“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                 

"Bakıda Müsəlman Qardaşları modelini tətbiq etmək..." - deputat
Tarix: 7-11-2015, 14:48 | Çap et
"Bakıda Müsəlman Qardaşları modelini tətbiq etmək..."
Xəbər verildiyi kimi, dünən özlərini dini hərəkatın tərəfdarları adlandıran bir qrup şəxs Sabunçu rayonu polis orqanının inzibati binasının qarşısında toplaşaraq Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibovun azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb.

Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Publika.az-a açıqlamasında millət vəkilləri Zahid Oruc və Aydın Mirzəzadə baş vermiş hadisə ilə bağlı fikirlərini bildiriblər.

Aydın Mirzəzadə bütün bu baş verənlərin yolverilməz olduğunu deyib: “Bir qrup dindar polis idarəsinin qarşısında aksiya keçirməyə çalışaraq tutulan iki şəxsin azad olunmasını tələb edir. Əlbəttə ki, bütün bunlar yolverilməzdir. Azərbaycan hüquqi dövlətdir və hər şey hüquq çərçivəsində baş verməlidir. Dövlət nümayəndələrinə, hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zor tətbiq etmək yolverilməzdir. Aksiyada iştirak edənlər də buna görə saxlanılıblar. Son məlumatlara görə, orada sakitlikdir və hər hansı narahatlıqdan söhbət gedə bilməz. Hamı bilməlidir ki, qanun qarşısında bərabərdir. Məsələ ancaq qanun çərçivəsində həll oluna bilər. Buna dini və yaxud siyasi rəng vermək qətiyyən düzgün deyil. Din əqidədir! Dinin zorakılıqla, dövlətə təzyiq etməklə hər hansı əlaqəsi ola bilməz”.

Zahid Orucun sözlərinə görə, “Müsəlman Qardaşları” modelində təşkilat yaratmaq və onu siyasiləşdirməklə hakimiyyətə gətirmək cəhdləri heç vaxt uğurla olmayacaq: “Çünki Azərbaycan xalqının genetik kodunda dini inancları ilə yanaşı dünyaya fərqli bir baxışı var. Sabunçu hadisələri fonunda onu söyləmək mümkündür ki, Azərbaycanda dini vəziyyət sabitdir. “Dindar kəsiminin mövqeyinə zərbələr vurulur və dövlət onu özünə rəqib görür” kimi qənaətləri ortaya çıxarmaq çox yanlışdır. Bir tendensiya həm sosial-psixoloji nöqteyi-nəzərdən, həm də siyasi baxımdan özünü qabarıq şəkildə göstərir. Bu da ondan ibarətdir ki, Azərbaycanın daxilində müxtəlif partiya və təşkilatları hakimiyyət əleyhinə təşkilatlandırmaq mümkün olmayanda, sanki bu missiya dini qüvvələrin üzərinə qoyulur. Sanki məscidlər partiyaların evidir və oradan dövlət əleyhinə fəaliyyət təşviq edilir. Sanki həmin təşkilatların fəaliyyəti uğursuz olanda, onların əvəzinə dini ekstremizm, dini cərəyanlar ortaya çıxacaq”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan regionda müxtəlif dinlərin ixrac edilməsi üçün bir məkandır: “Ərəb dünyasından dünyaya yayilan xaosun dini hərəkatlar vasitəsilə edildiyini qəribə qarşılamalı deyilik. Çünki bunun hazır bazası var və auditoriyanı asanlıqla ələ keçirə bilirlər. Bu fonda ələ keçirilmiş qüvvələri hakimiyyətin tərəfdarları siyahısından çıxardaraq konstitusion quruluşu dəyişməyə baza hazırlayırlar. Bizim hər birimiz bilməliyik ki, Azərbaycanda dünyəvi yoldan, normal qanunverilicilik modelindən kənar yaşam yoxdur. Yəni, şəriət qanunları əsasında, yaxud da müxtəlif ölkələrdə surəti çıxarılan siyasətlər burada işləməyəcək”.

Sabunçu hadisələrində iştirak edən şəxslərin dindar adlandırılmasına gəlincə, millət vəkilini bu anlayışın çoxdan hüquqi çərçivəni aşdığını deyib: “Bu anlayış artıq başqa məzmun daşımağa başlayıb. Xarici ölkələrdə dini təhsil almış şəxslərin Azərbaycan daxilindəki mərasimlərdə birinci şəxs kimi təmsil olunması hüququ tanınmır. Sanki, həmin şəxslər təhsil aldıqları ölkələrin dinə baxışlarına yoluxdurulur. Quran vahiddir, amma baxışlar fərqlidir. Səudiyyə, Türkiyə, Misir və Suriyanın baxış modelləri əsasında ölkəmizə gəlmiş çoxlu insanlar var. Və o hüquqi ad uğrunda savaş gedir: kimdir dindar? Onların hamısını bu ad ilə tanısaq da, özləri arasında vahidlik yoxdur. Sanki xaricdən gələn parçalanmanın ölkəmizin içində də yayılması istənilir. Halbuki, Azərbaycan düşmən tərəfdən olan təhlükələri neytrallaşdıra bilir, ölkəyə iqtisadi problemlər yaşatmaq istəyənlərin meydanı da cilovlanıb. Mümkündür ki, həmin qüvvələr dini sifətlə çıxış etsinlər. Amma Azərbaycanın təhlükəsizlik orqanları güclüdür, bu ölkədə sabitliyin, əmin-amanlığın qarantı Prezident İlham Əliyevdir. Ölkə rəhbəri Azərbaycan əhalisinin maraqlarına toxunan məqamların düz hədəfinə zərbələr endirməkdədir və bu insanlar tərəfindən yüksək qarşılanır. Xalq və prezidentinin bir-birinə daha da çox bağlanması və arada olan diversantların ifşa edilməsi paralel şəkildə dini sferada da şəffaflığın yaranması ilə yekunlaşacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru