DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                 

“Ölkəmizin enerji infrastrukturu, boru kəmərləri BRİCS ölkələri ilə enerji ticarətində yaxından köməklik göstərə bilər” - deputat
Tarix: 6-08-2024, 08:59 | Çap et
“Ölkəmizin enerji infrastrukturu, boru kəmərləri BRİCS ölkələri ilə enerji ticarətində yaxından köməklik göstərə bilər”
Ötən ay Azərbaycan daha bir beynəlxalq təşkilata üzv olmaq istəyini ifadə etdi. VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı bəyan etdi ki, Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir: “Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə, xüsusilə BRİCS-lə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”.

Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.

Qeyd edək ki, iyulun 3-4-də Azərbaycan Prezidenti İlham Əliyev də BRİCS-in Astana sammitində iştirak edib. Burada Prezident də ölkəmizin BRİCS-ə qəbul olunmasının vacibliyini bəyan eləyib.

Ekspertlər bildirir ki, BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq. BRİCS-də dünyanın böyük iqtisadiyyatına malik ölkələr cəmləşib. Bu xüsusda, əsasən Çini qeyd etmək olar. BRİCS çərçivəsində Çinlə əməkdaşlıq ölkəmizə mühüm töhfələr verəcək. Azərbaycanın Braziliya və Cənubi Afrika Respublikası ilə də sıx əməkdaşlıq əlaqələri var. Rusiya ilə də əlaqələrimiz daim inkişaf edir. Bu ölkə ilə də bir sıra layihələr həyata keçirilir. BRİCS-ə üzv olmağımız Azərbaycanın nəqliyyat, ticarət və digər sahələrdə imkanlarını artıracaq.

Siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək. Azərbaycan dünya ölkələri ilə əlaqələrini əməkdaşlıq və tərəfdaşlıq istiqamətində qurur. Bu mənada BRİCS-də təmsil olunmaqla Azərbaycan siyasi müstəvidə də təşkilatda təmsil olunan ölkələr hesabına öz istəklərinə dəstək qazana bilər.

Qeyd edək ki, dünya ölkələrinin bir-biri ilə həm iqtisadi, həm də siyası əlaqələrinin olması və möhkəmləndirilməsi üçün müxtəlif təşkilatlar və qruplar mövcuddur. Bu qruplardan biri isə Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikanı özündə birləşdirən BRİCS-dir. 2009-cu ildə yaradılan bu təşkilat ilk vaxtlar BRİC, 2011-ci ildən sonra Cənubi Afrikanın (South Africa) qrupa daxil olması nəticəsində BRİCS adlandırılmağa başlandı. BRİCS qrupuna daxil olan ölkələr ən tez inkişaf etmiş böyük ölkələr kimi səciyyələnirlər. Buraya daxil olan ölkələr müxtəlif zənginliklərinə görə seçilir. Braziliya kənd təsərrüfatı resursları, Rusiya dünyada ən böyük mineral resurslar, Hindistan ucuz intellektual resurslar, Çin ucuz əmək resursları, Cənubi Afrika Respublikası isə təbii resursları ilə fərqlənir. Sonralar Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər də bu təşkilata daxil oldu. Zaman keçdikcə 23 ölkə təşkilata rəsmi üzv olmaq üçün müraciət edib.

Artıq Azərbaycan və Türkiyənin BRİCS-ə üzv olmaq istəyi bəyan edilib.

Hazırda 59 ölkə BRİCS-ə üzv olmağa maraq göstərir. Bunların içərisində Azərbaycan da öz yerini tutur. Hətta bununla bağlı Azərbaycan Respublikasının Çinlə birgə qəbul etdiyi bir deklarasiyada da bu məsələ öz əksini tapır. Çin Azərbaycanın BRİCS-ə qoşulmaq arzusuna müsbət yanaşaraq bu addımını alqışlayıb. Ötən ay Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan da BRİCS-ə qoşulmaq istəyini bildirib. Hakan Fidan BRİCS-ə qoşulmaq haqqında öz fikrini “Təbii ki, biz BRİCS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik” sözləri ilə bildirib.

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycanın BRİCS-ə üzv olmaqda əsas məqsədi iqtisadi, siyasi, nəqliyyat əlaqələrini daha da genişləndirməkdir. BRİCS ölkələri dünyanın nəhəng dövlətləridir. Onların dünya iqtisadiyyatında rolu danılmazdır: “Azərbaycanın bu təşkilata qoşulmaqda ən başlıca məqsədlərindən biri də digər dünya ölkələri ilə ticarət əlaqələrini genişlətməkdir. Danılmaz haldır ki, Azərbaycan Respublikası alternativ enerji mənbələri ilə zəngindir. BRİCS ölkələri ilə enerji sahəsində əməkdaşlıqlar qurmaq bu resursların daha geniş bazarlara çıxmasına səbəb ola bilər. Eyni zamanda Azərbaycanın yerləşdiyi coğrafi mövqe də Avropa və Asiya arasında strateji rol oynayır. Orta dəhlizin Azərbaycandan keçməsi Azərbaycanın BRİCS-ə üzv qəbul edilməsi üçün amillərdən biri rolunu oynaya bilər. Azərbaycan BRİCS-ə üzv olarsa, bu addım onun siyasi və iqtisadi arenada təsir gücünü birə-beş artıracaq. Bunlarla yanaşı, geniş layihələr zamanı BRİCS-in inkişaf bankı kimi Azərbaycan müəyyən maliyyə dəstəyi əldə edə bilər".

Deputat qeyd edib ki, Azərbaycan artıq BRİCS ölkələri ilə yüksək ikitərəfli iqtisadi əlaqələr yaratmağa nail olub. Xüsusilə Rusiya və Çinlə: “Rusiya və Çinlə ticarətlər müasir dövrümüzdə daha da genişlənir, bunun nəticəsidir ki, Azərbaycan Çindən böyük investisiyalar cəlb edir. Rusiya əlaqələrinə nəzər saldıqda isə Rusiya ilə Azərbaycan arasında 2022-ci ildə "Müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında" Bəyannamə imzalanıb. Bu sənəd ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişlənməsində xüsusi rol oynayır. Bu əlaqələr sırasında başda nəqliyyat və enerji istehsalı və ixracatı dayanır. Azərbaycanın enerji infrastrukturu, boru kəmərləri BRİCS ölkələri ilə enerji ticarətində yaxından köməklik göstərə bilər. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə böyük rol oynayır və həmin təşəbbüs çərçivəsində BRİCS ölkələri ilə ticarət əlaqələri inkişaf etdirilir. Azərbaycan həmçinin Cənubi Afrika və Hindistanla da ticarət əlaqələrini genişləndirmək üçün müxtəlif layihələr həyata keçirir. İkitərəfli əlaqələrin genişlənməsi BRİCS-ə üzvlüyümüz üçün imkanları daha da artırır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru