Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” .....                     Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək .....                     Borclu şirkət necə tenderi UDDU? .....                     Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib .....                     ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir .....                     Lerikin 35 kəndinə cəmi bir həkim var .....                     Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq .....                     Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir .....                     Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib .....                     Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir .....                     Bu su anbarında təmir işləri aparılacaq .....                     Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb .....                     Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib .....                     Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: .....                     Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər .....                     Rauf Kəngərli yeni vəzifəyə təyin edildi .....                     Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Bu Putinin qələbəsi olacaq .....                     Təbriklər... .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Diaspor və təsir rıçaqları .....                     Paşinyan BU RİSKLƏ üz-üzə qaldı .....                     Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı .....                     İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? .....                     Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər .....                     Zelenski Tramp-Putin görüşündən sonra... .....                     Trampa bağlı arzuolunmaz iddia yayıldı .....                     İrandan təxribatçı Zəngəzur açıqlaması: .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Milli Məclis 165 min manata nələr aldı? .....                     "Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" .....                     Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb .....                     Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı .....                     Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? .....                     Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək .....                     İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... .....                     Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ .....                     Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək .....                 

“İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar” - deputat
Tarix: 12-01-2022, 10:09 | Çap et
“İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”
Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan düzələnə oxşamır. Əgər əksi baş versəydi, kapitulyasiya aktını imzaladıqdan sonra Azərbaycan və Türkiyə ilə əlaqələr qurub ölkəsinin mövcudluğunu saxlamağa çalışan baş nazir növbəti dəfə sərsəm iddialarını dilə gətirməzdi.

Biz daha bir sərsəmləməni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstan hadisələrinə həsr olunmuş onlayn sammitində müşahidə etdik. KTMT-yə sədrlik edən N.Paşinyan onlayn sammitdə növbəti təxribatçı bəyanatla çıxış edib. Qazaxıstanda fəaliyyət göstərən “döyüşçülər”dən söz açan baş nazir iddia edib ki, bir il əvvəl Ermənistanın olduğu region “terrorçularla” üzləşib. “Bir müddət əvvəl, 2020-ci ilin sentyabrında Azərbaycanın başlatdığı genişmiqyaslı müharibə zamanı biz ekstremizmin və terrorizmin ən qəddar təzahürlərinin şahidi olduq. Beynəlxalq birliyin bəzi üzvlərinin ciddi səyləri qarşısında, xüsusən də Rusiyanın həlledici töhfəsi və Rusiyanın sülhməramlı missiyasının rolu sayəsində müharibəni dayandırmaq, gərginliyi azaltmaq və ölkədə sabitlik yaratmaq mümkün oldu” - Paşinyan iddia edib. Aydındır ki, Paşinyan bu yolla guya Azərbaycan tərəfində vuruşan “suriyalı yaraqlılar” haqqında köhnə və dəfələrlə təkzib edilən saxta iddiaları yada salıb. Düzdür, N.Paşinyana reaksiya verən olmayıb. Ən azı KTMT-yə üzv ölkələr Azərbaycanın rolunu və mövqeyini yaxşı dəyərləndirdikləri üçün Ermənistana görə ölkəmizlə hər hansı problemin yaşanmasını istəməzlər, bunu ötən illərin təcrübəsi də göstərib. 2016-cı ildən sonra İrəvan dəfələrlə KTMT-yə hərbi yardım üçün müraciət etsə də, üzv ölkələr bu müraciətə məhəl qoymayaraq, torpaqları işğal altında olan Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Hətta bir sıra hallarda İrəvanda Azərbaycanın KTMT-nin üzvü olmadığı halda, bu qurumda artan nüfuzu geniş müzakirələrə səbəb oldu. Bu mənada N.Paşinyanın növbəti avantürası da “yel olub keçdi”.

Amma Paşinyanın ardınca Xankəndi separatçılarının lideri Araik Arutyunyan öz facebook səhifəsində daha irəli gedərək iddia edib ki, KTMT Qazaxıstanda “pantürkizm”lə mübarizə aparır. Arutyunyan iddia edib ki, “Qazaxıstanda və onun ətrafında vəziyyətin sabitliyini pozmağa, qeyri-sabitlik və terror qurşağının formalaşmasına yönəlmiş proqramın arxasında ekstremist qruplar və birləşmələr dayanır. Göz qabağındadır ki, radikal pantürkist dairələr bu prosesdə fəal iştirak edir ki, bu da Ermənistanın və ”artsax"ın təhlükəsizliyinə çox ciddi təhlükə yarada bilər". Aydındır ki, həm Paşinyan, həm Arutyunyan yaranmış fürsətdən istifadə edib, Azərbaycanı hədəfə çıxarmağa çalışıblar. O cümlədən regionda Türkiyənin nüfuzunun artmasından öz qorxularını dilə gətiriblər. Ermənilər həvəsləniblər ki, artıq KTMT-ni “xarici ölkə təhlükəsi’’ bəhanəsi ilə Azərbaycanla və ya Türkiyə ilə münaqişəyə cəlb edə bilərlər. Bu ehtimalı bölüşmək olarmı?

DİA.AZ-ın məlumatına görə, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın KTMT-nın onlayn konfransındakı çıxışında Azərbaycanla bağlı işlətdiyi fikirlər əslində köhnə təbliğat istiqamətinin davamıdır: “Sadəcə, indi düşünüb ki, əvvəlki fürsət ələ düşüb, Qazaxıstana işğalçı qüvvələr daxil olub və bunu hansısa formada Azərbaycan üzərinə də yönləndirmək lazımdır. Amma bu, bir az qeyri-ciddi səslənir. Ona görə ki, KTMT-dəki dövlətlərlə Azərbaycanın ayrıca münasibətləri var və savaş dövründə də həmin dövlətlər əslində Azərbaycanın öz ərazisini işğaldan azad etməsini dəstəkləyiblər. Yəni burada hər hansı problem yoxdur. Digər tərəfdən, burada guya terrorçuların iştirakı və başqa məsələlərdən danışılması da heç bir real fakta dayanmadığına görə o vaxt da ciddi qarşılanmamışdı, indi də eyni qaydada məsələyə baxış olacaq. Sadəcə, ictimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”.

F.Mustafa əlavə etdi ki, eyni zamanda separatçıların başında duran Araik Arutyunyan da bu kimi məsələləri daha çox pantürkizm üzərinə yönəltməyə çalışır: “Bu, erməni-faşist cəlladı hələ də anlamır ki, pantürkizm deyilən ideya bütövlükdə hər hansı bir işğalçı, yaxud aqressiv, etnik təmizləmə xəttinə, kursuna dayanan ideya deyil. Bu, erməniçilikdən fərqli olaraq, əslində humanitar bir sağlam mühit yaratmaq üçün bu bölgələrdə sakit, dinc yolla yaşamağın təminatını nəzərdə tutan və sadəcə, ədəbiyyatda yer alan ideyadır. Hər hansı bir şəkildə belə bir siyasi model, ümumiyyətlə, gündəmdə yoxdur. Bu, sadəcə, düşmənlərin icad etdiyi bir modeldir. Çünki hər hansı bir şəkildə Türk Birliyi kimisə təhdid edən bir birlik kimi çıxış etmir, daha çox mədəni bir birlik kimi mövcuddur”. Deputat hesab edir ki, həm İrəvanda, həm Xankəndində olan erməni vəhşilərinin əsas məqsədi istiqaməti Azərbaycana doğru yönəltməkdir: “Amma bu, cılız bir xətt, cılız bir kursdur. Azərbaycan əslində Qarabağı terrorçulardan təmizlədiyiniə görə indi terrorçuların qalıqlarının belə sərsəm iddialarla çıxış etməsi anlaşılandır. Bütün hallarda Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmə kursunu davam etdirəcək və erməni seqmentinin burada yenidən baş qaldırmasına imkan verməyəcək. Biz bu məsələdə qərarlıyıq və qardaş Türkiyə ilə birlikdə bölgənin rifah içində, savaş olmadan mövcudluğunu təmin edəcəyik”.

Deputat Ceyhun Məmmədov bildirdi ki, KTMT-nin iclasında Paşinyanın sərsəm fikirlərindən Araikin iftira dolu yazısından sonra dərhal Ermənistan sərhəddə təxribat törədərək KMT-nin diqqətini yenidən bu məsələyə çəkmək istədi: “Halbuki Azərbaycan tərəfi atəşkəsi pozmamışdı. Bu, Ermənistanın növbəti şousu idi. Dərhal Ermənistan KİV-i və sosial şəbəkələri total hücuma keçdilər. Ermənistanın KTMT-ni münaqişəyə cəlbi cəhdi əbəsdir. Dəfələrlə KTMT bu məsələyə münasibət bildirib. Ermənistan tərəfi boş yerə həvəslənməsin”. C.Məmmədov qeyd etdi ki, Azərbaycan tərəfindən heç bir terrorçu döyüşməyib: “Əksinə, dünyanın müxtəlif bölgələrindən erməni terrorçularu Ermənistana axışaraq Azərbaycana qarşı vuruşdular. Azərbaycan tərəfdə dəqiq faktlar var Ermənistandan fərqli olaraq. Onların məhkəmələri də keçirilib. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın birgəyaşayışla bağlı bütün cəhdlərinə baxmayaraq Ermənistan rəhbərliyi və KİV-i Azərbaycana qarşı düşmənçiliyi təbliğ etməyə davam edir. Ermənistan buna son qoymalıdır. Bu təbliğat və cəhdlər Ermənistan xalqına yalnız faciə və bədbəxtlik gətirəcək. Ermənistan rəhbərliyi və xalqı gələcəyə baxmağaı bacarmalıdır. Gələcəyə sağlam baxış reallıqla barışıb bölgəyə sülh gəlməsinə çalışmaqdır. Ermənistana bu barədə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib. Əgər rəsmi İrəvan bunu anlamaq istəməsə, sonu Ermənistan üçün yaxşı olmayacaq”.

Yazı çapa hazırlanarkən Ermənistanın növbəti təxribatı barədə məlumat yayıldı. Belə ki, düşmənin açdığı atəş nəticəsində Azərbaycan Ordusu Kəlbəcər istiqamətində şəhid verib. Əslində Paşinyanın davranışlarından sonra bu kimi cinayətlər gözlənilən idi. Belə aydın olur ki, Ermənistan növbəti dəfə “Dəmir yumruq”un zərbəsini dadmaq istəyir. Güman edirsə ki, onu KTMT xilas edəcək, yanılır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07
Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib - BUNDAN SONRA...
Dünən, 18:00
ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir - Sabiq səfirlərdən çağırış
Dünən, 17:57
Lerikin 35 kəndinə cəmi bir həkim var - Həkimlər bölgələrə niyə getmir?
Dünən, 17:54
Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq – Razılaşma
Dünən, 17:26
Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir - ŞƏRH
Dünən, 17:20
Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:18
Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir - KİV
Dünən, 17:15
Bu su anbarında təmir işləri aparılacaq - 6,4 MİLYONLUQ TENDER KEÇİRİLİR
Dünən, 17:12
Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər - AÇIQLAMA
Dünən, 17:08
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb
Dünən, 17:06
Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib
Dünən, 17:02
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"
Dünən, 16:58
Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər
Dünən, 16:53
Rauf Kəngərli yeni vəzifəyə təyin edildi - ƏMR
Dünən, 16:50
Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb
Dünən, 16:20
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:35
Bu Putinin qələbəsi olacaq - SENSASİON İDDİA
Dünən, 15:30
Təbriklər...
Dünən, 15:27
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:11
Diaspor və təsir rıçaqları – Rusiyanın regiondakı oyunları
Dünən, 15:09
Paşinyan BU RİSKLƏ üz-üzə qaldı - DETALLAR
Dünən, 15:06
Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı
Dünən, 15:00
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR
Dünən, 14:53
Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər - Qərbdən XƏBƏRDARLIQ
Dünən, 14:39
Zelenski Tramp-Putin görüşündən sonra... - ŞOK MƏLUMAT
Dünən, 14:30
Trampa bağlı arzuolunmaz iddia yayıldı – Zəngəzur dəhlizindən imtina…
Dünən, 13:04
İrandan təxribatçı Zəngəzur açıqlaması: - Sərhəddə qoşun yerləşdirdik ki...
Dünən, 12:58
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:42
Milli Məclis 165 min manata nələr aldı? - TENDER NƏTİCƏSİ
Dünən, 12:39
"Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" - ÇAĞIRIŞ
Dünən, 12:36
Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb - FOTO
Dünən, 12:35
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
Dünən, 12:29
Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? - TƏFƏRRÜAT
Dünən, 12:20
Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək - RUSLAR AÇIQLADI
Dünən, 12:14
İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... - Ekspert danışır...
Dünən, 12:10
Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ - Rəsmi rəqəmlərə inansaq...
Dünən, 12:08
Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək - AÇIQLAMA
Dünən, 12:00
“10 manatlıq” şirkətə 200 minlik TENDER - FHN vergi borclusunu qalib edib
Dünən, 11:58
Qonşusunun pişiyindən şikayət etdi - Həbs edildi
Dünən, 11:39
Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz - ŞƏRH
Dünən, 11:35
Paşinyanın Rusiyaya səfəri gözlənilir - KİV
Dünən, 11:32
Sülh müqaviləsi ərəfəsində Qərbi Azərbaycan İcması buraxılacaq? - AÇIQLAMA
Dünən, 11:30
Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR... - Görünəni odur ki...
Dünən, 11:25
Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür - GƏLİŞMƏ
Dünən, 11:22
Alyaskadan əvvəl nüvə şantajı - Rusiyanın strategiyası dünyanı qorxutmaqdır
Dünən, 11:21
Qaydalar pozuldu: Azərbaycan da MDB-dən çıxır? - NƏ BAŞ VERİR?
Dünən, 11:15
Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada - FOTO
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru