“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                 

Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi... - ETİRAZ
Tarix: 11-01-2022, 09:18 | Çap et
Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi...
Belə düşünmək üçün adam ya dəli olmalıdır, ya da elə Əli... İnsanın xisləti qapqaradırsa, heç kimi özündən ağıllı saymayacaq, öz dediyindən başqa kimsənin dediyindəki həqiqəti duymayacaq. Ruhundakı qapqara libasdan başqa rəngləri də görməyəcək. Elə “mənəm-mənəm” deyəcək…Əli Kərimli eynən bu xislətdədir.

Rusiyanın Qazaxıstan olaylarındakı planlanmış iştirakından danışan hər kəsi xain, hakimiyyətə xidmət edən sayır. Amma öz gözündəki tiri görmür. Qazaxıstanı kim qarışdırdı bəs? Jirinovski dəfələrlə “Baykonurda rus dövləti quracağıq” demirdmi? Ən üst səviyyələrdə belə Qazaxıstanın rus torpaqlarında təşəkkül tapması iddia olunmayıbmı?

Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi, “Qazaxıstanın ancaq iki şəhəri olub - Çimkənt və Taraz, başqa şəhərləri rus torpağıdır” iddialarını oxuyardı. Təbii ki, izləyib və rusların hansı iddiada olduqlarını da bilir. Amma “kim mənimlə deyilsə, düşmənimdir” prinsipindən doğan nifrəti bu həqiqətləri nəinki dilə gətirməyə, heç düşünməyə də imkan vermir.

Qazaxıstanda bir dirəniş başlayıb. Eynən 1986-cı ildəkidir. Qazaxıstanın 30 illik müstəqillik dönəmini sona çatdırırlar. Azərbaycan cəmiyyətinin müxtəlif qrupları tərəfindən bu hadisələr şərh edilir və Rusiyanın Qazaxıstan planını cəmiyyətə çatdırmağa çalışırlar. Əli Kərimli isə bunu əlində bayrağa çevirib, hamını xidmətçilikdə ittiham edir. Onun düşüncəsinə görə, Qazaxıstanla bağlı yazılan, danışılan, hətta düşünülən bütün fikirlər hakimiyyətə xidmət üçündür. Guya Rusiya məsələsini qabartmaqla xalqı qorxutmaq istəyirlər ki, hakimiyyətə etiraz etməsinlər və s. Nə qədər gülünc iddiadır? Azərbaycanda kim deyir ki, Qazaxıstanda baş verənlər sosial böhran, etiraz deyildi?

Təbii ki, hamı bilir və deyir ki, bəzi qüvvələr bu sosial böhranı siyasi böhrana çevirməklə öz işlərini gördülər. Rusiya isə öncədən buna hazır idi. Bu hazırlıq hadisə baş verən kimi özünü büruzə verdi. Dərhal Qazaxıstana ordu birlikləri göndərildi. Bəzi mənbələrdə bu qüvvənin 8-12 min nəfərlik heyət olduğu deyilir. Bir o qədər də hərbi texnika. Qazaxıstan hazırda Rusiyanın nəzarətindədir. Belarusdan, Qırğızıstandan, Tacikistandan, Ermənistandan ora aparılan hərbi qüvvələr görüntü və təbliğata xidmət edir. Qazaxıstandakı əslində rus qoşunudur. Baş verən hadisələrin qarşısını onlar topla-tüfənglə aldılar, 20 yanvarda Bakıda törədilən qətliamdakı kimi…

“KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”. Bunu Rusiya Prezidenti Putin deyir.

Ardınca Belarus Prezidenti Aleksandr Lukaşenkonun diliylə Özbəkistanı təhdid edir: "Özbəkistan Qazaxıstanda baş verənlərdən nəticə çıxarmalıdır".

Əli Kərimli bunu inkar edə bilərmi? Rusiya nədən bu qədər hazırlıqlı idi və fürsəti fövtə vermədən orduya əmr verdi?

Putinin “öz evimiz” dediyi haradır? Əli Kərimliyə çatdırmaq lazımdır ki, heç kim “Qazaxıstanda baş verənlər korrupsiyadan, hüquqsuzluqdan cana doymuş yox, korrupsiyaya həsrət, aşırı hüquqlardan bezən xalqın etirazıdır” demir. Amma 28 dekabrda Sankt-Peterburqdan qayıdan Tokayev niyə qiymətləri 100 faiz qaldırıb, xalqı etirazlara sövq edib, sonradan əvvəlki qiymətləri bərpa etdi?

Yaxud Əli Kərimli deyir ki, Rusiya qarşıdurma yaratmaq gücündə olsaydı, bunu Ermənistanda, Gürcüstanda, Moldaovada həyata keçirərdi. Yaxud da bacarırdısa, xaosu, qarşıdurmanı niyə “rəsmən düşmən elan etdiyi Ukraynada yox, onsuz da bir sözünü iki etməyən Qazaxıstanda” edirdi? Doğrudanmı Əli Kərimli bunların səbəbini bilmir? Təbii ki, bilir. Sadəcə, nifrətindən nə gəldi, necə gəldi çamur atır və çamuruyla da Rusiyanı savunur.

Rusiya bunu Ukraynada edə bilməzdi. Qərbin açıq təzyiqindən çəkindiyinə görə. Gürcüstanda isə etdi. Saakaşvili həbsxanadadır. Moldova Qazaxıstandırmı? Moldova ilə Qazaxıstanı eyni tərəziyə qoymaq olarmı?

Qazaxıstan Mərkəzi Asiyanın giriş qapısıdır. Türk Dövlətləri Təşkilatının açar ölkələrindən biridir. Böyük, güclü, təbii sərvətlərlə zəngin, geosiyasi baxımdan xüsusi əhəmiyyətə malik dövlətdir. Rusiya onu itirmək istəmirdi. Qazaxıstanı itirmək bütünlükdə Mərkəzi Asiyanı itirmək deməkdir. Kərimlidən fərqli olaraq, Rusiya bunu bilirdi. Ona görə də Qazaxıstanda planlaşdırılan ssenaridən uduş əldə etdi…

Rəfail Becanov,
“Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru