"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                 

"Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq" - deputat
Tarix: 8-07-2023, 09:18 | Çap et
"Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq"
DİA.AZ BAXCP sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycan Prezidenti Qarabağda Ermənistan ordusunun hərbçiləri ilə bağlı tələblərini növbəti dəfə bəyan etdikdən sonra Paşinyan Qarabağda Ermənistan hərbçilərinin olmadığı iddiasını səsləndirdi. Onun reaksiyası Azərbaycana “Qarabağdakı qanunsuz silahlı birləşmələrlə, terrorçu dəstələrlə özünüz bilərsiniz” cavabı sayıla bilərmi? Sizcə, bundan sonra antiterror əməliyyatları üçün hansısa maneə qalırmı?

- Paşinyan gözünün içinə qədər yalan danışır. Amma bəli, o məna çıxır. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bu addımların atılmasına ona görə ehtiyac var ki, Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq. Deyəcəklər ki, sizin ərazi bütövlüyünüzü tanıyırıq, Sərkisyan da, Köçəryan da deyirdi. Ona görə də onlar Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımadılar. Həmişə deyiblər ki, “bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, 1991-ci il Almatı Bəyannaməsini də imzalayıblar. Amma Dağlıq Qarabağdakı ermənilər "öz müqəddəratlarını təyin ediblər", öz “dövlətlərini qurublar”, siz də onlarla danışın, razılaşın".

Yəni mahiyyət etibarilə heç bir dəyişiklik baş verməyib. Yəni bu, üskük fırladılması kimi, söz fırlada bilərlər. Ancaq mahiyyət dəyişmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu, belə olmasaydı, Paşinyan Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh sazişinə münasibətdə deyərdi ki, bəli, gəlin 1991-ci ilin sərhədləri - hansı ki, biz SSRİ tərkibindən çıxmışıq - daxilində bir-birimizin ərazi bütövlüyünü tanıyaq. Saziş imzalayaq ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin də delimitasiya və demarkasiyası prosesinə başlanılacaq, qalan məsələlərdə isə oturaq, danışaq, razılaşaq.

- Deyir, amma irəliyə addımlar atmır...

- Əlavə şərtlər qoyurlar. Bilirlər ki, Azərbaycan bununla razılaşmayacaq.

- Üstəlik, 1975-ci il xəritəsini ortaya atıblar. Məqsəd-məram nədir? Niyə məhz 1991-ci il yox, 75-ci il?

- Bunlar hamısı bəhanədir. Nə mənası var? Əgər həmin xəritə əsasında Azərbaycan və Ermənistanın ərazisi müəyyənləşib, bildirilib ki, bu ölkələr müvafiq olaraq 86,6 min kv/km və 29,743 min kv/km-lik ərazilərə sahibdirlər, üstəlik, Paşinyan özü də bunu deyirsə, o halda xəritənin nə əhəmiyyəti var? O ərazilər həmin xəritə ilə müəyyənləşib də. Azərbaycan da razılaşıb, erməni tərəf də. Deməli, bunların hamısı bəhanədir. Xəritə məsələsi əhəmiyyətli deyil. Sadəcə, Ermənistan istəyir ki, Azərbaycan beynəlxalq güclərin, o cümlədən 30 illik işğal dövründə Ermənistanı açıq da olmasa, birmənalı şəkildə dəstəkləyən, işğalçını müdafiə edən Fransa, ABŞ daxil olmaqla, digər qüvvələrin təminat verdiyi Qarabağdakı separatçı, əslində işğalçı rejimlə danışıqlara başlasın. Həmçinin böyük dövlətlər də separatçıların oradakı varlığına bir təminatçı olsunlar. Onların təminatı ilə danışıqlar başlayandan sonra isə Azərbaycan, ümumiyyətlə, orada antiterror əməliyyatı keçirə bilməyəcək. İndi belədir ki, rusların oradakı 5 illik missiyası başa çatandan sonra Azərbaycan bölgədə dövlət suverenliyini bərpa etməlidir. Amma biz Ermənistanın şərtini qəbul etsək, o halda faktiki surətdə biz keçmiş Dağlıq Qarabağın de-fakto müstəqilliyini tanımış oluruq.

Bunlar o şərti qoyurlar, sözsüz ki, Azərbaycan həmin şərtlərlə sülh sazişini imzalaya bilməz. Dövlət başçısı deyir ki, Qarabağ Azərbaycanın daxili işidir, biz oradakı ermənilərlə özümüz danışacağıq. Amma onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməlidirlər, digər məsələləri, onların təhlükəsizliyi, hüquqları ilə bağlı məsələləri müzakirə edə bilərik. Ermənistan isə buna razı olmur. Əslində Ermənistan sülh sazişindən qaçır. Çox təəssüf ki, ermənipərəst Qərb dairələrinin trolları qismində çıxış edən Azərbaycandakı bəzi siyasi partiyalar, bəzi özünü radikal müxalifətçi adlandıran şəxslər də Azərbaycan hökumətindən Ermənistanla sülh sazişi bağlamağı tələb edirlər. Əslində bununla dünya birliyinə mesaj verirlər ki, guya sülh sazişinin imzalanmamasının günahkarı Azərbaycandır. Yəni bunlar ermənilərə birbaşa xidmət eləmiş olurlar. Sonra da xalqa vətənpərvərlikdən danışırlar, vətənpərvərlik dərsi keçirlər. Halbuki bu adamlarin ipi kənar güclərin əlindədir və onlar da fit çalmaqla bunları istənilən vaxt istənilən bəyanatları verməyə məcbur edirlər, yönəldirlər.

- Vaxtaşırı belə məlumatlar yayılır ki, Azərbaycana təzyiqlər var. Necə bilirsiniz, təzyiqlər əsasən nələrlə bağlıdır?

- Bu gün Azərbaycana qarşı təzyiqlər onunla bağlıdır ki, Ermənistanın şərtləri ilə sülh sazişi imzalasın. Əlbəttə, buna getmək olmaz. Hesab edirəm ki, Azərbaycan bu məsələdə çox haqlıdır. Ermənistan bizim təklif etdiyimiz o 5 bənd əsasında sülh sazişini imzalamalıdır. Bu, olmayacağı təqdirdə... Yenə deyirəm, Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır. Biz bilirik ki, Xankəndidə dövlət suverenliyimizi bərpa edə bilməməyimiz orada rus sülhməramlılarının olması ilə bağlıdır. Həm də Azərbaycan öz üzərinə müəyyən öhdəlik götürüb ki, Rusiyanın köməkliyi ilə biz dinc yolla, yenidən hərbi əməliyyatlar keçirmədən oradakı erməni hərbi birləşmələrini tərk-silah edək, regiona sülh gəlsin, kommunikasiyalar bərpa olunsun.

- Rusiyanın bu sonluğu istədiyini güman edirsinizmi? Hətta Rusiyanın Azərbaycana qarşı məkrli planları müzakirə mövzusudur. Xocalı hava limanından təxribatçı uşuşlar da narahatlıq doğurur. Belə olan halda nə etməliyik?

- Çox təəssüf ki, Rusiya da buna maraqlı görsənmir. Rusiya münaqişənin davam etməsində maraqlıdır. O baxımdan da Rusiya Ermənistana heç bir formada təzyiq etmir. Yəni təzyiq etsəydi, çoxdan sülh sazişi imzalanardı. Ona görə də Rusiya ilə açıq danışmalıyıq. Azərbaycan bir az səbirli olmalıdır. Əgər Rusiya Azərbaycanın təkliflərinə razılıq verməsə, sülhməramlıların müddəti başa çatandan sonra - Rusiyaya burada özünü beynəlxalq aləmə haqlı təqdim etmək üçün hansısa bəhanə verməmək üçün - ən geci 2025-ci ildə Azərbaycan kənara boylanmadan, heç kimlə məsləhətləşmədən güc tətbiq etməlidir, digər əraziləri üzərində öz suverenliyini bərpa etməlidir. Əslində biz bununla, yəni Qarabağda suverenliyimizi bərpa etməklə Ermənistan liderlərinin də sülh sazişi imzalamasını asanlaşdıracağıq.

Bəlkə də bu dəqiqə Paşinyanın da könlündən keçir ki, Azərbaycan girsin o ərazilərə, suverenliyini bərpa eləsin, sonra mən sülh sazişini imzalayım. Yenə də deyirəm, indiki halda Ermənistanda heç bir lider sülh sazişini imzalamayacaq. Çünki imzalasa, ermənilər onu xəyanətdə ittiham edəcəklər, Qarabağı Azərbaycana “bağışlamış” siyasətçi kimi lənətlənəcəklər. Ona görə də Paşinyan tarixdə bu adla qalmaq istəmir. Ancaq o da istəyir ki, Azərbaycan Qarabağda öz suverenliyini bərpa eləsin və bununla regiona sülh gəlsin.

- Azərbaycan Laçın yolunda nəzarəti tam bərpa etsə də, hava yolu faktiki olaraq Rusiyanın nəzarətindədir. Rusiya hərbçilərinin Xocalı aeroportundan uçuşları intensivləşdirməsi ilə bağlı məsələlər necə tənzimlənməlidir?

- Bir daha söyləyirəm, faktiki olaraq keçmiş Dağlıq Qarabağa hazırda Rusiya nəzarət edir. Azərbaycan da çalışır ki, böyük qonşusu olan bu ölkə ilə münasibətləri gərginləşdirməsin. Biz istəyirik ki, bu məsələdə Rusiyanın xoş niyyəti olsun və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etsin. Təəssüf ki, Rusiya hələlik bunda maraqlı görünmür. Onlar bu cür əsaslandırırlar ki, Xocalı aeroportu vasitəsilə ərazidəki sülhməramlılara ərzaq, digər tələbat malları daşıyırlar. Mən belə hesab edirəm ki, 2025-ci ilədək Azərbaycan bu danışıqları davam etdirməlidir və təmkin nümayiş etdirməlidir.

Həm də biz bölgədə baş verən proseslərin nəticələrini gözləməliyik. Sabah bölgədə elə proseslər baş verə bilər ki, heç 2025-ci ili gözləməyə də ehtiyac qalmaz. Ona görə Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır. Amma bu təzyiqlər son dərəcə düşünülmüş və təmkinli olmalıdır. Hesab edirəm ki, İlham Əliyev nə etdiyini bilir və biz bu şansı qaçırmayacağıq. Azərbaycan Qarabağ üzərində öz dövlət suverenliyini, inşallah, bərpa edəcək.

- Bəs təminat varmı ki, Rusiya 2020-ci ilin noyabrında olduğu kimi, bir helikopterini qaldırıb təxribat törətməyəcək, daha 5 il bölgədə qalmaqdan ötrü Azərbaycana qarşı məkrli planı həyata keçirməyəcək?

- Rusiya çıxılmaz vəziyyətdə qalsa, bunu edə bilər. O vaxta baxmayın. 2020-ci ildə hələ Ukraynada savaş başlamamışdı, Rusiya onda çox güclü idi. İndi Rusiyanın hərbi potensialının 50 faizi Ukraynada məhv edilib. Həmçinin 2020-ci ildən sonra Şuşa Bəyannaməsi imzalanıb, Türkiyə ilə Azərbaycan daha da yaxınlaşıb, Azərbaycanın, Türkiyənin regionda və dünyada nüfuzu daha da artıb, Rusiyanın özünün Türkiyədən müəyyən mənada asılılığı var. Eyni zamanda Azərbaycan artıq özünü daha güclü, inamlı hiss edir. Ona görə də düşünmürəm ki, Rusiya o cür təxribatlara gedə bilər.

Əlbəttə, Azərbaycan tərəfindən hansısa addımlar atılarsa, o halda öz imicini qoruyub-saxlamaq üçün Rusiyanın reaksiya vermək ehtimalı var. Amma öz tərəfindən bu təxribatlar ehtimalı çox azdır. Odur ki, Rusiya sülhməramlılarının orada olduğu dönəmdə elə davranmalıyıq ki, Rusiya dövləti məcburiyyət qarşısında qalıb Azərbaycanla hərbi konfliktə girməsin. Ona görə də 2025-ci ili gözləməliyik. Yenə deyirəm, regionda elə geosiyasi dəyişikliklər baş verə bilər ki, Azərbaycan 2025-ci ili gözləməz. Bəlkə elə ruslar öz qoşunlarını götürüb gedəcəklər, biz sakitcə məsələləri həll edəcəyik. Amma birmənalı şəkildə erməni silahlı birləşmələrinə təzyiqlər davam etməlidir. Erməni separatçılarının istənilən artıq hərəkətinə, məsələn, silahlı hərbçilərin yerdəyişmə cəhdlərinə qarşı dərhal zərbələr endirilməlidir. 2025-ci ilədək onların canını almalıyıq. 2025-ci ildə bir tərs şapalaq vurmaqla məsələni yekunlaşdırmalıyıq, həmin müddətədək onların hərbi bazalarını dağıtmalıyıq, hərbi potensialını tam tükətməliyik. Ermənistanın Qarabağdakı 15-16 minlik ordusunun canını almalıyıq, yavaş-yavaş sıradan çıxartmalıyıq, tam demoralizasiya etməliyik. Onların döyüş ruhunu sındırmışıq, amma tamam sındırmalıyıq ki, 2025-də bu məsələyə çox asan şəkildə nöqtə qoya bilək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru