"Müəlliflik hüququna təcavüz edilir..." .....                     Bakıda bacısını boğaraq öldürən oğlana .....                     Özbaşına qalmış MASAZIR... .....                     Nura Suri restoran fırıldağını ifşa etdi! .....                     201 saylı məktəbin direktoru CANINI QURTARDI .....                     İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır .....                     Dövlət Agentliyi 170 min manatlıq geyim alır .....                     ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır .....                     Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı .....                     "Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib" .....                     Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi .....                     Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi .....                     Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan .....                     Naxçıvanda polis nəfəri vəfat edib .....                     Region yenidən çalxalanır .....                     Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub .....                     “ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı .....                     Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi .....                     Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı .....                     Aleyna Tilkidən təəccübləndirən ETİRAF: .....                     “Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” .....                     18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... .....                     Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” .....                     "Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." .....                     “Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” .....                     Ermənistan üzərindən verilən mesajlar .....                     Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi .....                     DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb .....                     Azərbaycandan qaz alan Ukraynanın sanksiya siyahısı da var .....                     Saleh Məmmədov dövlətin texnikasını DƏDƏ MALI BİLİR? .....                     “Satmaq kişilikdən deyil”: Həkimə getməyən şəxs qanitirmədən ölübmüş .....                     Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi .....                     Zəngəzur dəhlizi Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək .....                     “Rusdan çox rusluq etmək” .....                     BADAMOV HƏLƏ DƏ PUTİNƏ İNANIR... .....                     DMA 2 milyona anbar icarəyə götürür: .....                     Bakıda qalmaqallı məhkəmə başlayır: .....                     Rusiyanın Sovetdən qalma silahları tükəndi .....                     Qısamüddətli az yağış yağacağı ehtimalı var .....                     Azərbaycanda özəl neft-qaz şirkətinə rəhbər təyin edilib .....                 

“Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi” - Sərdar Cəlaloğlu
Tarix: 14-01-2023, 08:59 | Çap et
 “Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi”
Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzaladı. Lakin qanun bəzi müxalifət qüvvələrinin kəskin tənqidinə səbəb olub. Məsələn, Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov sənədin təsdiqlənməsini mənfi qiymətləndirib.

“Düz iki ay sonra, martın 11-dək Venesiya Komissiyası bu qanunla bağlı öz rəyini təqdim etməlidir. Qanunun Venesiya Komissiyasının ekspertizasından əvvəl və onun tövsiyələri nəzərə alınmadan imzalanması o deməkdir ki, komissiyanın rəyi olduqca mənfi olacaq”, - Məmmədov “Turan”a bildirib.

Onun fikrincə, hakimiyyətin qəbul etdiyi iki qanun - media və siyasi partiyalar haqqında qanunlar Azərbaycanı beynəlxalq demokratik birliyin gözündə nüfuzdan salacaq.

Qanunu tənqid edənlərin fikrincə, o, hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığını mühüm dərəcədə məhdudlaşdırır. Belə ki, siyasi partiyanın qeydiyyatı üçün onun ən azı 5000 üzvü olmalıdır. Əgər onların sayı 4500-ə düşərsə, o zaman məhkəmədə bu partiyanın dövlət qeydiyyatının ləğvi barədə iddia qaldırılır. Həmçinin siyasi partiyaların üzvlərinin reyestri aparılacaq. Yəni partiya üzvlərinin haqqında bütün məlumatlar ictimaiyyətə açıq olmalıdır. Dövlət qeydiyyatı olmadan siyasi fəaliyyətə yol verilmir. İl ərzində siyasi partiyalara ianələr minimum əməkhaqqının 35 mislindən (hazırda 10,5 min manat) çox ola bilməz. Bütün bu normalar hakimiyyətin siyasi fəaliyyəti məhdudlaşdırmaq və müxalifət partiyalarının ləğvini qanuniləşdirmək səyləri kimi qiymətləndirilir.

Dekabrın 14-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi bu qanunun Avropa Şurası Venesiya Komissiyası tərəfindən təcili qiymətləndirilməsi barədə qərar qəbul edib.

Bu arada Azərbaycan Demokratiya və Rifah Partiyasının buraxıldığı məlum olub. Bu barədə partiya sədri Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, bu addım “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atılıb: “Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi ”Siyasi partiyalar haqqında" Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik".

ADR 2015-ci ildə yaradılıb. Onun rəhbəri olan iqtisadçı professor Q.İbadoğlu Londonda yaşayır.

Bəs digər müxalif partiyalar İlqar Məmmədovun mövqeyini bölüşürmü?
ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə qeyd olunan qanundan narazı olduğunu dedi: “Əvvəla, onu deyim ki, qanunlar konstitusiya normalarının daha geniş və ətraflı həyata keçirilməsini təmin edən normalardır. Bu baxımdan qanunların Konstitusiyaya zidd olması yolverilməzdir. ”Siyasi partiyalar haqqında" yeni qanun müzakirə olunan zaman bildirdik ki, bu, Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir, hüquqa uyğun gəlməyən bir çox müddəalar var. Hansı ki, yenə də Azərbaycan Konstitusiyasına görə, Konstitusiyadan sonra beynəlxalq hüquq normaları ölkəmizdə üstünlüyə malik normalar kimi təsbit olunub. Digər tərəfdən, ümumiyyətlə, qanun nə deməkdir? Qanun real ictimai münasibətləri tənzimləyəndir.

Bu da “Siyasi partiyalar haqqında” qanun olduğuna görə praktiki olaraq siyasətlə məşğul olan siyasi partiyaların iradları nəzərə alınmalı idi. Həmin vaxt siyasi partiyaların böyük əksəriyyəti, hətta Yeni Azərbaycan Partiyası da bu qanunla siyasi fəaliyyətin həyata keçirilməsinin mümkün olmadığını dedilər. Amma bütün bunlara baxmayaraq, qanun qəbul edildi. Bunun sonu necə olacaq, onu gələcək göstərəcək".

AĞ Partiya sədri Tural Abbaslı da qanundan narazı olduğunu qeyd etdi: “Təbii ki, ölkə daxilində qəbul edilən istənilən qanun və qərarlar həmin ölkənin reytinqinə müsbət və mənfi təsir edir və bu, danılmaz faktdır. Belə ki, müxtəlif dünya səviyyəsində olan ölkələr müxtəlif kateqoriyalar üzrə, o cümlədən demokratiyanın, iqtisadi və söz azadlıqlarının vəziyyəti qiymətləndirilir və bu bir çox hallarda ölkələrə münasibəti formalaşdırır, yəni istər siyasi, iqtisadi münasibəti. Mən də o fikirdəyəm ki, bir çox hallarda Azərbaycanda qəbul olunan qərar və qanunlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin zəifləməsinə xidmət edir. Ola bilsin ki, niyyət bu deyil, ola bilsin ki, hakimiyyətin düşüncəsinə görə, məqsəd vəziyyətin yaxşılaşdırılmasıdır. Amma beynəlxalq normalara görə bir çox hallarda Azərbaycanda belə olur.

Sonuncu “Siyasi partiyalar haqqında” qanun barəsində də deyə bilərəm ki, burada pozitiv görünən nüanslarla yanaşı, partiyaları gələcəkdə fəaliyyətinin məhdudlaşdırılması, qısırlaşması istiqamətində xeyli addımlar var hansı ki, bu partiyaların normal fəaliyyətinin qarşısını alacaq, yersiz çətinliklər yaradacaq, partiyaların böyüməsinə, ictimai fikir formalaşdırmasına, siyasi səhnənin həqiqi aktyorlarına çevrilməsinə mane olacaq.

Daha çox görünəni budur ki, istər media, istərsə də partiyalar haqqında qanun daha çox partiyalar və mediaya nəzarətin gücləndirilməsinə hesablanıb. Yəni hakimiyyət partiyalar və media qurumlarına nəzarəti gücləndirmək üçün bu qanunları qəbul edib və bu, sirr də deyil. Beynəlxalq normaları kənara qoyaq, Azərbaycan reallığında belə bu qanunların ölkədə nə söz azadlıqlarına, nə media azadlığına, nə siyasi fəaliyyət azadlğına, nə partiyaların inkişafına gətirib çıxaracağını düşünmürəm. İndi qəbul olunub, Prezident də imzalayıb, lakin bu qanunda yeni, müsbətə doğru dəyişikliklər etmək lazımdır. Təbii ki, real fəaliyyətdə olan və Azərbaycan siyasi səhnəsinin reallığını bilən, bundan xəbəri olan partiyaların, siyasi fiqurların fikirləri nəzərə alınmalıdır. Amerika, Fransa, Britaniyaya baxıb Azərbaycanda qanun qəbul etmək doğru deyil. Çünki Azərbaycanın özünə xas, spesifik xarakteri var. Əgər biz istəyiriksə demokratiyaya keçid edək, o zaman real vəziyyət nəzərə alınmalıdır. Təəssüflə qeyd etməliyik ki, son qanunlar barədə bunu deyə bilmərik".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd etdi: “Siyasi partiyalar haqqında" qəbul olunmuş qanunda elə müddəalar var ki, ümumi prinsiplərdən, yəni siyasi partiyaların tənzimlənməsi ilə bağlı prinsiplərdən geri çəkilmələr kimi qiymətləndirirəm. Bunların içərisində reyestr məsələsini xüsusi qabartmaq istərdim. Belə ki, siyasi partiya üzvlərinin reyestrlərinin alınması, dəyişikliklər barədə məlumatların verilməsi bir o qədər də beynəlxalq aləmdə qəbul olunmayıb. Əksər yerlərdə siyasi partiya üzvlərinin siyahısı, onlar haqqında məlumatlar tələb olunmur. Hətta Venesiya Komissiyası da bu reyestr məsələsinə mənfi rəy verib. Yəni, bu baxımdan hesab edirəm ki, bəli, müəyyən nöqsanlar var, o cümlədən partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlərdə. Elə məsələlər var ki, onlar siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmalıdır. Amma bunlar qanuna da daxil edilib. Yəni bu, siyasi partiyalar üçün əlavə bir yük yaratmış olur.

Amma bütövlükdə, ümumi qanun nöqteyi-nəzərindən deyə bilərəm ki, burada müsbət müddəalar da var və onlardan kifayət qədər yararlanmaq lazımdır. Əslində üzvlərin sayının artırılması, partiyaların üzərinə digər öhdəliklərin qoyulması siyasi partiyaların cəmiyyətdəki nüfuzunun bir növ qaldırılması, onun fəallığının artırılmasına xidmət edir. Siyasi partiyalar doğrudan da cəmiyyətin həyatında iştirak etmək istəyirlərsə, həmin qanuna uyğun fəaliyyət göstərməli, nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidirlər.

Yəni ümumilikdə götürəndə qanun siyasi partiyaların fəaliyyətinin təkmilləşməsinə yönəlib, lakin dediyim kimi, müəyyən məhdudlaşdırıcı müddəalar da var və Azərbaycan şəraitində icra hakimiyyəti orqanları, yəni siyasi partiyaların fəaliyyətinə nəzarət edən orqanlar bu məhdudlaşdırıcı müddəalardan daha çox istifadə etməyə çalışacaqlar".

“Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunu imzalayıb, təsdiqlədi. İndi həm qəribə, həm də gözlənilən bir yanaşmalarla üz-üzə qalmışıq. O müxalif partiyaların sosial bazası olduqca zəifdir, onlar bu qanuna qarşı çıxış edir, qanunun Venesiya Komissiyasının tələbləri və tövsiyələrinə uyğun gəlmədiyini vurğulayırlar. Bildirirlər ki, gərək əvvəlcə bu qanunu Venesiya Komissiyasına göndərməli idik. Belə çıxır ki, Venesiya Komissiyası bizim üçün xüsusi qanun hazırlamalı idi və biz də parlamentdə onu müzakirə etməliydik?

Gəlin Venesiya Komissiyasından danışmayaq, ona görə ki, bu sənəddə onun bütün tövsiyələri nəzərə alınıb. Yəni insafsızlıq olar ki, bununla bağlı irad tutulsun. Venesiya Komissiyasının ən mühüm tövsiyələrindən biri budur ki, bu tip qanunlar qəbul edilərkən ilk növbədə ictimai müzakirələrdən keçməlidir. Qeyd edim ki, qanun əvvəlcə Milli Məclisin saytında yerləşdirildi, partiyalardan 300-ə yaxın təkliflər daxil oldu, daha sonra parlamentdə iki dəfə geniş ictimai müzakirələr keçirildi, komitələrdə hərtərəfli müzakirə olundu, 3 oxunuşda parlamentin plenar iclaslarında bu qanuna baxıldı və təsdiqləndi. Bu təsdiqləməyə qədər təxminən 100-ə qədər qanunda dəyişikliklər edildi və ən çox narahatlıq doğuran məsələlər bir daha nəzərdən keçirildi. Ona görə də yenə həmin qanunda nəsə qüsur tapmaq, onun demokratiyaya zidd olduğunu iddia etmək ən azı insafsızlıqdır.

Əslində problem onunla bağlıdır ki, partiyanın qeydiyyata alınması üçün minimum onun 5 min üzvü olmalıdır. Əvvəl isə 10 min nəzərdə tutulmuşdu. Təsəvvür edin ki, həmin partiyaların əsas dərdi budur ki, indi 5 min nəfəri necə toplayacaqlar. Gözləyirdik ki, iddialı, özünə güvəndiyini, böyük sosial bazası olduğunu deyən partiyalar deyəcəklər ki, “5 min nədir, 15-20 min üzvlük sayı tələbi qoysasınız, biz bunu edəcəyik”. Dəfələrlə elə TV Musavat-da müxalif partiyalarının liderləri ilə birlikdə etdiyimiz debatlarda sual verəndə ki “sizin partiyanızın neçə üzvü var?”, cavab verirdilər ki, 30-40 min. Hətta 50-60 min partiya üzvü olduğunu deyənlər də var idi. Amma bu qanunun müzakirəsi zamanı onların heç birinin dilindən bu ifadəni eşitmədim ki, desinlər “5-10 min bizim üçün nədir, bizim 60 min üzvümüz var”. Qanun müzakirə olunanda elə ən çox bu məsələ üzərində dayanmışdılar ki, niyə say tələbi 10 min, 5 mindir? Yəni bu qədər zəifsiniz, gücünüz, sosial bazanız kasaddır?

Bir daha qeyd edirəm ki, “Siyasi partiyalar haqqında” qanun yüksək səviyyədə hazırlanıb, Venesiya Komissiyasının təklif və tövsiyələrinə tamamilə uyğundur, hamısı nəzərə alınıb, eyni zamanda bu qanunda Avropanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, tətbiq edilib".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Bu gün, 17:01
Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Bu gün, 16:54
Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Bu gün, 16:49
Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Bu gün, 16:46
201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Bu gün, 16:45
İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Bu gün, 16:09
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Bu gün, 16:06
ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Bu gün, 16:02
Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Bu gün, 16:01
"Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib"
Bu gün, 16:00
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTO
Bu gün, 15:57
Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi - Kreml nə planlaşdırır?
Bu gün, 15:50
Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA
Bu gün, 15:48
Naxçıvanda polis nəfəri vəfat edib
Bu gün, 15:31
Region yenidən çalxalanır – İranın gizlətdiyi “xəzinə” vurula bilər
Bu gün, 15:28
Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub
Bu gün, 15:12
“ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı - DETALLAR
Bu gün, 14:58
Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi – “Yerli xalq niyə köçməlidir?”
Bu gün, 14:50
Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı - AXI NİYƏ?
Bu gün, 14:40
Aleyna Tilkidən təəccübləndirən ETİRAF: - "Bir anda evlənib uşaq doğa bilərəm"
Bu gün, 14:38
“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” - TƏFƏRRÜAT
Bu gün, 14:26
18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... - ŞOK TƏFƏRRÜAT
Bu gün, 14:23
Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” - Peskovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 14:21
"Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." - İLGİNC İDDİALAR
Bu gün, 14:15
“Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” – YENİ QALMAQAL
Bu gün, 14:08
Ermənistan üzərindən verilən mesajlar – Rusiya sülhə yox, savaşa hazırlaşır?
Bu gün, 14:00
Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi – Elə şeylər olacaq ki…
Bu gün, 13:10
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb - MƏHKƏMƏ
Bu gün, 13:05
Azərbaycandan qaz alan Ukraynanın sanksiya siyahısı da var - ARAŞDIRMA
Bu gün, 13:00
Saleh Məmmədov dövlətin texnikasını DƏDƏ MALI BİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:57
“Satmaq kişilikdən deyil”: Həkimə getməyən şəxs qanitirmədən ölübmüş - ŞOK TƏFƏRRÜAT
Bu gün, 12:47
Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi - FOTO
Bu gün, 12:43
Zəngəzur dəhlizi Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək - Fitch Solutions
Bu gün, 12:39
“Rusdan çox rusluq etmək” – Kremlin ruporları niyə azərbaycanlılardan QORXURLAR?
Bu gün, 12:36
BADAMOV HƏLƏ DƏ PUTİNƏ İNANIR... - Ümid edir ki...
Bu gün, 12:33
DMA 2 milyona anbar icarəyə götürür: - Bir ildə eyni şirkətlə iki dəfə anlaşma
Bu gün, 12:29
Bakıda qalmaqallı məhkəmə başlayır: - Zərərçəkənlər arasında tanınmışlar da var
Bu gün, 12:26
Rusiyanın Sovetdən qalma silahları tükəndi – Üç ölkə köməyə gəldi
Bu gün, 12:24
Qısamüddətli az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:21
Azərbaycanda özəl neft-qaz şirkətinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:18
Azərbaycanda ən çox izləyicisi olan 100 “xəbər və siyasət” kanalı - SİYAHI
Bu gün, 12:11
Ata oğlunun həbsxana yoldaşlarını aldatdı - Özü də həbsxanaya düşdü
Bu gün, 12:02
“Get balonunu bağla!” - Günel Rəqsanəni AŞAĞILADI
Bu gün, 12:00
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi? - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Paşinyan böyük savaşa HAZIRLAŞIR - TƏFƏRRÜAT
Bu gün, 11:49
Əmrullayevin görəv başında 5 İLİ: BACARDIMI? - AKTUAL
Bu gün, 11:47
İran Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb
Bu gün, 11:43
Gümrüdəki fəvvarələrdə rusca məşhur “vor-zakon” mahnısı səsləndi... -Paşinyan əsəbləşdi və...
Bu gün, 11:42
Kişi ona kobud cavab verən arvadını döydü - MƏHKƏMƏ
Bu gün, 11:40
Qazaxıstan neftinin Rusiyadan yan keçməklə nəqli: Azərbaycan nəqli məhdudlaşdıracaq - “Nezavisimaya qazeta”
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru