İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                 

Qubad İbadoğlu olayı kimin proyektidir? – Gizli məqamlar...
Tarix: 26-07-2023, 11:15 | Çap et
Qubad İbadoğlu olayı kimin proyektidir?
Qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlunun personası ətrafında yaranmış ajiotaj səngimək bilmir. Səbəb təkcə Nərimanov rayon məhkəməsinin Q. İbadoğlu barədə 3 ay 26 günlük həbs qətimkan tədbiri seçməsi deyil. Son vaxtlar aktiv siyasi fəaliyyəti ilə seçilən iqtisadçı-professor radikal çıxışları ilə əslində, qarşıda onu təlatümlü dövrün gözlədiyinin anonsunu vermişdi.

Xatırladaq ki, Q.İbadoğlu Azərbaycan siyasətində heç vaxt birinci adam olmayıb. O, fəaliyyətinin əsas istiqamətini Müsavat Partiyası üçün iqtisadi konsepsiyalar hazırlamağa həsr edib. Bunun müqabilində isə nəinki partiyada birinci və ikinci postları tuta bilməyib, heç sabiq başqanın 8 müavinindən biri olmağı da bacarmayıb. Q.İbadoğlunun ən böyük mükafatı Müsavat Partiyasının Divan üzvü seçilmək olub. Sabiq Müsavat başqanı İsa Qəmbər o vaxtlar xeyli gənc olan həmyerlisini müavin postuna irəli çəkməyi heç vaxt ağlına gətirməyib.

2014-cü ildə İsa Qəmbər Müsavat başqanı postundan istefa verəndən sonra onunla Q.İbadoğlu arasında ziddiyyətlər açıq müstəviyə keçdi. İ.Qəmbər tərəfsizliyini qoruyacağını bəyan etsə də, partiyanın 27 sentyabr 2014-cü ildə Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilən Qurultayında müavini, Q.İbadoğlunun əsas rəqibi sayılan Arif Hacılını dəstəklədi. A.Hacılı İ.Qəmbərin də dəstəyi ilə Müsavat başqanı seçiləndən sonra rəqibinə qapını göstərdi. Partiyadaxili intriqalara meylli olan Q.İbadoğlu həmin vaxt bir neçə tanınmış sima ilə birlikdə Müsavatı tərk etdi. Ətrafına Vurğun Əyyub, Adil Qeybulla, Səxavət Əlisoy və digər tanınmış Müsavat funksionerlərini cəm edən Q.İbadoğlunun Müsavat Partiyasının sosial bazası hesabına yeni siyasi təşkilat yaradacağına dair proqnozlar səslənməyə başladı. Amma onun pul qazanmaq üçün müxtəlif xarici ölkələrə üz tutması bu proqnozların doğrulmasını mümkünsüz etdi. 3 il əvvəl ADRP-ni elan edən Q.İbadoğlu onlayn iclaslar keçirməkdən o yana gedə bilmədiyi üçün partiyasını da irəli apara bilmədi. O, internet televiziyası resurslarında vaxtaşırı hakimiyyət əleyhinə sərt çıxışlar etməklə gündəmdə qalmağı bacarsa da, zəif təşkilatçı olduğu üçün ətrafındakı adamların bir-bir “buxarlanması” qaçılmaz oldu. Hazırda Q.İbadoğlunun rəhbərlik etdiyi partiyanın cəmi 5-6 nəfərdən ibarət olan rayon təşkilatları iclas adı ilə çayxanalarda domino oynamaqla öz “vəzifə”lərini bitmiş hesab edirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində bunu sübut edən kifayət qədər foto və videogörüntülər mövcuddur.

Q.İbadoğlunun Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs olunması onun fəaliyyətinin yenidən təftiş olunmasına gətirib çıxardı. Avropanın müxtəlif universitetlərində qonaq statusu ilə dərs deyən azərbaycanlı professorun yüksək qazancdan imtina edib qəfildən Vətənə dönməsi çoxsaylı suallar və şübhələr yaradıb. Siyasi dairələrdə FETÖ ilə işbirliyində olduğu iddia edilən professorun Azərbaycana qayıtması ilə bağlı bir neçə versiya mövcuddur. Siyasi analitiklər bu dönüşün təsadüfi olmadığını düşünürlər. Onların fikrincə, Q.İbadoğlu Qərbin Azərbaycandakı yeni adamı olmaq üçün Londonu Bakıya dəyişib.

Niyə məhz Q.İbadoğlu?

Bu sualların da cavabı var. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycandakı Qərbyönümlü şəbəkə ümidləri doğrultmur. Şəbəkənin başında dayanan AXCP sədri Əli Kərimlinin son 20 ildə heç bir ciddi siyasi uğur qazana bilməməsi Qərb dairələrində onun perspektivsizliyinə əminlik yaradıb. Əleyhdarlarının təbirincə desək, özünə pasport ala bilməyən Ə.Kərimlinin YAP-dan hakimiyyəti alacağı inandırıcı görünmür. Bunu belə olacağı indi heç kimdə şübhə doğurmur.

Başda ABŞ olmaqla Qərbin Q.İbadoğluna “stavka” etməsinin bir neçə əsas səbəbi var. Məsələn, tərəfdarları iddia edirlər ki, Ə.Kərimlidən fərqli olaraq Q.İbadoğlu AXC-Müsavat iqtidarının "şinel"indən çıxmayıb. İqtidarda təmsil olunmadığı üçün onu bacarıqsızlıqda ittiham etmək düzgün deyil. Əgər Ə.Kərimlinin xarici dil bilgiləri yetərsizdirsə, Q.İbadoğlunun belə problemi yoxdur. O, rus və ingilis dillərini akademik səviyyədə bildiyinə görə Qərb dairələri üçün daha cəlbedici görünür. Üstəlik, Q.İbadoğlu iqtisadçıdır, Qərbyönmülü liberal dəyərləri yaxşı mənimsədiyi üçün gələcəkdə onunla əməkdaşlıq etmək perspektivləri daha böyükdür.

Q.İbadoğlunun Qərbin adamı kimi qəfildən Azərbaycan siyasətində “zühur” etməsi ilə bağlı planının arxasında başqa səbəblər də dayanır. Azərbaycan siyasətində Qərbyönümlü lider kimi tanınan başqa bir siyasətçi - ReAl sədri İlqar Məmmədov da uğursuzluğa düçar olub. Həbsxanadan çıxdığı 5 il ərzində ətrafına 5 min adam toplaya bilməyən, Azərbaycan cəmiyyətinin nəbzini tutmaqda çətinlik çəkən İ.Məmmədovun nə vaxtsa YAP iqtidarının qarşısında dayana biləcəyi inandırıcı görünmür. Başqa bir Qərbyönümlü lider - Ə.Kərimlinin tərəfdarlaır tərəfindən “avtobus müxalifəti” titulu ilə mükafatlandırılan İ.Məmmədov indi nəinki Qərbdə, heç Azərbaycanda da ciddi siyasi fiqur kimi qəbul edilmir.

Hadisələrin təhlili göstərir ki, hazırda Q.İbadoğlu Qərbin Azərbaycandakı yeganə “ümid yeri” sayılır. Görünür, Azərbaycan hakimiyyəti də bunu bildiyindən günləri sayırmış. Saymaq növbəsi isə indi Q.İbadoğluna çatıb. Təcridxanada səbirsizliklə azadlığa çıxacağı günləri sayır.

Çıxa biləcəkmi?

Azərbaycan müxalifətinin taleyi həm də bu sualın cavabından asılıdır...
//Yenisabah.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Dünən, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Dünən, 13:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru