Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                 

“Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur” - Aydin Mirzəzadə
Tarix: 10-10-2015, 12:47 | Çap et
“Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”
Hər seçkiöncəsi olduğu kimi, bu dəfə də müxalifət təmsilçiləri Azərbaycan hakimiyyətinin çöküş mərhələsi yaşaması ilə bağlı fikirlər səsləndirirlər. Xüsusilə, ötən ay Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə və ATƏT-in noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi, bu iddiaların daha çox ortaya atılmasına səbəb oldu.

Qeyd olunur ki, artıq ölkə iqtidarı günü-gündən mövqelərini itirməkdədir. Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədov “Azadlıq” qəzetinə verdiyi son açıqlamada bildirib ki, “hakimiyyət sonunun yaxınlaşdığını hiss edir”. Vəkil qeyd edib ki, Avropa xalqımıza açıq mesaj verdi, əgər xalq haqqı uğrunda mübarizəyə qalxsa, dünya ona dəstək verəcək.
Göründüyü kimi, demokratik düşərgəni Qərbin son aylardakı siyasətini ciddi şəkildə ümidləndirib.

YAP funksioneri, iqtidaryönlü deputat Aydın Mirzəzadə isə belə fikirlərin pafosdan doğduğu qənaətindədir. O, hesab edir ki, 22 il öncədən müxalifət zaman-zaman bu cür fikirlər səsləndirir: “1993-cü ilin 15 iyunundan Heydər Əliyev siyasi kursuna müxalif olan dairələr Azərbaycan iqtidarı barəsində daim bədbin proqnozlarını verirlər. Xüsusilə, ulu öndərin apardığı siyasətin heç bir nəticə vermədiyini, 1995-ci ildə qəbul edilmiş konstitusiyanın uzun müddət davam gətirməyəcəyini, Azərbaycanın Avropa Şurasına qəbul edilməyəcəyini, dövlətimizin apardığı siyasətin ona problemlər yaradacağını qeyd ediblər. Amma göründüyü kimi, 22 ildir onların dediyinin əksinə olaraq, Azərbaycan demokratik, hüququ dövlət kimi təşəkkül tapıb. Ölkəmizdə iqtisadi inkişaf gedir, dünyada gedən neft, maliyyə böhranına baxmayaraq, Azərbaycan uğurla irəliləyir. Demokratiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Vaxtı ilə Heydər Əliyevin, indi isə, cənab prezidentin apardığı siyasət siyasi rəqiblərimizin proqnozlarını alt-üst edib. Azərbaycanı qarşıdakı 200 ildə hər hansı bir problem gözləmir. Çünki, Azərbaycan dövlətçiliyini möhkəm qurub. Bu gün vətəndaşlarımız dövlətçiliyimizin timsalında özünə dayaq görür, sabahına inanır, problemlərinin həll olunduğunu görürlər. Ölkə iqtidarı bütün problemləri həll etmək gücündədir. Maraqlara uyğun dövlətçilik maraqları ortaya qoyuruq. Ayrı-ayrı şəxslərin, müxalif dairələrin verdiyi proqnozların heç bir əsası yoxdur. O dairələr bu barədə danışırlar ki, cəmiyyətdə nüfuzlarından söhbət gedə bilməz. Heç bir seçkidə uğur qazana bilmirlər. Ətraflarında demokratik düşüncəli qruplar yoxdur. Onların fikirləri cəmiyyətdə səbirsizliklə gözlənilmir. Belə fikirlər çıxılmaz vəziyyətdə olmalarından irəli gəlir. Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”.

Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, hakimiyyət indiyə qədər iki resursun üzərində dayanıb: “Qənaətlərim və ciddi analizlərim onu göstərir ki, iqtidar iki mühüm resursun üzərində ayaqda qalırdı. Maliyyə və beynəlxalq resurslar. Bu ilin fevralında devalvasiya yaşananda gördük ki, hakimiyyətin maliyyə resursu tükənib. Digər tərəfdən isə, rejimin beynəlxalq resursunun da tükəndiyi açıq şəkildə görünür. Bütün bunlar onu göstərir ki, rejimin hakimiyyətdə qalma şansları getdikcə itməkdədir. Hakimiyyət xalqın etimadı üzərində yox, neftin pulları hesabına iqtidarda qalıb. Mən o proqnozlara qoşuluram. İqtidarın avtoritarizmi davam etdirmə imkanları bitir. İdarəetmə instrumentləri azalıb. Son illərin repressiyasını müşahidə edirik. Bu da hakimiyyətdə qalma yollarından biridir. Hesab edirəm ki, bu uzun çəkməyəcək. Rejim əvvəllər də çöküş anları yaşayıb. Hakimiyyət xalqın arasında nüfuzunu itirib. Bu baxımdan çox davam edə bilməz. Əlavə resurslar olmadığından hakimiyyətin əldə saxlamağa çalışdığı instrumentlərin ömrü də qısa zamanda başa çatacaq”.

Məsələyə politoloq baxışı da aldıq. Qabil Hüseynli hakimiyyətin sonunun yaxınlaşması kimi fikirlərlə razılaşmağın mümkünsüz olduğu düşüncəsindədir: “Qurban Məmmədov hörmət etdiyim siyasətçilərdəndir. Amma onun və digər müxaliflərin fikirləri ilə razılaşmaq olmaz. Hakimiyyət daha möhkəm, monolit komanda olması ilə diqqət çəkir. Neftin qiymətinin aşağı düşməsi ilə büdcə və iqtisadiyyatın müəyyən sahələrində problemlər nəzərə çarpır. Bu o demək deyil ki, Azərbaycan neftdən asılıdır. Əslində ölkəmiz özünün yeni neft qaynağını işə salmaqdadır. Söhbət irimiqyaslı qaz yataqlarının kəşfindən və Avropaya nəqlindən gedir. Azərbaycan 2018-də “Şahdəniz-2” qaz yatağını işə salacaq. Hər il 15 milyard kubmetr Avropaya qaz nəql edəcək. Başqa kəşf edilmiş qaz yataqları var. Azərbaycan gələcəkdə qaz yataqlarını 35-40 milyard kubmetrə çatdıra bilər. Neftin qiyməti hazırda artmaqda davam edir. Bütün bunlar gəlirlərimizin artacağı proqnozunu verir. Hakimiyyətin siyasətinin Qərb tərəfindən tənqid olunması dalana dirəndiyi anlayışına gəlməməlidir. Hətta hakimiyyəti tənqid edən ölkələrin bir qismi siyasətlərini dəyişiblər.

ABŞ indiyə qədər tənqidi bəyanatlar verirdi. Amma indi Azərbaycan səfirini konqresə çağıraraq, müəyyən suallar verir, bu suallar ətrafında iqtidarı düşünməyə vadar edirlər. Hakimiyyət çalışır ki, onunla diktə dili ilə danışmasınlar. Avropa ilə əlaqələri kəsmək fikri yoxdur. Avropanı heç kim itirmək istəməz. Hakimiyyətin çətin durumda olduğu qənaətində deyiləm. Müəyyən sahələrdə nöqsanların olduğunu söyləyə bilərəm. Çexiyanın keçmiş prezidenti Vatslav Qavel deyirdi ki, deyirdi ki, demokratiya marsa gedən bir yol kimi, uzun bir yoldan keçir, nə qədər ona doğru gedirsən, o bir o qədər səndən uzaqlaşır. Bu baxımdan demokratiyamızın əskikləri var. Bu problem olmasına baxmayaraq, hesab edirəm ki, gələcəkdə demokratiya təkmilləşəcək. Edilən tənqidlərdən də nəticələr çıxarılacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru