Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                 

"Vəzifəli, imkanlı şəxslərin övladları arasında narkomanlar var!" - Deputat
Tarix: 25-03-2015, 12:23 | Çap et
"Vəzifəli, imkanlı şəxslərin övladları arasında narkomanlar var!"
"Vəzifəli, imkanlı şəxslərin övladları, yaxınları içində bu xəstəliyə yoluxdurulmuş xeyli adlar olduğunu cəmiyyətdə pıçı-pıçı ilə hər yerdə eşidə bilərsiniz".

Mia.az xəbər verir ki, bi ifadəni deputat Fazil Mustafa səsləndirib. Onun "Facebook"da paylaşdığı statusu təqdim edirik:

"Budur, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu məlumat yayıb ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq tiryəkin "qara bazar”da topdansatış qiyməti minimum 3 000, maksimum 7 000 dollar, pərakəndə satış qiyməti minimum 10 000, maksimum 15 000 dollar olub.

Müvafiq olaraq 1 kq heroinin "qara bazar”da topdansatış qiyməti 15 000-20 000 dollar, pərakəndə satış qiyməti 40 000-50 000 dollar, 1 kq marixuananın topdansatış qiyməti 6 000-8 000 dollar, pərakəndə satış qiyməti 8 000-12 000 dollar, 1 kq həşişin topdansatış qiyməti 2 500-4 000 dollar, pərakəndə satış qiyməti 6 000-8 000 dollar olub.

Bizdə indiyədək "ağ bazar” deyilən bir ifadəyə rast gəlmədiyimə görə buradakı bazar sözünə "qara” sözünün təyinedici funksiyası bir qədər artıq göründü.

Göründüyü kimi, bu bazarda böyük məbləğdə pullar oynayır və Azərbaycanda bu bazarın subyekti olanların sayı günbəgün artmaqdadır. Sadəcə həbs olunan insanların statistikasına diqqət yetirsəniz bəlli olar ki, həbs olunanların böyük əksəriyyəti narkotiklə əlaqədar cinayətlərə görə kriminal aləmə daxil olur. Ora bir neçə dəfə qayıdışı da tərgidə bilmədiyi narkotiklə bağlı olur. Hələ həbs olunmayan çox sayda narkotik istifadəçisi olan insanı təsəvvürünüzə gətirsəniz narkotikin nə qədər cəmiyyət həyatına təsir edən bir vasitə olduğunu görərsiniz.

Bir neçə il öncə ABŞ səfirliyi açıqlama vermişdi ki, Azərbaycanın orta məktəblərində narkotik istifadəçilərinin sayı 30 faizi keçir, şivən qopardıq ki, bizə böhtan atırlar. Ancaq eşitdiyim, bildiyim, müşahidə etdiyim hal budur ki, burada həqiqəti əks etdirən bir informasiyadan söhbət gedir. Qiymətlərə baxdığınızda dərhal anlarsınız ki, bu məbləğlərə narkotik almaq hər oğulun işi sayılmaz. Vəzifəli, imkanlı şəxslərin övladları, yaxınları içində bu xəstəliyə yoluxdurulmuş xeyli adlar olduğunu cəmiyyətdə pıçı-pıçı ilə hər yerdə eşidə bilərsiniz. Bunların içində mümkündür ki, mənim də, sənin də, hər birimizin də yaxınları ola bilər.

Hətta bildiyimə görə, qonşu ölkələrin birində Azərbaycanda narkotik istifadəçilərin sayının artmasını nəzərdə tutan xüsusi proqram həyata keçirilir və bir çox hallarda transit yolu ilə məqsədyönlü şəkildə bu vasitələr ölkəmizə böyük miqdarda, bəzən pulsuz şəkildə göndərilir. Bunu çəkinmədən söyləyə bilərəm ki, Qarabağ faciəsindən də daha dəhşətli bir faciə ilə qarşı-qarşıyayıq: narkotika bəlasına düçar olmuş əhəmiyyətli sayda itirilmiş Azərbaycan insanı, Azərbaycan ailəsi faciəsi!

Təkcə budurmu? Azərbaycanda narkotikin bir az yumşaq forması olan siqaret istifadəsinin də fəlakətli şəkildə artdığını müşahidə edirik. Doğrudur, bu sahədə rəsmi statistika açıqlanmır, ancaq xərçəng xəstəliyinin artmasının əsas səbəblərindən biri kimi siqaret istifadəçiliyinin artması göstərilirsə, bunun üzərindən sükutla keçmək olmaz. Neçə illərdir Azərbaycanda tütün mafiyası deyilən görünməz əl ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edən və buna görə cəza müəyyənləşdirən Qanunun qəbuluna imkan vermir.

