“Gəncə hadisələrində Aypara ilk gündən Surətin yanında olub”
Tarix: 9-06-2014, 10:17 | Çap et
 Gəncə hadisələrinin ildönümü günlərini yaşayırıq və istər o vaxt, istərsə də üstündən 21 il keçsə də elə günü bu gün də bəzi iddialara görə Surət Hüseynovun əsas məqsədi məhz Ayaz Mütəllibovu hakimiyyətə qaytarmaq imiş, ancaq Elçibəy bunu bilərək bu planı pozub və könülsüz də olsa Heydər Əliyevin Bakıya gəlməsinə razılıq verib. Amma ASDP sədri Araz Əlizadə bu iddialarla razılaşmır. Onun Moderator.az-a açıqlamasına görə, ümimiyyətlə Ayaz Mütəllibovun bu hadisələrdən xəbəri olmayıb və bu barədə onu məhz özü məlumatlandıranda eks-prezident xəbəri eşidib bərk təəccüblənib:
“Həmin gün Moskvada idim. Orada bir “Qolf Klub” var, orada restoranda idim. Bir də gördüm ora Bakı Şəhər Polis İdarəsinin keçmiş rəisi rəhmətlik Bəxtiyar Əliyev gəlib. O mənə dedi ki, xəbərin var nə olub? Dedim yox, nə olub ki? Bildirdi ki, bəs Gəncədə belə hadisə baş verib. Mən orda ailəmlə oturmuşdum, ayağa qalxdıq və maşını sürüb gəldim evə və Zərdüştə zəng vurdum. O da dedi ki, bəli, Gəncədə belə hadisə baş verib. Təsəvvür edin ki, Ayaz Mütəllibovun da bu barədə qətiyyən heç bir məlumatı olmayıb. Ona bu barədə ilk dəfə mən məlumat verdim və o da bərk təəccübləndi. Mən dərhal təyyarəyə oturub Bakıya gəldim və yadınızdadırsa parlamentdə çıxışım oldu. İyunun 8-də isə Zərdüştlə mənə qarşı sui-qəsd oldu və Cəbhəçilər bizi öldürmək istəsələr də bacarmadılar. Əgər mənim adımı Xalq Cəbhəsini hakimiyyətdən salanların sırasında çəkirlərsə, bununla fəxr edirəm. Mənə vaxtilə ləzzət eləyən bir epizodu deyim. Əbülfəz Elçibəy Kələkidə olanda Türkiyənin NTV kanalına müsahibə verirdi, ondan soruşdular ki, sizi hansı partiyaların əliylə devirdilər? Cavab verdi ki, Milli İstiqlalçılar və Sosial Demokratlar . Jurnalist qayıtdı ki, onlar doğrudanmı belə güclü partiyalardır? Dedi ki, AMİP-dən fərqli olaraq ASDP-nin gücü yoxdur. Jurnalist də gülərək dedi ki, Allah, Allah, nasıl olur ki, gücü olmayan bir parti sizə darba yapır? Əbülfəz Elçibəy də dedi ki, bilirsiniz, onlar həmişə bic tərpənirdilər. Həmişə bizə ağıllı məsləhət verirdilər, bilirdilər ki, biz onun əksini edəcəyik. Biz də hər dəfə əksini edərək tələyə düşürdük. Gəncə hadisələrinə gəldikdə isə Zərdüştlə məndən fərqli olaraq Aypara Əliyev ilk gündən Surətin yanında olub. Çünki onlar qapıbir qonşu idilər. Həmin günlər Surətin atası rəhmətə getmişdi, Aypara onun yanında idi. Onun da sonrakı aqibətini bilirsiniz...” ASDP sədri ümumiyyətlə həmin dövrdə onlarla AXC iqtidarı arasında çox soyuq münasibətlər olduğunu bildirdi: “Bilirsiniz, Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra biz əvvəl konstruktiv müxalifət mövqeyindəydik. Bir çox təkliflərlə çıxış etdik, amma gördük ki, bunlar həm kar, həm də kordular. Bundan sonra mənim təklifimlə ASDP-nin növbədənkənar qurultayı keçirilirdi, mən orada təklif etdim ki, AXC iqtidarına barışmaz müxalifət mövqeyinə keçək. Zərdüşt və partiyanın sədr müavini olan rəhmətlik Aypara Əliyev də bunun əleyhinə çıxdı. Lakin bunların israrına baxmayaraq səs çoxluğu ilə mənim təklifim keçdi. Yadımdadır, rəhmətlik Ayapara Əliyev durub dedi ki, Araz bəy, bu, çox ağır qərardı ha, bir halda ki, qəbul elədik, gərək həyata keçirməyə başlayaq. Düzü, bu qərarın qəbulundan bizdə xeyli inciyənlər oldu. Çünki onların bir çoxu AXC-dən çıxmışdılar, onların bəzisi düşünürdülər ki, bunlara da vəzifə verəcəklər. Bu adamlar sonra yavaş-yavaş pariyadan uzaqlaşdılar. Bizsə dönüb olduq barışmaz müxalifət. Amma bizim topumuz yox, tüfəngimiz yox, barışmazlığımız kəskin tənqidimiz idi...”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25 |
|
|
|
| • TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16 |
|
|
|
| • Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59 |
|
|
|
| • Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58 |
|
|
|
| • İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51 |
|
|
|
| • İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
| • Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46 |
|
|
|
| • Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22 |
|
|
|
| • Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18 |
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
|