Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                 

Qarabağdan gedən ermənilərə status verilə bilməz - ekspert danışır
Tarix: 30-09-2023, 08:07 | Çap et
Qarabağdan gedən ermənilərə status verilə bilməz
Ermənistanın siyasi dairələri və mediası son günlər Qarabağdan könüllü köçən erməniləri qaçqın, bəzən də məcburi köçkün kimi qələmə verir.

Hətta erməni sakinlərin gələcəkdə Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə mülkiyyət davası açması və təzminat tələb etməsi üçün iddia qaldıracağı bildirilir. Ancaq qaçqın və ya məcburi köçkün statusuna malik olmadan belə bir iddia ilə çıxış etmək mümkün deyil.

Çünki ermənilər 1988-1990-cı illərdə Ermənistanı tərk etmiş 300 min azərbaycanlıdan fərqli olaraq deportasiyaya məruz qalmayıb. Eləcə də, Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı aparılan etnik təmizləmə 800 min nəfərə yaxın məcburi köçkünün yaranmasına səbəb olub.

“Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən ermənilər isə Azərbaycan telekanallarına müsahibələrində öz evlərini könüllü tərk etdiklərini deyirlər. Üstəlik, Azərbaycan hökuməti onların geri qayıtması üçün müraciət edib. Ermənistan isə guya Qarabağdan 10 minlərlə dinc sakinin qaçqın, məcburi köçkün düşdüyünə dair məlumatlar yayır.

DİA.AZ-ın məlumatına görə, hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Qarabağdan Ermənistana köçən ermənilər bu addımı məcburiyyət qarşısında atmayıb. Ona görə də onlara qaçqın və ya məcburi köçkün statusu verilə bilməz.

Lakin ekspert hesab edir ki, Azərbaycana qarşı yönəldilə biləcək şantajın qarşısını almaq üçün erməni əslilli insanlarla təbliğat işi aparılmalı, onların əmlakı qorunmalıdır:

“Məcburi köçkünlük bir dövlətin vətəndaşlarının məcburi şəkildə həmin ölkənin daxilindəki başqa əraziyə yerdəyişməsidir. Qaçqınlar isə insanların bir dövlətdən başqa dövlətə məcburi şəkildə köçməsi və ya qaçmasıdır.

Həm məcburi köçkünün, həm qaçqının daimi yaşadığı yerdə həyatına, sağlamlığına hər hansı təhlükə yarandıqda oranı tərk etməli olan şəxslərdir. Qarabağdan Ermənistana köçən insanların qaçqın olub-olmaması sualı indi tez-tez səslənir.

Onların hansı statusu necə tanınacaq? Təbii ki, onlar məcburi köçkün sayılmır. Çünki bir dövlətdən başqa dövlətin ərazisinə keçiblər. Çox güman ki, bununla bağlı qərarı Ermənistan və beynəlxalq təşkilatlar verəcək. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələni araşdırıb hüquqi qiymət verəcək. Ona görə də Azərbaycan dövləti erməni sakinlərə öz evlərini tərk etməmək və onlara daimi yaşayış təminatı verməyə hazır olduğu barədə müraciət edib.

Azərbaycan xalqı da həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük müharibə dövründə çox əziyyət çəkib. Gənclərimizi, əzizlərimizi itirməyimizə baxmayaraq, əhalinin böyük əksəriyyəti xalqımıza qarşı cinayət törətməyən ermənilərlə birgəyaşayışı qəbul edir.

Lakin ermənilərin bir hissi köçməyə üstünlük verib və bunu könüllü edib. Heç kim onların həyatına təhlükə yaratmır, erməniləri qovmur, əksinə, Azərbaycan polisi və əsgərləri onlara kömək edir, qida ilə təminatına dəstək verir. Belə olan halda harada yaşamaq erməni əsilli əhalinin öz seçiminə buraxılır.

Əgər erməni sakinlər Azərbaycan dövlətinin çağırışlarına baxmayaraq, Ermənistana və ya başqa ölkəyə getmək istəyirlərsə, bu onların könüllü seçimidir. Halbuki Birinci Qarabağ müharibəsi zamanı işğal olunmuş rayonların azərbaycanlı əhalisinin öz yaşayış yerlərini tərk edib daha təhlükəsiz yerə getmsinə ermənilər imkan vermirdi.

Azərbaycanlı məcburi köçkünlər yolda öldürülürdü, işgəncəyə məruz qalırdı. Amma erməni sakinlər könüllü şəkildə köçür və onların Ermənistana getməsi üçün 30 ədəd müasir, komfortlu avtobus ayrılıb.

Azərbaycan nə də sərhədləri bağlayıb onları məcburi saxlamır. Əlbəttə, insanlar arasında müəyyən inamsızlıq, qorxu hissi var. Onlar yaxşı başa düşür ki, uzun illərdir müharibə gedir, hər iki tərəfdən ölənlər var. Ermənilər ailə üzvləri, qohumları qətlə yetirilmiş azərbaycanlı məcburi köçkünlərin geri qayıdacağını bilirlər və bunu özləri üçün təhlükə hesab edirlər.

Amma onlar könüllü şəkildə Ermənistana köçürsə, bu halda qaçqınlıq statusundan söhbət gedə bilməz. Onlar əmək miqrantı da hesab oluna bilər. Bu qərarı beynəlxalq təşkilatlar verəcək. Ona görə də Azərbaycan beynəlxalq təşkilatlarda güclü təbliğat aparmalıdır və bəyan etməlidir ki, dinc erməni əhalisi qovulmur və öz yaşayış yerlərini tərk etməyə məcbur edilmir.

Azərbaycan onlara birgəyaşayış təklif edir. Heç bir beynəlxalq təşkilatın əlində ermənilərin guya məcburi şəkildə çıxarıldığna dair heç bir arqument qalmamlıdır. Əlbəttə, reinteqrasiya ilk mərhələdə ola bilsin ki, çətin olacaq. Amma zaman keçdikcə, insanlar bir-birinə uyğunlaşacaq, inteqrasiya olunacaq.

Bütün hallarda seçim onların özünündür. Biz informasiya müharibəsində qalib gəlmək üçün faktları hazırlamalı və beynəlxalq təşkilatlara təqdim etməliyik”.

Əsabəli Mustafayev hesab edir ki, Azərbaycan erməni sakinlərin mülkiyyət toxunulmazlığını və öz evlərinə qayıdışını təmin etməklə onların yalançı iddialarını iflasa uğrada bilər:

“Mülkiyyət müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnu heç kim onlardan almır. Ancaq Azərbaycan dövləti onların mülkiyyət hüququnun müdafiəsi üçün ermənilərə evlərini yandırmamaq barədə müraciət etdi.

Bu faktları biz saxlamalıyıq ki, gələcəkdə onlar Avropa Məhkəməsinə və digər məhkəmələrə müraciət edib yalandan deməsin ki, azərbaycanlılar bizim evlərimizi yandırdı, nəticədə, qaçmağa məcbur olduq.

Boşalan evləri, mənzilləri bir müddət qoruyub saxlamaq lazımdır. Hər boşalan evin qarşısında bir plakat asmaq lazımdır. Orada Azərbaycan və erməni dillərində yazılmalıdır ki, “Bu evin sahibi, qayıt gəl, evin səni gözləyir”.

Həmin plakatların şəkillərini çəkib bütün dünyada yaymaq lazımdır. Yəni informasiya mübarizəisnin müxtəlif üsulları var. Biz də bunlardan istifadə etməliyik. Əgər on minlərlə erməni beynəlxalq məhkəmələrə müraciət etsə, bizim üçün problem yarada bilərlər. Ona görə də indi ciddi hazırlaşmaq lazımdır.

Qeyd edim ki, Ermənistan Qarabağdan köçənlərin sayını şişirtməklə və onlara qaçqın deməklə beynəlxalq təşkilatlardan və erməni diasporundan pul qopartmaq istəyir. Çünki Ermənistanın onları saxlamaq üçün maliyyə imkanları yoxdur. İndi Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin adından istifadə edib pul qazanmaq istəyir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru