"Ermənilər Xocalını qətliam törətmədən işğal etsə idilər, bu o qədər də təsirli olmazdı" - Fazil Mustafa BELƏ DÜŞÜNÜR...
Tarix: 6-07-2023, 08:29 | Çap et
 Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turniri azərbaycanlı gənclərin həm idmançı, həm də vətənpərvər vətəndaş kimi qələbəsi ilə yekunlaşdı. Yarışlar başlayan gündən erməni təxribatı ilə üzləşən idmançılarımız bu təxribatların qarşısını alın açıqlığı ilə aldılar. Azərbaycanlı gənc Zəki Cəfərzadə yarışda bayrağımızın üzərini örtən Ermənistan bayrağını kənara çəkdi. Sözügedən görüntülər sosial şəbəkələrdə izlənmə rekordu qırdı. Daha sonra bayrağımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarmış idmançımız sayəsində dalğalandı. Erməninin iştirakı ilə yaşanan digər hadisə də müzakirə mövzusu oldu. Belə ki, erməni idmançı karateçimizə məğlubiyyəti həzm etməyərək azərbaycanlı Alika Semixovaya hörmətsizlik etdi. Görüşün sonunda karateçimiz rəqibinə hörmət əlaməti olaraq görüşmək istəsə də, erməni idmançı Semixovanın üzünə zərbə endirdi. Erməni idmançı diskvalifikasiya edildi və medalı əlindən alındı.
DİA.AZ-ın məlumatına görə, millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, gənclərin vətənpərvər ruhda yetişməsində ilk amil peşəkarlıqdır. Onun fikrincə, hansı sahədə olmasından asılı olmayaraq, peşəkarlıq sayəsində üstünlük qazanmaq şansı daha artıq olur: “Peşəkarlıq müəyyən etika, tərbiyə, xarakterin formalaşması ilə insanı daha çox irəli apara bilər. Məsələn, idmançı qələbə qazanıb, ölkəsinin bayrağını dalğalandırmağa nail ola bilər, amma hər hansı davranışı ilə mənfi imic də qazana bilər. Uğur etik dəyərlərlə tamamlanmalıdır. Nümunəvi davranış ölkəyə rəğbət qazandıra bilir. Peşəkarlıqdan kənarda vətənpərvərlik yoxdur. Bu, döyüş meydanı üçün də keçərlidir. Düşmənlə mənfi, yaxud müsbət davranışlarımızın ölkəmizin imicinə necə təsir göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Əsirə, yaxud çətin vəziyyətdə olan düşmənə qarşı atılan addım bir çox mənfi reaksiya yaratdı. Yaralı düşmənə hərbçilərimizin insani münasibəti, yaralarını sarımağı böyük rəğbət topladı. Ermənilər Xocalını qətliam törətmədən işğal etsə idilər, bu o qədər də təsirli olmazdı, amma körpə uşaqları məhv etmələri vəhşi millət obrazını ortaya çıxartdı. Hələ də bu damğanı silə bilmirlər. Müstəqillikdən öncə hərbi xidmət dövründə bir azərbaycanlı nümunəvi hərəkət etdikdə, bu, komanda heyətinin xalqa münasibətinə təsir göstərirdi. İdman arenasında təmkini qorumaq xüsusilə önəmlidir. Hətta düşmən qalib olsa belə, himni səsləndikdə hörmət etmək lazımdır. Xatırlayırsınızsa, Ermənistanda keçirilən yarışmada dizayner Azərbaycan bayrağını yandırmışdı. Ermənistan cəmiyyətində bu hərəkət yaxşı qarşılanmamışdı. Belə epizodlar beynəlxalq arenada unudulmur. Vətənpərvərlik Vətənin adını uca tutmaqdır. Gürcüstanda erməninin azərbaycanlıya qarşı hörmətsizliyi bir daha sübut etdi ki, hər bir vəziyyətə hazır olmaq, şəxsiyyəti, mədəniyyəti, alicənablığı heç bir halda itirməmək lazımdır. Xüsusilə tanınmış şəxslərin vəzifə borcu olmalıdır ki, mənim hərəkətim dövlətimin, xalqımın adına yazılır. Vətənpərvərlik iş yeri deyil, status, titul da deyil. Bu, insani keyfiyyətdir. İnsani keyfiyyətin əsas dəyəri onun bilavasitə mədəni, humanist komponenti ilə ölçülür. Bundan kənara çıxmaq yolverilməzdir”.
Millət vəkili hesab edir ki, hər bir vəziyyətə hazır olmaq, təmkinli davranmaq üçün buna uşaq yaşlarından hazır olmaq lazımdır: “Təbliğat bağçadan, məktəb təhsilindən başlamalıdır. Yeri gəlmişkən, elm sahəsində üzərimizə düşən ciddi məsələlər var. Məsələn, dünya olimpiadalarında iştirak edənlərin kommunikasiya qurması diaspora fəaliyyətimiz üçün çox önəmlidir. O cümlədən xaricdə yaşayan insanların davranışı da ölkənin imicinə təsir edir. Hər hansı neqativ vəziyyət yarandıqda ilk növbədə hansı ölkədən gəldiyi soruşulur. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla bağlı bəzən xoş xəbərlər eşidirik - kimi seldən uşaq xilas edir, kimi yanğın zamanı məktəbliləri təxliyə edir və s. Belə hadisələr həm də Azərbaycana qarşı münasibətə müsbət təsir edir.
O cümlədən dinimizdə də buyurulub ki, yalnız sizinlə savaşanlarla savaşın. Müharibə döyüş meydanında aparılır. Bəzən populist davranışlara rast gəlsək də, mütləq əksəriyyətin daha sağlam, mədəni, ölkənin imicini düşünən insanlara üstünlük verməsi müsbət haldır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59 |
|
|
|
|