Türkiyədə belə bir qanunun qəbulundan sonar siqaret çəkənlərinin sayının 15 faiz azaldığı barədə bilgilər verilmişdi. Xüsusilə də çevrəmizdə hər yerdə gənclərin siqaret alışqanlığının hansı nəticələr doğura biləcəyini indidən üzüntü ilə düşündüyündə pessimist olmağa xeyli əsaslar tapırsan. Ona görə hər dəfə məsələ qaldırırıq ki, açın bu idman meydançalarını gənclərin üzünə, imkan daxilində pulsuz, heç olmasa ucuz edin ki, idmana kütləvi axın başlasın, idman özü insanın pis vərdişinin dəyişməsini stimullaşdırır. Əksər idman meydançaları bahalıdır, idman komplekslərini toy toğlusu kimi bəzəyib qapısından qıfıl asıblar, buna görə də çox vaxt cavanları da qınaya bilmirsən.

Digər tərəfdən spirtli içki məsələsi də an aktual bəlalardan biri kimi qeyd olunmalıdır. Toylarda, restoranlarda, barlarda, evlərdə insanların bu qədər alkoqola düşgün vəziyyətə gəlməsi həmımmızı ciddi düşündürməlidir. Mən heç də dini nöqteyi-nəzərdən, haram kateqoriyasından sərt formada məsələyə yanaşmaq istəməzdim. Açığı həm spirtli içki içən, həm siqaret çəkən insana acıyıram, Allahın verdiyi vücudu insanın necə zəhərlədiyini görəndə yaxşı ovqatda olmuram. Ancaq illərdir eşitdiyim o tələbi xatırlayarkən, insanların öz sağlamlığına necə qənim kəsildiyini görürəm. Xidmətçiyə "təmiz nə arağın var” deyən çağırışları il boyu yüz dəfələrlə eşidirik və mədəsinin labaratoriyasından keçirəndən sonra "yaxşı arağıydı” deyən məmnunluq notlarını xatırlayırsan. Acınacaqlı budur ki, natəmiz arağın, siqaretin, narkotikanın zərəri, zəhəri bir tərəfə dursun, Azərbaycan insanının böyük əksəriyyəti məhz onun saxta texnoloji üsullarla hazırlanmış məhsullarını dadır. Deyilə bilər ki, nə olsun, spirtli içkisiz də bizə zərərli yağları, broyler toyuqlarını, genetik modifikasiyası dəyişdirilmiş qida məhsullarını yedirdirlər, içdiyimiz adi suyu da zirzəmilərdə doldurub bulaq suyu adı ilə sırıyırlar, evlərə verilən suyun çirklilik normasının bütün sədləri aşdığını hamı yaxşı bilir, yəni onsuz da biz zərərdəyik, bir içki, siqaret bizə nə edəcək? Anlaşıldı, bunları məcburi qida və içki məhsulu kimi insanlarımız istifadə edir, ona görə də qınamaq olmur. Ancaq heç olmazsa həm cibə, həm də səhhətə ziyanı olan spirtli içkilərin hazırlanma yeri və texnologiyası ilə tanış olan ağlı başında olan bir kimsə özünü könüllü şəkildə zəhərləməyi rəva görməz. Bu artıq bizim milli adətimizə, mentalitetimizə çevrildiyinə görə hələ də dəyişmək iradəsində olmadığımızı ürək ağrısı ilə qeyd etməliyik. Son vaxtlar isə daha dəhşətlisi içki içən, siqaret çəkən, narkotik istifadə edən qadınların sayının artmasıdır. Hətta yol polisi də axırı dilə gəlib bəyan etdi ki, gecə saatlarında içkili vəziyyətdə avtomobil idarə edən qadın sürücülərin sayı xeyli çoxalıb. Qadınların avtomobil sürməsini həmişə dəstəkləyirəm və buna müsbət hal kimi yanaşıram. Mənim düşüncəmə görə bu yol hərəkəti sferasında daha mədəni və nəzakətli davranışların artmasına faydalı ola bilər. Bununla belə, heç bir halda içkili və ya narkotik istifadı edən qadın sürücülərə güzəştli yanaşmanın yolverilməz olduğunu düşünürəm. Kiməsə arxayın olmayan qadının içkili və ya uymuş vəziyyətdə avtomobil idarə etməsi ağlabatan olmadığına görə, bu himayəçiliyin neçə-neçə insanlarımızı yollarda bədbəxt etdiyini rahatca təsəvvürünüzə gətirə bilərsiniz.

Baş verən qətllərin, intiharların, başqa kriminal vəhşiliklərin əksəriyyətinin səbəb şkalasında narkotiklərin və spirtli içkilərin dozasını müəyyən etmək çətin deyil. Ailələrin dağılma səbəbi, fahişəliyin artması, erkən ölümcül xəstəliklərin artım tendensiyasının səbəbləri içində bu amil ciddi yer tutur.

Narkotik vasitələrdən, alkoqoldan, siqaretdən istifadəyə qarşı bütün cəmiyyətin düşünən insanlarını birlikdə hərəkətə gətirilməsi qaçınılmazdır. Zəhərləmək istəyənlər də özümüzdəndir, zəhərlənməyə dirəniş göstərənlər də. Hələ ki, zəhərləmək istəyənlər uğur və pul qazanır. Çünki dirəniş göstərməyə İman və İradə peyvəndimiz zəifdir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru