Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                 

Müxalifət on illər boyu hakimiyyətə gələ bilmirsə...
Tarix: 23-09-2015, 08:40 | Çap et
Müxalifət on illər boyu hakimiyyətə gələ bilmirsə...
Ölkə müxalifəti zaman-zaman “20 ildə hakimiyyətə gələ bilmədiniz” kimi ciddi ittihamla üz-üzə qalır. Hətta bu ittihamı müxalifət düşərgəsindən çıxan liderlər, aktiv gənclər də səsləndirirlər. İddianı səsləndirənlər vurğulayırlar ki, müxalifət on illərlə davam edən bir müddətdə normal mübarizə aparıb hakimiyyətə gələ bilmirsə, siyasi səhnəni tərk edib getməli, siyasi proseslərdən çəkilməlidir. Yəni müxalifət yenilənməli, on illərlə müxalifətdə qalan qüvvələr tərəfdarlarından üzr istəyərək, mübarizələrinin nəticəsiz olduğunu bəyan etməli və siyasi səhnədən getməlidirlər. Söhbətləşdiyimiz ekspertlər məsələyə fərqli müstəvidən yanaşdılar və ölkə müxalifətinin on illiklər boyu hakimiyyətə gələ bilməməsinin səbəblərini, faktları sadaladılar.

Ekspert Natiq Mirinin sözlərinə görə, müxalifətin bu illər boyu iqtidar ola bilməməsi çeşidli səbəblərlə bağlıdır: “O baxımdan ki, həqiqətən Azərbaycanda normal, siyasi rəqabətli şəkildə fəaliyyət göstərmək çox çətindir. Ən azından siyasi qüvvələrə şərait bərabər şəkildə yaradılmayıb. Eyni zamanda siyasi fəaliyyət üçün partiyalara bir çox məhdudiyyətlər yaradılıb. Bundan başqa, partiyalar üçün mütləq mənada konkret maliyyə mənbələri olmalıdır, müxalifətin bu məsələdə çox böyük problemləri var. Bəzi siyasi qruplar bəzən Qərbin müxtəlif səviyyələrdə yardımına möhtac qalırlar. Məhz bu cür yardımların müqabilində hətta məramnamələrində göstərdikləri ideyalarına zidd davranışlar nümayiş etdirirlər. Xüsusilə də Milli Şuranın 2013-cü ildə yaradılması, orada əsas fiqurlardan biri AXCP-nin davranışlarını götürün. Orada da görsənir ki, konkret xarici maliyyələr çərçivəsində bəzən anti-Azərbaycan, antimilli siyasi davranışlar ortalığa çıxa bilir. O baxımdan, həqiqətən də mühit Azərbaycanda çox yararsızdır və bu vəziyyətdə siyasi fəaliyyət göstərmək böyük çətinliklər yaradır. Ancaq bu, yeganə səbəb deyil. Burada başqa səbəblər də var və bu səbəbləri müxalifət partiyalarının idarə olunmasında da axtarmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın siyasi partiyalarında daxili demokratiya anlayışı yox dərəcəsindədir. Əksər siyasi partiyalar nizamnaməyə uyğun davransalar da, əslində avtoritar idarəetmə rejimi ilə idarə olunurlar. Əksər qərarlar bir nəfərin iradəsi ilə qəbul olunur. Ən nəhayət, hakimiyyətə qarşı mübarizə əvəzinə, müxalifət arasında ara müxalifət, birinci olmaq yarışı keçirilir. Bu da zaman-zaman Azərbaycan cəmiyyətində, siyasi palitrada, siyasi müstəvidə xoşagəlməz, dağıdıcı hadisələrə gətirib çıxarır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda klassik partiyalar çox deyil. Bu gün Azərbaycanda tək klassik partiya Müsavatdır. Əksər partiyalar marginal qruplardan ibarət, korporativ maraqlara, maliyyə şəbəkələrinə xidmət edən siyasi qruplardan ibarətdir. Ona görə də hakimiyyət məhz bu faktdan istifadə edərək bu prosesləri çox asanlıqla idarə edə bilir. Ən nəhayət, Azərbaycanda siyasi xəyanət anlayışı AXCP-yə Əli Kərimlinin rəhbərliyindən sonra başlayıb. Bu tendensiya getdikcə Azərbaycanda artan xətlə inkişaf edir. Çox təəssüf ki, bu gün özünü hakimiyyətə satan, təqdim edənlərin sayı o qədər çoxdur ki, hakimiyyət istənilən siyasi qrupu qəpik-quruşa ala bilir. Bu da Azərbaycan siyasəti üçün çox acınacaqlı bir durum yaradıb. Paralel olaraq, ictimai rəydə bu siyasi qüvvələr nüfuzdan düşür. Xalqın içərisində inamsızlığın kökündə duran faktorlardan biri də məhz budur. Ona görə bu gün etirazlara, sosial-siyasi olmasına baxmayaraq, istənilən etiraz aksiyasına müraciət olunursa, xalq küçələrə çıxmır. Bu səbəblər toplusu bütövlükdə Azərbaycanda nəinki hüquqi, hətta siyasi nihilizm vəziyyəti yaradıb. Buna görə də nəticə artıq sıfıra bərabərdir. Bu da yenilənməni və özünütəşkili tələb edir”.

Ekspert Ərəstun Oruclu isə qeyd edib ki, müxalifətin on illər boyu hakimiyyətə gələ bilməməsi ilk növbədə ölkədəki mövcud siyasi sistemin fəsadıdır: “Hakimiyyət var gücü ilə təkcə müxalifəti deyil, bütün qüvvələri, vətəndaş cəmiyyətini, medianı sıradan çıxarmağa çalışır və xeyli də uğur əldə edib. Yəni ilk növbədə bunun səbəbi ölkədəki siyasi sistemi dağıdan iqtidardır. Çünki söhbət təkcə müxalifətdən getmir. Vətəndaş cəmiyyəti də sıradan çıxarılıb. Medianın önəmli bir hissəsi sıradan çıxarılıb. Hətta hakimiyyətin özündə də normal idarəçilik qalmayıb. Hakimiyyət qanadları arasındakı münasibətləri götürsək, bir dəfə də görməmişik ki, məhkəmə icra hakimiyyətinin marağına zidd olan hansısa qərar qəbul etmiş olsun, ya da əksinə. Yəni ölkədə bir idarəçilik piramidası qurulub ki, o piramida yuxarıdan aşağı hər şeyə nəzarət edən sistemdən ibarətdir. Belə olan şəraitdə təbii ki, müxalifət üçün uğur əldə etmək bir o qədər asan deyil. Amma eyni zamanda burada müxalifətin özünün də günah payı var. Hətta Birma diktaturası, Penoçet diktaturası şəraitində də müxalifət bundan kifayət qədər sərt şəraitdə mübarizə aparmağa məcbur olub. Hətta bir sıra hallarda qalib də gəlib. Götürək, Penoçet diktaturasını və yaxud Flippində mövcud olmuş diktaturanı. Həmin diktatura şəraitində müxalifət o qədər inadkar mübarizə apardı ki, son nəticədə qalib gəldi. Digər tərəfdən, xalqı qınamağın tərəfdarı deyiləm. Ona görə ki, xalq yalnız onu təşkilatlandıran bir siyasi qüvvənin arxasında gedir. O pərakəndə şəkildə, orda-burda fəaliyyət göstərə bilər. Belə müqavimətləri İsmayıllıda, Qubada, Mingəçevirdə görmüşük. Bunların hər biri əslində hakimiyyətin siyasətinə xalq etirazlarıdır. Bu xalq etirazlarını siyasi etiraza çevirə biləcək siyasi qüvvənin olmaması, mövcud siyasi qüvvələrə etimadın olmaması bunun pərakəndə qalmasına gətirib çıxarır. Müxalifətin bu məsələlərdə də günahı var. Müxalifət faktiki olaraq özünü təcrid etməklə məşğuldur. Müxalifət ideyalar ortaya qoymalıdır”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru