Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                 

"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum" - ETİRAZ
Tarix: 26-08-2024, 08:52 | Çap et
"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum"
"Gördüm videolarımın birinin altına rəy gəlib. Baxdım, biri yazıb ki, bu jurnalist yüz faiz müdafiə nazirliyinin adamıdır. Altına başqa biri rəy yazdı ki, a kişi, deyəsən jurnalisti tanımırsan, nazirliyə görə adamın başına gəlməyən qalmayıb. İzlədim görüm nə baş verəcək. Baxdım həmin rəy yoxa çıxdı. İki dəqiqə sonra eyni adam yazdı ki, bu rusbaşdır, İran tulasıdır! Oturub dəli kimi rəyə baxıb gülürəm. Qərarlaşdırdım ki, yazım". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Səxavət Məmməd çıxşş edib.
Jurnalist daha sonra yazır: "Mama zəng eləmişdi. Gördüm səsi birtəhər gəlir. Dedi, səni tutacaqlar. Dedim, niyə? Dedi, bayaq ANS-də sənin erməni kəşfiyyatına işlədiyini deyirdilər. Dedim, ma, narahat olma, hələ tam qərar verməyiblər. Mama təəccüblə soruşdu ki, necə yəni qərar, nə qərar? Dedim, heç nə, Ramiz Mehtiyev bir tədbirdə o qırmızı koftalı Amerika kəşfiyyatına, Əli Həsənov başqa bir tədbirdə rus kəşfiyyatına işləyir deyib. Qoy hələ dəqiqləşdirsinlər, sonrasına sonra baxarıq. Mama çıx get başqa ölkədə yaşa deyib, telefonu söndürdü.
İllər keçib, dəyişən heç nə yoxdur.
İndi Qarabağ sevərlər, vətən fədailəri ortaya çıxıb. Hər gün Qarabağdan, ya da birinci müharibədən yazılar yazırdım. Bu ölkədə hərbi vətənpərvərlik redaksiyalarının "Qarabağ" deyə bilmədiyi vaxtlar olub. Bir gün söz göndərdilər ki, sənin başqa işin gücün yoxdur? Hətta bir dəfə zəng gəldi ki, qaqa, bizə qadağa qoyulub, sən yazırsan, sənə qadağa qoyulmayıb? Günlər var idi eee... Ölkədə barmaqla sayılacaq adamlar var idi ki, torpaqların müharibə ilə alına biləcəyini deyirdi. Torpaqlar hərb yolu ilə alınacaq yazanları, deyənləri topa tuturdular. İndi həmin top atanlar vətən, millət, sakarıya deyir. Dəli oluram. Eyni vaxtda bildiyim bütün söyüşləri söymək istəyirəm. A kişi, 2020-ci ilin sentiyabrında bir neçə nəfərə demişdim ki, yaxında müharibə olacaq, adamlar "bu hökumətdən müharibə edən olmaz" deyib, mənə rişxənd etmişdilər. İndi həmin adamlar hökumətin orasından girib burasından çıxır, burasından girib orasından çıxır. Bax indi mən necə söyməyim?
Rusiyanın əleyhinə dayanmadan o qədər əsaslandırılmış yazılar yazıdım ki, bir gün CİA casusu olduğumdan xəbər tutdum. Özü də elə belə yox ha. Detallara girməyim. Getdim Türkiyədə kurs keçdim, bir baxdım orda, burda yazırlar, danışırlar ki, MİT-ə işləyirəm. Türkiyənin hərbi bazaları Azərbaycana yerləşdirilməlidir mövzusu ortaya atılanda, qəti şəkildə etiraz etməyə başladım. Yazırdım ki, hərbi baza yox, hüquqi sənəd lazımdır. Yenə başladılar, rusbaş deməyə. Desəm ki, Türkiyənin yox, Rusiyanın hərbi bazası yerləşdirilməlidir, o qədər yandırmazdı. Yazırdım ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası olmamalıdır!
Müharibə vaxtı İranın Zəngilanda atdığı addım, müharibədən əvvəl narkotik plantasiyaları, müharibədən sonrakı dövrdə İranın Azərbaycana qarşı etdiyi hər şeyi kəskin şəkildə tənqid edirdim. Hətta bir çox şeyləri ilk və risk edərək yazırdım. Bəziləri çıxıb "İranı məhv edərik, Təbrizi alarıq" deyəndə, götürüb yazdım ki, etməyin, eləməyin, İran sizin üçün Ermənistan deyil, Rusiyadan çəkinməsə nəinki Azərbaycanı, Cənubi Qafqazı bir qaşıq suda boğar. Onda da başladılar İran tulası çıxarmağa. Ay mən deyənlər, bir qərar verin.
Şuarçılıq, düşünməyə ərinmək, təkrarçılıq bu cəmiyyətin axırına çıxacaq. Xalq hərəkatı tarix olub, demək olar postsovet məkanında o prosesin içindən çıxan bir siyasətçi belə qalmayıb, hətta Azərbaycanda bir çoxları artıq hərəkatçılıqdan çıxıb, ancaq hərəkat bunların canından çıxmır. Ona işləyir, buna işləyir, onun adamıdır, bunun adamıdır mövzuları bitmir. Bu yaxınlarda bir nəfəri yüngülvari sıxışdırdım. Sual verdim, Azərbaycanın qonşuları arasında dostları hansı ölkələrdir, düşmənləri hansılar? Türkiyə, dost, Rusiya, İran, Ermənistan düşmən. Dedim, bəs Gürcüstan? Gözlərin döyür. Bu mövzuda şüar eşitməyib, kimsə pafoslu çıxışına qulaq asmayıb, qaldı yumurtası tərs gələn toyuq kimi vurnuxa-vurnuxa. Daimi maraqlar, ay zırrama!
Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum, hardansa gözləntim olsun ona uyğun çıxışlar edim, məqalələr yazım. Prosesləri təhlil və analiz edirəm. Çoxları nə yazdığımı anlayır, başa düşür, ancaq iki narkomanın malını bölə bilməyən sosial şəbəkə “uçaskovı”ları var ki, onlar yazılanlardan, deyilənlərindən çıxardığı nəticə kimin hara işləməyidir. Bir ara bəziləri oturub AzTV-yə baxırdı ki, sosial şəbəkədə yazmağa mövzu tapsın. Ay mal, ay amöb, ay təkhüceyrəli dünyanın ən çətin işi casus aşkarlamaqdır. Bir casusu aşkarlamaq üçün illərlə baş sındırırlar, bizim ipləmələr iki dəqiqəyə məsələni həll edirlər..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru