Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                 

"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz" - Şeyxə qarşı yeni ittihamlar
Tarix: 16-12-2015, 09:14 | Çap et
"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz"
ADP sədri Sərdar Cəlaloğlunun bir həftə öncə “Yeni Müsavat”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin ləğvinin vacibliyini bəyan etməsi cəmiyyətdə ciddi müzakirələrə yol açıb.

S.Cəlaloğlunu haqlı hesab eləyənlər də, QMİ-nin Azərbaycan dövlətinə lazım olduğunu, bu qurumun ləğvi tələbinin təxribatçı hərəkət olduğunu düşünənlər də var. Məsələn, hakim YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov QMİ-nin ləğvini istəyənləri təxribatçı adlandırıb.

Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Şeyx Allahşükür Paşazadənin şəxsinə qarşı heç bir qərəzi və düşmənçiliyi yoxdur: “Təkcə prokurorluq QMİ-nin maliyyə işlərini yoxlasa ortaya çıxar ki, nələr var. Düşmənçiliyim olsa, o faktları mətbuata açıqlayaram və Azərbaycanda Allaha inanan heç kəs şeyxə inanmaz. Sadəcə, demişəm və deyirəm ki, bir adam ticarətlə məşğul olursa, dinlə məşğul olmamalıdır, dinlə, elmlə məşğul olursa ticarətlə məşğul olmamalıdır. Bu fikir niyə düşmənçilik və ya təxribat kimi qələmə verilməlidir? Şeyx öz çıxışlarının birində demişdi ki, mən 30 ildir vicdanın nə olduğunu bilmirəm. Vicdan özü din deməkdir, dində olmaq deməkdir. Deməli, şeyx özü etiraf edir ki, mən dində olmağın nə demək olduğunu bilmirəm. Bunu mən ona böhtan atmıram. Adam öz dili ilə deyir ki, mən 30 ildir bilmirəm vicdan nə olan şeydir. O, ümumiyyətlə, cümə namazı-filan da qılıb eləmir. Bir çox hallarda heç bayram namazlarına da gəlmir. Çox nadir hallarda namazda olur”.

S.Cəlaloğlu QMİ və şeyxlə bağlı mövqeyinə görə heç kimdən qorxmadığını da vurğuladı: “Allahdan qorxan adam heç nədən qorxmaz. Allahdan qorxmayan adam hər şeydən qorxar. Mən Allahdan qorxuram, ona görə də xalqım və dövlətim üçün xeyirli olan hər bir məsələnin üzərinə getməkdən qorxmuram. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda yalnız Azərbaycan vətəndaşlarının üzvü olduğu təşkilatlar yaradıla və fəaliyyət göstərə bilər. Qafqaz Müsəlmanları İdarəsi isə adından da görünür ki, Azərbaycanın vətəndaşı olmayan digər Qafqaz xalqlarının da təşkilatıdır. Belə çıxır ki, məsələn, Dağıstanda olan çeçenlərin də hansısa dini sahədə hərəkətinə görə məsuliyyəti Allahşükür Paşazadə daşıyır. Halbuki Allahşükür Paşazadənin Rusiya vətəndaşları üzərində hər bir təsiri, hər hansı bir ideoloji iş aparması Rusiya qanunlarına görə də, Azərbaycanın qanunlarına görə də qadağandır. Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır.

Necə olur ki, Azərbaycanda heç bir QHT dövlət protokolunda yer tutmur, amma QMİ dövlət protokolunda rəsmi yer tutur, bir çox hallarda hətta parlament sədrindən də qabaqda durur? Bu vəziyyətin özü anormal durumdur. İslam dinində icma prinsipi var. 20-30 nəfər yığışıb bir məscid tikir və öz aralarında ən çox inandıqları adamı önə verirlər və həmin adam pişnamaz olur. İslamın ümumi məsələlərinə gəlincə, Quranda da deyilir ki, gərək sizin öz aranızdan alimlər çıxsın və Qurandakı mürəkkəb məsələləri xalqa izah eləsin. Həmin şəxslər isə Quranda şeyx adlanmır, alim adlanır. Həmin alimlər Quranla yanaşı, elmləri də bilməlidir. Mən hazırda Qurana 10 cildlik izah yazıram. Fəlsəfəni, fizikanı, kimyanı, astronomiyanı bilməsəm, Quranı izah eləyə bilmərəm.

İslam dini ədalətsizliyə müxalifət kimi yaradılıb. Quranda neçə yerdə buyurulur ki, nahaqqa, ədalətsizliyə müxalif olun. Hələ biz QMİ-nin nəyəsə müxalif olduğunu, hansısa ədalətsizliyə müxalif olduğunu görməmişik. Məscid bağlanır, QMİ susur, azana qadağalar qoyulur, QMİ susur, məktəbə hicabla getmək qadağan olunur, QMİ susur, müxtəlif zümrədən olan insanlara haqsız davranışlar baş verir, QMİ səsini çıxarmır. Bunun özü göstərir ki, QMİ heç Quranın əsas əmrlərini yerinə yetirmir”.

ADP sədri dedi ki, bu günə kimi ona şeyxdən heç bir mesaj, xəbərdarlıq, hədə-filan gəlməyib: “Çünki birincisi, mən qərəzli deyiləm. İkincisi, mən şeyxin özünün də xeyrinə danışıram”.

QMİ-nin ləğvini tələb edənlərin təxribatçı adlandırılmasına gəlincə, S.Cəlaloğlu bildirdi ki, Siyavuş Novruzovun dindən başı çıxmır, dini bilmir, ona görə də belə danışır: “Mən faktları, qanunları göstərərək QMİ və şeyx barədə məlum fikirlərimi ortaya qoymuşam. Siyavuş Novruzov buyursun, mənim arqumentlərimin yanlış olduğunu faktlarla, qanuna əsaslanmaqla desin. Görüm mənim arqumentlərimin əsassız olduğunu sübuta yetirə biləcəkmi? Yoxsa ki, indi mənim dediyim fikirlərə qarşı arqument tapa bilməyib, sadəcə, havaya ”bu fikirlər təxribatdır" sözünü söyləmək mənasızdır. Dünyada bir milyard yarım müsəlman var. Yalnız Azərbaycanda İslamın bu cür üsul-idarəçiliyi həyata keçirilir.

Nardaranda insan tələfatına səbəb olan yanlış hərəkət olub. Əgər QMİ din sahəsində indiyə qədər olan insidentlərə, xoşagəlməz hadisələrə görə cavabdehlik daşımayıb. Onda sual olunur ki, bu İdarə nəyə cavabdehlik daşıyır?! Nardaran hadisələrinə görə cinayət işi həm də QMİ-nin əleyhinə qaldırılmalıdır. Ona görə ki, dinə nəzarət QMİ-yə verilib. Bu ölkədə İŞİD özünə tərəfdar toplayır, nurçular tərəfdar toplayır, Yevangelistlər tərəfdar toplayır, Məhəbbət Kilsəsi gəlib tərəfdar toplayır, buddistlər gəlib tərəfdar toplayır və xalq getdikcə bu cür yad dini təsirlərin altına düşür, QMİ məsuliyyət daşımır. O zaman bəs bu QMİ nəyə lazımdır?! Bir insanın və qurumun heç bir belə məsələlərdə məsuliyyəti yoxdursa, səlahiyyətlər ona niyə verilir?! Məsələ bu qədər aydındır. Siyavuş Novruzov kimi adamlar isə hələ də keçmiş SSRİ nostalgiyasından ayrıla bilmirlər və sovetin qalıqlarını qoruyurlar".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru