"Ciddi siyasətdə emosiyalara yer olmamalıdır" - deputat
Tarix: 13-05-2022, 01:38 | Çap et
 DİA.AZ BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin gündəmdə olan məsələlərlə bağlı Moderator.az-a qısa müsahibəsini təqdim edir:
- Qüdrət bəy, "Rusiya Ukraynaya təcavüz etdiyi üçün Azərbaycan anti Putin koalisiyasında yer almalıdır" deyənlər nə qədər haqlıdır? - Bunu söyləyənlər dövlətimiz və xalqmız qarşısında məsuliyyət hiss etməyənlərdir. Bir anlığa təsəvvür edin ki, Azərbaycan Respublikasının Prezidenti bu tip adamların ağlı ilə qərarlar qəbul edir. Görün ölkə hansı vəziyyətə düşər. Prezident dəfələrlə vurğulayıb ki, biz sərhədlərin zorla dəyişdirilməsini qəbul etmirik, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Ukraynaya humanitar yardım edirik, amma bizim ərazi bütövlüyümüzlə bağlı öz problemimiz var və Qərb Ukraynanın ərazi bütövlüyünü pozan Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edib Ukraynaya siyasi, maliyyə dəstəyi verib, silah göndərib kəşfiyyat məlumatları ilə kömək etsə də​, işğalçı Ermənistana münasibətdə 30 il ərzində bunların heç birini etməyib, bu gün də etmir. Prezidentin Rusiya və Ukraynaya münasibətdə yürütdüyü siyasət bizim təbii müttəfiqimiz olan Türkiyə ilə uzlaşdırılmış siyasətdir və ölkəmizin maraqlarına tam cavab verir. Ciddi siyasətdə emosiyalara yer olmamalıdır. - ABŞ Prezidenti Ukraynaya kömək məqsədilə "Lend-Liz" qanununu imzaladı və ardınca bəyan etdi ki, Rusiyanın Ukraynadakı düşdüyü vəziyyətdən çıxış yolu yoxdur və bu onları düşündürür. Bir çoxları kimi Siz də bu cür düşünürsünüz? - Qərb Rusiyanın Ukrayna üzərində qələbəsini qəbul etməyə hazır idi. Ukrayna Prezidentinin, Silahlı Qüvvələrinin və xalqının heç kimin gözləmədiyi müqaviməti çox şeyi dəyişdi. İkunci dünya müharibəsi zamanı da ABŞ faşist Almaniyasının SSRİ üzərində ildırımsürətli qələbə​ qazana bilmədiyinə əmin olandan sonra​ SSRİ-yə 1941-ci ilin martında qəbul olunmuş "Lend-Liz" qanununa əsasən kömək etdi və 1944-cü ildə Normandiyada ikinci cəbhə açdı. Amma faşist Almaniyasından​ fərqli olaraq​ ABŞвЂ‹ hal-hazırda Rusiyanın​ qələbəsini istəməsə də, məğlubiyyətini də istəmir. "Lend-Liz" qanunu da​ Ukraynanın qələbəsi üçün yox, ABŞ Prezidentinin öz sifətini qoruması və Ukraynanın ağır məğlubiyyətinin qarşısını almaq üçün qəbul olunub. Ukraynaya verilən və veriləcək hərbi dəstəyin miqyası da bunu sübut edir. ABŞ-a Avropanı sözəbaxan etmək üçün Rusiyanın timsalında "xoxan" lazımdı. Əks halda bu müharibədən yayınmaq olardı. ABŞ Rusiyada hakimiyyət dəyişikliyinin və eyni zamanda​ inkişafın qarşısını almaq üçün münaqişənin dondurulmasına, Rusiyanın resurslarını hərbə yönəltməsinə çalışacaq və bunun üçün Ukraynanı ciddi güzəştlərə getməyə məcbur edəcək. Güzəştlərə etiraz etmək ehtimalı böyük olan, Qərbin birmənalı qəbul etmədiyi​ "Azov" batolyonuna da ehtimallara görə bu məqsədlə kömək edilmir. Rusiyanın isə vəziyyətdən məğlub olmadan çıxması üçün imkanlar var. Bunun üçün Ukraynanın neytrallığı və Krımda Rusiyanın hərbi bazalarının saxlanılması qarşılığında Ukraynanın ərazilərini özünə qaytarmaq lazımdır. Rusiyanın çıxış yolunun olmadığını deyənlər onu ədalətli və düzgün qərarlar qəbulundan çəkindirib müharibə vəziyyətini saxlamaq üçün​ edirlər.​


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|