“30-DAN ÇOX HƏB İÇMİŞDİM”
Tarix: 14-10-2011, 11:58 | Çap et
İNTİHARA CƏHD EDƏNLƏR DANIŞIR
Oktyabrın ilk həftəsində Gəncə, Göygöl və Samux rayonlarından olan 8 gənc intihara cəhd edib. Ümumilikdə isə Qərb bölgəsində bu il ərzində 25 nəfər intihar edib. Onlardan 19-u yeniyetmə və gənclərdir.
Şərti adı Sevinc olan 23 yaşlı Gəncə sakini 2 il əvvəl dərman içərək özünə qəsd etmək istəyib. Deyir ki, son anda valideynləri onu ölümdən xilas ediblər:
В«30-DAN ÇOX HƏB İÇMİŞDİMВ»
В«2009-cu ilin yayında ağır depressiya keçirirdim. Çıxış yolunu görmək istəməyəndə uzun müddət yatıb hər şeydən uzaqlaşmaq istəyirsən. Mən dərman içəndə fikirləşirdim ki, ac qarına içsəm, daha yaxşı olar. 30-dan çox həb içmişdim. Sevgi münasibətimin sonluğuna ürəyimdə razılıq verə bilmirdim. Bir sevgi yox idi, sadəcə o oğlan mənim xəyallarımda idi və o, ailə quranda mənə ağır təsir elədiВ».
Sevinc o an sağ qalsa da, etiraf edir ki, sonralar da müxtəlif problemlərinə görə bir neçə dəfə özünə qəsd etmək istəyib:
В«Mədəmi yudular, qulaqlarımadək tutulmuşdu. Ayaqlarım tutuldu. Anam elə bilirdi ki zəhərlənmişəm. Əziyyətimi anam çəkdi. İndi hərdən özümdən soruşuram - dəyərmi həyata son qoymağa?В».
NƏSİLLƏR ARASINDA UÇURUM-ƏSAS SƏBƏB
Psixoloq İlham Məmmədov deyir ki, cəmiyyətdə Sevinc kimi gənclər çoxdur. Psixoloq deyir ki, əsasən ailədə valideynlərin uşaqları ilə dostluq etməməsi onların intihar həddinə çatması səbəblərdən biridir. Ancaq psixoloq daha bir vacib məqamı da qeyd edir - sovet psixologiyasından müasir düşüncəyə keçid. Yəni, tərbiyə verənlə tərbiyə alan tamam fərqli düşüncələrdədir:
В«Azərbaycanda hər şeydən əvvəl ictimai-siyasi durum dəyişib. Dəyər meylləri dəyişib, sovet sistemi ilə indiki sistem arasında böyük fərq var.
Foto: Arxiv Çünki tərbiyə edən ayrı nəslin nümayəndəsidir, tərbiyə olunan ayrı nəslin nümayəndəsi. Keçid dövründəyik, təzad var. O dövrün təsiridir ki, əksər uşaqlar valideynlərindən kənardadır. Valideynlə uşaq arasında psixoloji təmas yoxdur. Niyə yoxdur? Çünki dəyər meyllərində fərq var. Az gənclərimiz var ki, valideynləri ilə dostdurlar. Bu gərginliyi artıran faktorlardırВ».
Psixoloq deyir ki, çıxış yolu ilk növbədə valideynlərlə uşaqlar arasında ünsiyyəti artırmaqdır. Regionda intihar hallarının artmasına gəlincə, İlham Məmmədov deyir ki, bölgədə psixoloji məsləhətxanalar yaradılmalı və insanlarla danışıb mənəvi kömək etmək lazımdır.
DÖVLƏT PROQRAMI OLMALIDIR
Psixiatr Dəyanət Rzayev isə deyir ki, intiharlara səbəb heç də sosial problemlər deyil. Belə ki, intihar edənlər əsasən sağlam və maddi cəhətdən normal vəziyyətdə yaşayan insanlardır. Dəyanət Rzayev də valideynlərlə övlad arasında uçurumun intiharların bir səbəbi kimi sadalayır.
Psixiatr diqqəti bir fakta çəkir ki, intiharların statistikasını ancaq KİV-lər aparır, rəsmi rəqəmlər açıqlanmır. O, Azərbaycanda psixi sağlamlıq haqqında qanunun yaradılmasının zəruri olduğunu deyir:
В«Əsasən dövlət səviyyəsində bir proqram lazımdır. Ora mütəxəssislər cəlb olunmalıdır. Sosioloqlar, psixoloqlar, ictimai insanlar, bu, tək həkimlərin, psixiatrların işi deyil. Sosial Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin gərək həmişə məlumatları olsun ki, ailələrdə nə baş verir. Əvvəllər sahə müvəkkilinin hər şeydən xəbəri var idi. Kim içir, kim nəyə meyllidir?В».
Psixiatr deyir ki, В«Psixi sağlamlıq haqqındaВ» Dövlət Proqramı nə qədər tez qəbul olunsa, cəmiyyətə bir o qədər çox faydası dəyər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11 |
|
|
|
| • ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08 |
|
|
|
| • Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56 |
|
|
|
| • DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53 |
|
|
|
| • Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42 |
|
|
|
| • Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31 |
|
|
|
| • "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02 |
|
|
|
| • “Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59 |
|
|
|
| • İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55 |
|
|
|
| • Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52 |
|
|
|
| • BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49 |
|
|
|
| • Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31 |
|
|
|
| • İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29 |
|
|
|
| • Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25 |
|
|
|
| • Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46 |
|
|
|
| • “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37 |
|
|
|
| • Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32 |
|
|
|
| • Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29 |
|
|
|
| • Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16 |
|
|
|
| • “Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03 |
|
|
|
| • Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01 |
|
|
|
| • Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59 |
|
|
|
| • İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49 |
|
|
|
| • Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39 |
|
|
|
| • Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28 |
|
|
|
| • İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17 |
|
|
|
| • “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28 |
|
|
|
| • AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26 |
|
|
|
| • “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24 |
|
|
|
| • AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01 |
|
|
|
| • Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56 |
|
|
|
| • Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53 |
|
|
|
| • Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47 |
|
|
|
| • İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45 |
|
|
|
| • Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29 |
|
|
|
| • Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23 |
|
|
|
| • Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21 |
|
|
|
| • Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18 |
|
|
|
| • Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13 |
|
|
|
| • Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11 |
|
|
|
| • Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09 |
|
|
|
| • AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01 |
|
|
|
| • Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57 |
|
|
|
| • Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46 |
|
|
|
| • Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Dünən, 11:42 |
|
|
|
| • 88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Dünən, 11:36 |
|
|
|
|