Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                 

“Rəsul Quliyev dedi ki, səni otağımın tavanından tərsinə asacam…”
Tarix: 4-06-2014, 10:08 | Çap et
“Rəsul Quliyev dedi ki, səni otağımın tavanından tərsinə asacam…”
DİA.AZ Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayevin Editor.az-a müsahibəsini təqdim edir:

- ATƏT-in hazırkı sədri, İsveçrə prezidenti Didye Burkhalterin müxalifət liderləri ilə görşünü necə qiymətləndirirsiniz?

- Sıradan bir hadisə kimi. Sırf protokol gərəyi olaraq.

- Bu protokol gərəyi əvvəllər niyə yox idi?

- Çünki,əvvəllər müxalifət üzərindən “oynamaq”, blef siyasəti yürütmək bir sıra dövlətlər üçün yad bir ənənə idi.

- Yəni, sözünüzdən belə çıxır ki, Fransua Olland da, Didye Burkhalter də Azərbaycan müxalifəti ilə görüşdə xüsusi məqsədlər güdüb. Eyni zamanda sırf öz maraqları kontekstində gələcək perspektivi hesablayaraq qarşı tərəfdən bilgilər almağa çalışıb.

- Hansı perspektivdən danışırsız?

- Azərbaycanla bağlı nə vaxtsa kritik məqam yaranarsa ölkəmizə qarşı kompromatla çıxış etmə perspektivindən. Həm də müxalifətin “ağzı” ilə.

- Yox, deməzdim ki, birmənalı şəkildə belədir. Niyə? Çünki, özünüz də sualın əvvəlində qeyd etdiniz ki, məsələn haqqında danışılan subyektlərdən biri – Burkhalter həm də ATƏT-in hazırki sədridir. Yəni, onun təmsilçilik missiyası, təyinatı bir tək hansısa ölkənin Prezidenti olması ilə məhdudlaşmır. Bu mənada Burkhalterin müxalif təmsilçilərlə görüşünü normal hal hesab etmək olar. Digər Prezident Fransua Olland isə ermənini erməninin özündən artıq müdafiə edən bir dövlətin başçısıdır. Bunu da mütləq nəzərə alın. Və təbii, belə olan halda bu adamın Leyla Yunus başda olmaqla ermənipərəst, eyni zamanda digər anti-milli qüvvələrlə görüşü düşünürəm, kimsədə təəccüb hissi doğurmamalıdır.

- Leyla Yunus demişkən, bu qadın ətrafında gedən proseslərlə də bağlı fikirlərinizi bilmək maraqlı olardı…

- Proses o qadınla deyil, o qadının etdikləri və törətdiyi rəzilliklərlə bağlıdır.

- Fərq?

- Fərq odur ki, burada söhbət Leyla Yunusun şəxsiyyətinə, ya da milli kimliyinə olan münasibətdən getmir. Söhbət onun Azərbaycan dövlətçiliyinə qarşı sərgilədiyi fəaliyyətdən gedir. Daha doğrusu bütün bu söylədiklərim hələ ki hüquq-mühafizə orqanlarının araşdırma predmetidir. Eyni zamanda siyasi camiyənin böyük məmnuniyyətlə cavab tapmaq istədiyi sualdır.

- Leyla Yunusun milli kimliyinə şübhəniz var?

- Birmənalı!

- Bu qənaətə gəlməniz üçün əsasınız necə, o da var?

- Əsas – Leyla Yunusun Azərbaycan dövlətinə və millətinə bəslədiyi amansız, hüdudsuz, çərçivəsiz nifrətdir.

- Sizcə, Mirqədirov işində Leyla Yunusun da adının keçməsi onların şəxsi münasibəti ilə bağlıdır yoxsa…

- (sözümü kəsir. A.N) Şəxsi münasibətlər zəminində kiminsə məsuliyyətə cəlb edilməsini və ya kiməsə qarşı hər hansı bir ittihamın irəli sürülməsini düşünmək absurddur. Çünki, bu mümkünatı olmayan bir şeydir. Ən azından Azərbaycanda. Ayrıca, Leyla Yunus kimdir ki, mövcud iqtidar onunla prinsip ya da ədavət aparsın? Əlbəttə ki, heç kim! Sadəcə məsələ burasındadır ki, qanun qarşısında hər kəsin məsuliyyət və öhdəlikləri bərabərdir. Eynən hüquq və azadlıqları da bərabər olduğu kimi.

- “NİDA”çı Bəxtiyar Quliyevn müraciəti haqqda nə deyə bilərsiz?

- O müraciəti yenicə oxumuşam. Yalnız onu deyə bilərəm ki, son dərəcə əlamətdar haldır və buna sevinirəm.

- Müraciətə, yoxsa ağıllandığına?

- Bəxtiyarın düz yola gəldyinə.

- Elşən müəllim, Azərbaycan gəncliyi niyə bu qədər ayrı-ayrı qütblərdədir, bir-birindən bu qədər uzaqdadır? Onları birləşdirən heçmi bir şey, nəsə yoxdur?

- Təhsil və səviyyə fərqi olan insanları bir araya gətirmək çox çətin məsələdir, əzizim. Məsələ bu qədər bəsitdir.

- Onların təhsilsiz qalmasında necə, müxalifətçiliklərinin bir rolu olubmu?

- Olub təbii. Amma öz ağılları ucbatından. Eyni zamanda 25 il müddətincə mənasız və məramsız ideyalar uğruna özlərini fəda etmələri, Əli kimi, İsa kimi uğursuz liderlərin arxasınca getmələri səbəbindən.

- İqtidar düşərgəsində gənclərlə bağlı vəziyyət necədir?

- Nə mənada?

- Yəni, daha yaxşı, daha ürəkaçan…

- Tam anlamda deməzdim.

- Bəs hansı anlamda deyərdiniz?

- O anlamda ki….(bir xeyli düşünür) biz tərəfdə də yetərincə problemlər var.

- O problemlərin bir-ikisini sadalasaz biz də vəziyyətdən halı olardıq…

- Məsələn, istedadlı gəncliyin qarşısını almağa cəhd edənlər yetərincədir. .

- Kimlərdir onlar?

- Öz övladlarını fərli-başlı böyüdə bilməyib, kənarda istedadlı gənc görərkən kompleksə girənlər.

- Nə deyirlər?

- Açıq-açığına bir şey demirlər. Amma əllərindən gələni edirlər ki, bu yoldan çəkinək, yorulaq, usanaq.

- Abstrakt danışırsız amma…

- Sual da abstrakt idi amma…

- O zaman mövzunun istiqamətini dəyişib daha konkret suallara keçək: Son zamanlar Azərbaycanla Rusiya arasında maraqlı bir yaxınlaşma hiss olunur. Və təbii, bu proses Qərbin özü də daxil Qərb meylli qüvvələri narahat etməyə bilməzdi. Heç bilmədi də. Hətta dərhal müxtəlif istiqamətlərdən reaksiyalar gəldi. Məsələn, Morninqstarın lüzumsuz və zamansız açıqlaması kimi…

- Tamamilə doğru buyurursunuz. Qərb sanki nədənsə narahatdır. Amma nədən? – bax bunu anlamırıq. Və ya, Azərbaycanın hansısa dövlətlə münasibətində irəliləmə, ya da geriləmə müşahidə oluna bilər. Bu təbiidir. Fəqət, eyni adlı hal heç də o qənəti yaratmamalıdır ki, məsələn ortalıqda taktika dəyişikliyi var və s ilaxır. Üstəgəl, beynəlxalq təşkilatlar və dövlətlər də daxil hər kəsin bilməsi və anlaması gərəkdir ki, Azərbaycan hakimiyyəti ixtiyarı bir dövlətin deyil,yalnız və yalnız öz dövlətinin maraqlarını qoruyan, güdən siyasət yürüdür. Heç bir tərəfdaşı ilə də əlaqələrin kəsilməsində ya da münasibətlərin pozulmasında maraqlı deyil. O ki qala Morninqstar məsələsinə…məncə səfirin mövcud iqtidara ünvanladığı suallar yerində olmasa da, ona verilən cavablar tam yerində idi…

- Yəqin ki, ələlxüsus da söhbət Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin səfirə və onun ilhamvericilərinə ünvanladığı dolğun cavabdan, arqumentlərdən gedir…

- Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə ötəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır. Əsas da lazım olmayan anda gözümüzü mazol edib, lazım olan anda isə qış yuxusuna gedən bəzi iqtidaryönlü politoloqlarımız üçün!

- Bunu politoloqlara tərəfinizdən bir eyham kimi qəbul edək yoxsa tənə kimi?

- Tənə kimi. Məhz tənə kimi. Çünki, yatmışdılar hamısı. Hər zamankı kimi oturub söhbətin axırını gözləyirdilər. Elə ki, dəyərli akademik öz cəsarətli mövqeyini sərgilədi, səfiri ifşa etdi, həmin haqqında danışdığım millətsevərlərin hamısı anındaca tökülüşdülər meydana. “Biz də varıq”- deyə. Oysa, olmaz belə. Həm də qətiyyən olmaz! Harda kı milli məsələlər, dövlətçilik məsələləri türklər demiş “söz konusu”dur, orada susmaq və kimisə gözləmək olmaz. Və ya belə çıxır ki, Ramiz müəllim danışmasa bu ölkədə çoxları ağzına su alıb oturacaqdı, hə? Yaxşı bəs bunların öz mövqeyi, öz daxili instinktləri, öz fikirləri hara gedib? İşinin dalıycamı?…

- Yəqin o politoloqlar başqa işə baxırlar da…

- Hə orasını düz deyirsiz, başqa işə baxırlar. Hətta bəzən siyasətdən və politologiyadan başqa hər işə baxırlar. Qrant güdməkdən tutmuş torba tikməyə qədər – hər işə.

- Yenə iynəli sözlər…

- Nə isə bu haqqda danışmayaq. Onsuz, yetərincə ağrılı mövzudur.

- O zaman başqa mövzu haqqda danışaq. Məsələn, müəllifi və aparıcısı olduğunuz “Mövqe”veriişi dünən efirə çıxmadı…

- Hə, yay fasiləsinə çıxmışıq.

- Elə də olur?

- Aha, olanda olur.

- Səbəb?

- Məsləhət belə oldu.

- Veriliş sizin, məsləhət verən başqası?

- Mən demədim ki, başqasının məsləhəti ilə belə olub. Dedim məsləhət belə olub. Məsələn, öz daxilimdən və içimdən gələn məsləhət.

- Heç söz altda qalmırsız….

- Sözün yükündən hər zaman qorxmuşam, yəqin bu səbəbdəndir.

- İnsanların sizə qarşı olan ya da ola biləcək aqressiyasından necə, heç qorxduğunuz olubmu?

- Bu aqressiya həmişə var. Bəlli və məlum istiqamətdən. Yəni radikal müxalifət cəbhəsindən. Amma bu məni heç incitmir. Çünki, düşünürəm düşməni olmayan adam bu həyatda ən qorxulu adamdır.

- Bəs sizi nə zamansa çıxışlarınıza, yazılarınıza, mövqeyinizə görə şantaj-filan edən olubmu?

- Olub. Məsələn, Rəsul Quliyev. 2005-də xəbər göndərmişdi ki, hazır olum. Guya məni Bakıya qayıdan kimi otağından tərsinə asacaqmış.

- Qorxdunuz?

- Mən evimin tavanındakı hörümçəkdən qorxaram, amma Rəsuldan qorxmaram….

- Və nəhayət son sual: Siyasətdə xoşbəxtsiz?

- Elə bil son sual bir az “indeyski”oldu axı. Hə?….( cavab verməyib ürəkdən gülür)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru