Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu .....                     “Qapalı Mədəniyyət Evi, açıq bazar... .....                     Sülh müqaviləsi hansı şəhərdə İMZALANACAQ? .....                     Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz .....                     Kreml Bakını İrəvandan “vuracaq?” .....                     "Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki..." .....                     'Azəriqaz'da yüksək posta YENİ TƏYİNAT .....                     Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək .....                     Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram .....                     Papaya etimad və ya XIV Leo Rusiya və Ukraynanı necə barışdırmaq istəyir? .....                     Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram .....                     "Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir" .....                     Aşıq Əhliman danışa bilmir .....                     ABŞ Ukraynaya dəstəkdən imtina etməyib və bu prosesi davam etdirmək niyyətindədir .....                     13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ .....                     Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... .....                     “O, Heydər Əliyevə demişdi ki, .....                     Putin yeni nəqliyyat naziri təyin edib .....                     Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” .....                     Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar .....                     Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? .....                     Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib .....                     Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı .....                     Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” .....                     3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı .....                     PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq .....                     İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır .....                     Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın .....                     Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir .....                     İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı .....                     Kredit faizləri artır .....                     Rəsmi Tehran Trampın dediklərini təkzib etdi .....                     Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib .....                     Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq .....                     Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                 

Mixalko, yoxsa “Mixaylo?” - müxalifətlə qapalı görüş müəmması
Tarix: 16-08-2024, 10:21 | Çap et
Mixalko, yoxsa “Mixaylo?”
Avropa İttifaqının (Aİ) Bakıdakı ofisində səfir Piter Mixalkonun təşkilatçılığı ilə Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin müxalif partiya sədrləri ilə görüşü medianın diqqətindədir.

Qeyd edək ki, avropalı diplomatlar əvvəl Müsavat başqanı İsa Qəmbər və partiyanın sabiq başqanı Arif Hacılı ilə görüşüblər. Bəllidir ki, AXCP sədri və Müsavat rəhbərliyinin arasında münasibətlər gərgindir və bu səbəbdən Əli Kərimli ilə ayrıca görüş olub. Əli Kərimli “Turan”a bildirib ki, əvvəlcə Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auldi ilə görüşüb. O, səfirlə fotosunu da paylaşıb.

Bəs bu görüşlərdə müzakirə mövzuları nə olub? “Qafqazinfo” yazıb ki, səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyindən gileylənib, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər və maliyyə dəstəyi kəsilə bilər.

P.Mixalko maliyyələşmənin davam etdirilməsi üçün müxalifətin qarşısına qoyulan tələbləri səsləndirib. O bildirib ki, hazırkı seçki dövrünün açdığı imkanlardan istifadə edərək kütləvi tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə müxalifət regionlardakı durumu düzgün qiymətləndirməli, şəhər və rayonlarda öz bazasını səfərbər etməli və paytaxt da daxil olmaqla, kütləvi aksiyaların təşkilinə və keçirilməsinə başlamalıdır. P.Mixalko deyib ki, zəruri hallarda müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır. Məsələn, bu və ya digər məsələdən narazı olan kütlə tərəfindən etiraz əlaməti olaraq regionlarla Bakı arasında əsas yolların bağlanmasını təşkil etmək mümkündür. Mixalko gənclərin bu prosesə cəlb edilməsinin vacib olduğunu deyib.

İddia olunur ki, müxalifət iradları haqlı sayıb və “Aİ tərəfindən irəli sürülən tələblərin yerinə yetirilməsi ilə bağlı lazımi addımlar atılacağını” vəd edib.

Həmçinin diqqəti cəlb edən məqamlardan biri də masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulması da olub.

A.Hacılı sosial şəbəkədə ABŞ və Böyük Britaniya səfirlərinin onlarla görüşdə iştirak etmədiyini deyib. O, görüşdə Azərbaycanda ümumi ictimai-siyasi durumu, 1 sentyabr seçkiləri, Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişi, Müsavat Partiyası ilə Aİ ölkələri diplomatik korpusunun nümayəndəliklərinim əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıldığını söyləyib. Amma LGBT bayrağı haqda heç nə deməyib.

Yada salaq ki, bir müddət əvvəl Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının Azərbaycana qarşı casusluqla məşğul olduğuna dair ittihamlarına Piter Mixalkonun narazılığından sonra o, Azərbaycan XİN-ə çağırılmışdı.

Rəsmi Bakıdan və Aİ-nin Bakı nümayəndəliyindən iddialarla bağlı heç bir rəsmi açıqlama yoxdur.

Bəs bu görüşün seçki ərəfəsi keçirilməsində məqsəd nə ola bilər? Aİ daxil Qərb təsisatlarının Azərbaycanda gərginlik yaratmaq imkanları varmı?

VI Çağırış Milli Məclisin üzvü Bəhruz Məhərrəmov sözügedən müxalifət qüvvələrində millilikdən əsər-əlamət görmür: “Vətən müharibəsində və antiterror tədbirlərində qələbəmizlə cənab İlham Əliyev Qərbin regionda münaqişənin və separatizmin davamlılığında ehtiva olunan imperialist niyyətlərinə köklü zərbə vurdu. Sonrakı dövrlərdə Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət, o cümlədən görülən təhlükəsizlik tədbirləri, həyata keçirilən ordu quruculuğu və müdafiə sənayesi həmlələri Azərbaycanın regionda əməliyyat şəraitinə tam və dayanıqlı şəkildə nəzarəti ilə nəticələndi. Təbii ki, beynəlxalq hüququn aliliyinə əsaslanan yeni reallıq Qərb imperializmini razı sala bilməzdi. Hərbi, siyasi və diplomatik yolla hər hansı nəticələr əldə edə və regionda təcavüzkar məqsədlərlə planlarını həyata keçirə bilməyəcəyini anlayan Qərb üzünü yerlərdəki dayaqlarına tutmalı oldu. Bu prosesin gedişində isə tamamilə başqa məqsədlə yaradılmış, lakin bu gün Qərbin imperializm niyyətlərinin realizəsi mexanizminə çevrilmiş Avropa İttifaqı xüsusi rol oynamaqdadır. Hələ 10 il əvvəl ”vətəndaş cəmiyyətlərinə dəstək" adı altında regiona soxulmağa çalışan təsisatların Azərbaycanda neytrallaşdırılması digər ölkələrdə qeyri-hökumət təşkilatları çərçivəsində həyata keçirilən pozuculuq fəaliyyətinin Azərbaycanda realizəsinə imkan vermədi. Nəticədə gedişat Avropa İttifaqının özünün bu çirkin missiyanı üstələməsinə, təşkilatın rəsmilərinin şəxsən bu prosesdə hərəkətverici qüvvə kimi çıxış etməsinə gətirib çıxarıb. Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbərinin mütəmadi şəkildə antimilli ünsürlərlə kommunikasiyası da onu göstərir ki, prosesdə Qərb imperializminin yerli dayağı qismində məhz bu dairələr çıxış edir. Qərb Azərbaycanda radikal müxalifətin güclənməsi və ictimai qayda, ictimai təhlükəsizlik üzərində təhdid mühiti formalaşdıra biləcək gücə çevrilməsində maraqlıdır. İşğal və təcavüz amillərinin puça çıxdığını, o cümlədən müxtəlif qlobal platformalarda hücumların effektsiz qaldığını görən Qərb Azərbaycanı məhz daxildən bu marionetlər vasitəsilə təzyiq altına salmaq, ictimai-siyasi mühitdə birmənalı söz sahibi olmaq istəyir. Lakin proseslərin gedişatı da göstərir ki, “bu qüvvələrin” Azərbaycanda heç bir güc, imkan və nüfuz perspektivi yoxdur. Xalq qalib liderin ətrafında çox sıx birləşib və bu kursa alternativ görmür. Bu mənada, indiki halda Avropa İttifaqı rəsmisinin radikallarla görüşü təsisatın özünün və həmin “partiya sədrlərinin” bir daha ifşasından başqa bir şey olmadı. Görüşün keçdiyi ab-hava, yayılan şəkillərdə masa üzərində olan elementlər də bir daha göstərir ki, 30 ildir özünü “milli” qüvvə kimi təqdim etməyə, sırımağa çalışan bu adamlar əslində iqtidar arzusu, hakimiyyət niyyəti naminə bütün dəyərlərini satmağa hazır olan antimilli ünsürdən başqa bir şey deyillər".

VI Çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə bu cür cəhdləri yolverilməz sayır: “Avropa Birliyi rəsmilərinin Azərbaycanda müxalifət liderləri ilə görüşü barəsində məlumat verməməsi istər-istəməz cəmiyyətdə suallar doğurur. Eyni zamanda özünü hakimiyyətdə görən müxalif partiya liderinin görüş barəsində məlumat verməməsi istər-istəməz müəyyən təsəvvürlərin yaranmasına gətirib çıxarır. Niyə görüşlər ancaq radikal müxalifət liderləri ilə keçirilir? Niyə hakim partiyanın nümayəndələri, mərkəzçi partiyalarla, parlamentdə təmsil olunan partiyaların rəhbərləri görüşlər keçirilmir? Bu o demək deyilmi ki, Avropa Birliyinin müəyyən dairələri Azərbaycanda radikal müxalifətə himayədarlıq edirlər? Onlardan özlərinin müəyyən siyasi məqsədləri üçün istifadə edirlər. Vaxtaşırı Avropanın müəyyən dairələrinin Azərbaycanla bağlı ədalətsiz fikirlərini eşidirik. Onların anti-Azərbaycan bəyanatlarının cəmiyyətdə dəstəklənməməsi üçün müxalifəti işə salmağa çalışırlar. Nədən bir ölkənin daxili siyasətinə belə müdaxilələr edilir? Radikal müxalifətin zəif olmasına gəlincə, birinci səbəb ondan ibarətdir ki, Azərbaycanda iqtidar məhsuldar fəaliyyət göstərir. Cənab Prezidentin rəhbərliyi altında milli maraqlarımızın qorunması istiqamətində böyük işlər görülür. Torpaqlar işğaldan azad olundu, azad olunan ərazilərdə böyük quruculuq işləri gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın ümumdaxili məhsulu ildən-ilə artır. Sosial problemlərimiz həll olunur, milli valyutamız olan manat inflyasiyaya uğramır. Görülən işlərlə yanaşı, əlbəttə, görüləsi digər işlər də var. Amma onlar barəsində də cəmiyyətə geniş məlumat verilir. Bu gün radikal müxalifətin problemləri həll etməyə hər hansı bir çağırışı yoxdur. Onların Azərbaycanın inkişaf ilə bağlı proqramları yoxdur. Radikal müxalifət liderləri kompüter arxasından çıxmırlar, cəmiyyətdə olmurlar, sadə insanlara yaxın deyillər. İndiyə qədər radikal müxalifət liderlərini bir şəhidin yasında görən olmayıb. Azərbaycanın taleyüklü məsələləri ilə bağlı beynəlxalq çağırışlarını da eşitməmişik. Quyuya su tökməklə quyu sulu olmur. Radikal müxalifətə nə qədər maliyyə verirsənsə ver, əgər onların cəmiyyətdə dəstəkləri yoxdursa, o zaman elə siyasi bloger kimi fəaliyyət göstərəcəklər. Azərbaycan vətəndaşının seçdiyi və inandığı hakimiyyətin fəaliyyəti bu gün cəmiyyətin maraqlarına cavab verir. Bu gün Azərbaycan hakimiyyəti ölkənin milli müstəqilliyini qoruyur. Ölkəmizin beynəlxalq birlikdə nüfuzunun artması üçün böyük işlər görülür. Azərbaycan bu gün beynəlxalq tədbirlərdə iştirakı arzuolunan ölkədir. Rəsmi Bakı ilə əməkdaşlıq etmək xarici ölkələr üçün divident sayılır. Xarici dairələrin daxili siyasətimizə qarışmaları yolverilməzdir. Azərbaycan cəmiyyəti heç zaman bu cür hərəkətləri dəstəkləmir və buna öz etirazını bildirir”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu - FAKT BUDUR!
Bu gün, 06:30
“Qapalı Mədəniyyət Evi, açıq bazar... - Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
Bu gün, 06:25
Sülh müqaviləsi hansı şəhərdə İMZALANACAQ? - Brüssel, Doha, yoxsa Riyad?
Bu gün, 06:19
Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz - “Bu necə insanlıqdır?!”
Bu gün, 06:11
Kreml Bakını İrəvandan “vuracaq?” – Paşinyan təhlükədə, 3 hədəf var
Bu gün, 06:04
"Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki..." - Deputatdan AÇIQLAMA
Bu gün, 06:01
'Azəriqaz'da yüksək posta YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:58
Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək - ÇÜNKİ...
Bu gün, 05:54
Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram - Kilikiya Katalokosu
Bu gün, 05:51
Papaya etimad və ya XIV Leo Rusiya və Ukraynanı necə barışdırmaq istəyir? - AKTUAL
Bu gün, 05:49
Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram - Kilikiya Katalokosu
Bu gün, 05:45
"Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir" - Bakıdan REAKSİYA
Bu gün, 05:41
Aşıq Əhliman danışa bilmir - AÇIQLAMA
Bu gün, 05:35
ABŞ Ukraynaya dəstəkdən imtina etməyib və bu prosesi davam etdirmək niyyətindədir - Dövlət Departamenti
Bu gün, 05:32
13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!”
Dünən, 18:20
Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... - FOTO
Dünən, 18:15
“O, Heydər Əliyevə demişdi ki, 102-ci baza Azərbaycana yox, Türkiyəyə qarşıdır...”
Dünən, 18:03
Putin yeni nəqliyyat naziri təyin edib
Dünən, 18:01
Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” - GƏLİŞMƏ
Dünən, 18:00
Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar - Sərdar Cəlaloğlu
Dünən, 17:51
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? - AKTUAL
Dünən, 17:48
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
Dünən, 17:45
Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Dünən, 17:17
Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” - ŞƏRH
Dünən, 17:16
3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı - TƏFƏRRÜAT
Dünən, 17:14
PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
Dünən, 17:13
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır - İNCƏLƏMƏ
Dünən, 17:10
Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın - PUL QAZANDI
Dünən, 17:06
Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Dünən, 17:04
İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Dünən, 17:00
Kredit faizləri artır - Səbəb və nəticələr
Dünən, 16:57
Rəsmi Tehran Trampın dediklərini təkzib etdi
Dünən, 16:54
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Dünən, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Dünən, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Dünən, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Dünən, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Dünən, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Dünən, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Dünən, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Dünən, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Dünən, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Dünən, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Dünən, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Dünən, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Dünən, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Dünən, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Dünən, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru