat
Tarix: 7-01-2022, 08:08 | Çap et
“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək”
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu il Şuşanın yaranmasının 270 illiyi qeyd olunacaq. Bununla bağlı böyük tədbirlərin, festivalların keçirilməsi gözlənilir.

Qeyd edək ki, Şuşada artıq erməni işğalı zamanı ucaldılan binaların sökülməsinə başlanılır. Şuşada yeni məscid kompleksinin tikintisi üçün erməni işğalı illərində tikilmiş obyektlər söküləcək. Altı beşmərtəbəli bina, “parlament” adlanan bina və digər obyektlər sökülməlidir. Həmçinin abadlıq işləri aparılacaq. Erməni izləri birdəfəlik silinir.

Çox güman ki, “Şuşa İli”ndə həm də Şuşaya ilk qayıdış da gerçəkləşsin. Bəs tanınmışlar bu il Şuşada hansı tədbirlərin keçirilməsini arzulayır, gözləntiləri nədir?

DİA.AZ-ın məlumatına görə, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Şuşanın əvvəlki şöhrətini özünə qaytarmaq üçün çox işlər görülməlidir: “Yəni abidələrimiz bərpa olunmalıdır, erməni izləri silinməlidir. Bu il, yəni ”Şuşa İli"ndə şuşalıların Şuşaya geri dönüşü başlayacaq, onlar öz vətənlərinə qayıdacaqlar. Əlbəttə ki, proses tədricən həyata keçiriləcək. Lakin əsas odur ki, geri dönüş başlayacaq. Bütün Azərbaycan Şuşanın 270 illiyini qeyd edəcək. Bütün dünyadan, böyük ölkələrdən Şuşaya nümayəndələr gələcək, bu şəhəri görəcəklər. Həmçinin orada yenidən “Xarıbülbül” festivalı, Yazıçılar İttifaqının qurultayı keçiriləcək. Bildiyim qədər Şuşaya avtobus reysləri açılır. Yəni Şuşaya gediş-gəliş normal vəziyyətinə dönəcək. Ən əsası şuşalıların bir hissəsi bərpa olunmuş evlərinə köçə biləcəklər. Həmçinin gözləyirəm ki, Şuşada televiziya, radio açılsın. Vaxtilə orada televiziya olub. Özü də təkcə Azərbaycan dilində deyil, müxtəlif dillərdə. Lap elə erməni dilində də olsun, qoy onlar eşitsinlər ki, Şuşada, Azərbaycanda nələr olur.

Əvvəllər Şuşada pioner düşərgələri olub, indi də arzulayıram ki, hansısa formada o cür düşərgələr olsun, ölkənin hər yerindən uşaqlar Şuşaya axışsın. Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək, eşidiləcək".

Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sülaləsinin ən parlaq nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə fürsətdən istifadə edib, bütün xalqımızı təbrik edirəm. Gözümüz aydın olsun, çox şükür! Gözləmədiyimiz anları yaşayırıq.

Əlbəttə ki, Şuşa bizim üçün çox doğmadır, əzizdir. Şuşa mənim ruhumun şəhəridir. Körpəliyim, uşaqlığım, xoşbəxt atalı-analı günlərim Şuşada keçib.

Bildiyiniz kimi, Şuşa şəhərinin 1752-ci ildə mənim ulu babam Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən bünövrəsi qoyulub. Şuşa əvvəllər Qala adlanırdı. Görkəmli musiqiçi Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını oxuyanda “Şuşalıyam, şuşalı” demək istəyirdi. Şuşa bir müddət Pənahabad adlandırılıb. Pənah xan qalanı tikib, ora zəmanəsinin tanınmış şairlərini, sənətkarlarını, nəqqaşlarını, alimlərini, simaca gözəl insanlarını cəlb edib, məskunlaşdırıb. Sonradan Şuşaya gəlib, orada yaşamaq istəyənlər qalanın ətrafında məskunlaşıblar, hansı ki, həmin yer Çöl Qala adlanırdı. Hərdən düşünürəm ki, bir əsrdə bu qədər dahi şəxsiyyətlər nədən məhz kiçik bir şəhərdən çıxıb? Bunun cavabı məhz bir az öncə dediyim faktla bağlıdır. Həqiqətən də o cür insanlardan, ziyalılardan törəyənlər dahi şəxsiyyətlər olmalı idi.

Şuşa bir zamanlar “Qafqazın konservatoriyası” adlanırdı. Lakin mən deyərdim ki, təkcə Qafqazın deyil, Şərqin konservatoriyası idi. Şuşada hər məhəllədən, hər qapıdan bir dahi çıxıb.

Çox sevindim ki, Prezidentimiz Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi adlandırdı. İstərdim ki, 2 əsr öncə olan ənənələr yenidən bərpa olunsun. Məsələn, Şuşada Realnıy məktəb var idi, orada tez-tez məclislər təşkil olunar, tanınmış ziyalılar, alimlər, şairlər bir yerə toplaşardı. Elə mənim babamın evində də bu cür məclislər keçirilərmiş. Həmin məclislərdə elə orada şeirlər yazılar, mahnılar bəstələnərmiş, hansı ki, hazırda da həmin vaxtlar sevilərək ifa olunur.

Atamda da musiqiyə sevgi, maraq məhz həmin gecələrdə yaranıb. Evlərində qrammafonlar olub, onlarda Şərqin tanınmış böyük sənətkarlarının səs yazılarını dinləyiblər.

Şuşa çox gözəl təbiətli şəhərdir. 30 il işğal altında olmasına baxmayaraq, öz əzəmətini qoruyub saxlaya bilib. Hazırda Prezidentimizin sərəncamı ilə orada çox gözəl bərpa işləri aparılır. İnanıram ki, həmin bərpa işləri bu il daha da sürətlənəcək. Düşünürəm ki, Prezidentimiz həm bu bərpa işlərinin sürətlənməsi, həm də Şuşanın bütün dünyada tanınması üçün bu ili “Şuşa ili” elan edib. Düşünürəm ki, Şuşa tezliklə dünyanın ən tanınmış turizm şəhərlərindən biri olacaq, dünyanın müxtəlif ölkələrindən ora axın edəcək, orada dünyaya səs salacaq musiqi və kino festivalları, müsabiqələr, konsert və tədbirlər keçiriləcək".

Əslən Şuşadan olan “Parni iz Baku” KVN komandasının üzvü, əməkdar artist Tahir İmanov da Şuşa ilə bağlı öz arzularını bildirib: “İşğaldan əvvəl mənim babam xalq artisti, bəstəkar Süleyman Ələsgərov konservatoriyanın Şuşa filialına rəhbərlik edib. Bu onun son vəzifəsi olub. Mən də onun nəvəsi kimi, ümumiyyətlə, ailəmiz çox istərdik ki, həmin filial yenidən bərpa olunsun və öz fəaliyyətini davam etdirsin. Şuşa ilə bağlı daha bir arzum, orada ”Parni iz Baku"nun konsertlərini keçirək. Şuşa işğaldan azad olunana qədər biz hər konsertimizi bu sözlərlə bitirmişik ki, gün o gün olsun yeni konsertimizi Şuşada keçirək. Komandamız hər an bu konsertə hazırdır.

Şuşa ilə bağlı keçirilən bütün tədbirləri alqışlayır və çox böyük sevinclə qarşılayıram. Düşünürəm ki, bundan sonra həyatımızın hər bir anı Şuşaya, Qarabağa həsr olunmalıdır. 30 il bu xalq, bu millət bu günləri gözləyib və öz əməlləri ilə ona yaxınlaşıb. Bundan sonra nə ediriksə-edək, hər kəs öz sahəsində, fəaliyyətində bu mövzuya həsr etməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru