Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BASTIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                 

""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur" - ETİRAZ
Tarix: 23-01-2023, 09:37 | Çap et
""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur"
“13 aydan sonra Tərtərdə 2017-ci ildə törədilmiş qətliama dair başladılan təkrar istintaq başa çatır və iş tezliklə məhkəməyə göndəriləcək. Bu haqda zərəçəkmişlərə Baş Prokurorluqdan rəsmi məlumat verilib. İttihamların hansı maddələrlə verilməsi də artıq aydındır.
İttihamda göstərilən maddələri sadalamadan bildirim ki, həbs olunmuş cinayətkarların heç birinə AR CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham verilməyib. Burdan da belə qənaətə gəlmək olur ki, öldürülmüş 14 hərbçimizin hamısı ya ehtiyatsızlıq üzündən, ya da elə durduqları yerdə ölüblər”.
DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu özünün feysbuk hesabında yazıb.

“Təbii ki, dövlətə xəyanət, cinayətkar dəstə və ya birlik yaratmaq, terrorçuluq və soyqırım ittihamlarından isə heç söhbət belə gedə bilməz. Halbuki dəfələrlə qeyd etdiyim kimi Azərbaycan ordusuna, onun hərbçilərinə, xalqına qarşı törədilmiş "Əsrin cinayətində" bütün bu əməllərin əlamətləri var.
Bəlkə də kimsə soyqırım ittihamına skeptik yanaşa bilər, odur ki, çalışıb buna aydınlıq gətirək. Qatillərin işgəncələrə məruz qalan hərbçilərimizin mütləq əksəriyyətini müxtəlif alətlərlə zorlaması, onların cinsiyyət orqanlarına davamlı şəkildə elektrik cərəyanı verməsi zərəçəkmişlərin çoxunun sonsuzluğuna səbəb olub.
Bunun isə alman faşistlərinin işğal etdikləri bəzi ərazilərdə insanları sterilləşdirməsindən heç bir fərqi yoxdur. Yeganə fərq tətbiq olunan metodlardadır. Hər iki halda məqsəd insanları reproduktiv funksiyadan məhrum etmək olub. Bunun adı isə soyqırımdır. Yəni, müəyyən əhali qrupunun artımının qarşısını məqsədli şəkildə almaq.
Bəli, Tərtər qətliamı zamanı Azərbaycan xalqına qarşı mənəvi və fiziki soyqırım aktı törədilib. Törədilmiş vəhşiliklər haqqında da azı son iki il ərzində zərəçəkmişlərin öz dilindən ölkə əhalisinin heç olmazsa tən yarısı eşidib. Bu da artıq kiminsə nəsə yazması və ya danışması deyil. Odur ki, onların üzərində dayanmağa ehtiyac qalmır”, - Ə. Oruclu bildirib.
Ekspertin fikrincə, cinayət işinə dair həbs olunanlar arasında iki yüksək rütbəli zabitdən (general-mayor Bəkir Orucov və polkovnik Vüsal Ələsgərov) savayı qalanlarının hamısı sıradan icraçılardır:
“Halbuki həmin siyahıda ən azı Tərtər qətliamının törədilməsində açar fiqurlar olan Hikmət Həsənov və Xanlar Vəliyev mütləq olmalı idi.
Mən hələ müdafiə naziri Zakir Həsənovu, Baş Qərargah rəisi Nəcməddin Sadıkovu, digər generalları və keçmiş Baş Prokuror Zakir Qaralovu, onun birinci müavini olmuş Rüstəm Usubovu demirəm. Amma sadalanan şəxslərdən biri də nəinki həbs olunmadı, hətta istintaq tərəfindən sorğulanmadı da.
Halbuki onlarla yanaşı cinayətin törədilməsinə yol açmış 7 may 2017-ci il tarixli dörd qurum (MN, Baş Prokurorluq, DTX və DİN) tərəfindən verilmiş bəyanata görə onların rəhbərləri də sorğulanmalı idi. Haşiyə çıxım ki, sadalanan işlərin görülməməsi heç də Baş Prokurorluğun və onun istintaq qrupunun günahı deyil.
Onlara qarşı ittihamlar yalnız qanunun aliliyi təmin olunduğu şəraitdə irəli sürülə bilərdi. Bu qurumlar isə üzərlərinə düşən işi görüblər. Daha doğrusu, siyasi hakimiyyət tərəfindən onların üzərinə qoyulan işi. Bəli, hüquq mexanizmlərinin işləmədiyi şəraitdə bütün səlahiyyətlər yalnız siyasi hakimiyyətə məxsus olur.
Amma tək səlahiyyətlər deyil, onlara görə məsuliyyət də. Başqa sözlərlə, bundan sonra Tərtər qətliamının hüquqi yolla həll edilməməsinə, Azərbaycan qanunlarının sabotaj edilməsinə, xalqa və onun ordusuna qarşı törədilmiş cinayətlərə (o cümlədən soyqırıma) görə məsuliyyət yalnız siyasi hakimiyyətin üzərinə düşür.
Bu da öz növbəsində o deməkdir ki, "Tərtər işi" siyasiləşir. Daha doğrusu siyasiləşdirilir və bunu edən də siyasi hakimiyyətin özüdür. Amma bu, vəziyyəti aydınlaşdırmaqla yanaşı yüngülləşdirmir, daha da ağırlaşdırır. Çünki əvvəlki ehtimal və mülahizələrdən fərqli olaraq bu gün tam aydın olur ki, qatilləri himayə edən siyasi hakimiyyətdir.
Bunun səbəbləri haqda ayrıca danışılacaq və yazılacaq. İlk gündən Tərtər qətliamının istintaqının qanun çərçivəsində və ədalətli aparılacağına inam yox idi, amma ümid vardı ki, məhz həmin siyasi hakimiyyət ölkə tarixində törədilmiş ən qanlı və ən iyrənc cinayətin hüquqi yolla çözülməsində maraqlı olacaq.
Çox sadə səbəbdən: Tərtər qətliamı hüquqi qiymətini almadıqca o, siyasi hakimiyyətin aktivində qalan açılmamış çoxsaylı cinayətlərdən biri olacaq. Amma digərlərindən fərqli olaraq həm də soyqırım, xəyanət və terror əlamətləri olan cinayət kimi. Görünür, hakimiyyət bununla razılaşdı. Anlaşılandır, islanmışın yağışdan qorxusu olmaz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BASTIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru