Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

RÖVNƏQ ABDULLAYEVDƏN GÜLMƏLİ SULUTƏPƏ İZAHATI
Tarix: 23-05-2012, 12:21 | Çap et
RÖVNƏQ ABDULLAYEVDƏN GÜLMƏLİ SULUTƏPƏ İZAHATI

SƏN DEMƏ, ƏHALİ QABAQCADAN SİLAHLANIBMIŞ...

Bakının Binəqədi rayonunun Sulutəpə ərazisində bu il aprelin 18-də baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) yaradılmış komissiyadan açıqlama verilib. APA-nın xəbərinə görə, şirkətin hüquq idarəsinin rəisi, komissiyanın üzvü Eldar Orucov bildirib ki, komissiya öz səlahiyyətləri çərçivəsində baş vermiş hadisənin təfərrüatlarını araşdırıb. O deyib ki, “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun hansı səbəbdən və kim tərəfindən xəsarət alması faktının araşdırılmasına xüsusi diqqət yetirilib.

E. Orucovun dediyinə görə, ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin (Tİ) Sulutəpədə keçirdiyi tədbirdə iştirak etmiş əməkdaşları ilə söhbətlər aparılıb, hadisə ilə bağlı ətraflı məlumat toplanılıb və iştirakçıların izahatları alınıb.

İdarə rəisi qeyd edib ki, ARDNŞ nümayəndələri iki dəfə İ.Abbasovun müalicə aldığı xəstəxanada ona baş çəkib, onunla söhbət ediblər: “ Söhbətin əsas məqsədi İdrak Abbasovun hansı şəraitdə xəsarət alması, tərəflər arasında münaqişənin hansı zəmində yaranması, jurnalistə xəsarət yetirilməsində ARDNŞ əməkdaşlarının iştirak dərəcəsi və s. məsələlərin aydınlaşdırılması olub. Onunla birlikdə hadisəni əks etdirən müxtəlif fotoşəkillər, video-materiallar diqqətlə nəzərdən keçirilib. Həmin gün İdrak Abbasovu ziyarətə gələn “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva da qeyd olunan materialları izləyib və hadisənin şahidi kimi müəyyən şəxslərin kimliyini xatırlamağa çalışıb. Jurnalistlərin iştirakı ilə baş verən hadisələr təhlil edilib, onların bildirdikləri ARDNŞ əməkdaşlarının verdiyi izahatlarla müqayisə olunub, həqiqətin üzə çıxarılması istiqamətində araşdırmalar aparılıb”.

İdarə rəisi deyib ki, İ.Abbasovun şübləhəndiyi ARDNŞ Tİ-nin iki əməkdaşından da izahat alınıb: “Müəyyən edilib ki, həmin şəxslərlə jurnalist İdrak Abbasov, onun yaxın qohumları, eləcə də qəsəbə sakinləri arasında münaqişə yaranıb və nəticədə həm ARDNŞ əməkdaşları, həm də İdrak Abbasov müxtəlif dərəcəli xəsarətlər alıb. Təhlükəsizlik İdarəsinin iki əməkdaşı izahatında qeyd edib ki, İdrak Abbasov onların ünvanına çoxsaylı söyüşlər, ağır təhqirlər və yerli camaatı münaqişəyə çağıran ifadələr işlədib, az sonra onun qardaşı və bir neçə nəfər də hadisə yerinə gəlib və münaqişəyə qoşulub. Bəzi sakinlər Təhlükəsizlik İdarəsinin əməkdaşlarına daş və digər əşyalar atıblar. Bununla da gərginlik yüksək həddə çatıb və Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə İdrak Abbasovun da içərisində olduğu qrup arasında dava başlayıb. İzahatı alınan əməkdaşlar İdrak Abbasovun konkret kim tərəfindən vurulduğunu xatırlaya bilməyiblər, bunu həmin anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah ediblər”.

E. Orucov deyib ki, araşdırma zamanı dava baş vermiş ərazidə İdrak Abbasovun, onun atasının və qardaşının qanunsuz tikililəri olduğu da müəyyənləşib: “İzahatları alınan işçilərin verdiyi məlumatlara əsasən, İdrak Abbasovun həmin ərazidə vaxtaşırı çəkiliş aparmaq istəyi heç də onun jurnalist fəaliyyəti ilə bağlı olmayıb, şəxsi maraqlarına xidmət edib. Belə ki, hadisədən əvvəlki tarixlərdə də o, əhalini zorakılığa çağırmaq, şəxsi mənafeyi naminə kütləvi qarışıqlıq yaratmaq məqsədləri ilə tez-tez Sulutəpə ərazisində olub”.

Hüquq İdarəsinin rəisi deyib ki, onlar həmin ərazilərin ARDNŞ-ə məxsus olması ilə bağlı dəfələrlə əraziyə media nümayəndələri ilə səfərlər təşkil ediblər, bu səfərlərin bir çoxunda İ. Abbasov da jurnalist kimi iştirak edib: “Bu məsələlər haqqında kifayət qədər məlumatlı olmasına baxmayaraq, İdrak Abbasov tərəfindən jurnalist peşəsi ilə bir araya sığmayan hərəkətlərə yol verilməsi, onun şəxsi məqsədləri üçün əhalini zorakılığa səsləməsi, təhqiramiz ifadələr işlətməsi jurnalist etikası baxımından dərin təəssüf doğurur”.

E. Orucov onu da qeyd edib ki, insident zamanı “ARDNŞ-in Tİ-nin əməkdaşlarına daşlar, içərisi benzinlə dolu şüşələr atılıb, xüsusi hazırlanmış atlı süvarilər onların üsərinə hücum çəkıblər”.

İdarə rəisi bu hadisələrdən sonra ARDNŞ əməkdaşlarının ərazini tərk etdiyini, onların bəzilərinin baş və bədənlərinin müxtəlif yerlərindən xəsarət aldıqlarını bildirib.

ARDNŞ rəsmisi bildirib ki, şirkət rəhbərliyi komissiyanın topladığı bütün materialları hüquq-mühafizə orqanına təqdim edib.

E. Orucovun sözlərinə görə, Sulutəpədə baş vermiş hadisə ilə bağlı daxili işlər orqanları tərəfindən cinayət işi başlanılıb, Daxili İşlər Nazirliyi istintaq aparır.

E.Orucov qeyd edib ki, onların məsələ ilə bağlı mövqeyi dəyişməz qalır: “ARDNŞ hər cür zorakılığı pisləyir, belə halların öz əməkdaşları tərəfindən meydana gəlməməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Sulutəpə ərazisində baş verən hadisədən sonra Tİ əməkdaşları ilə bir daha maarifləndirici işlər aparılıb, onlara qanunvericiliyə ciddi əməl etmələri, münaqişəli hallarda maksimum həssas olmaları tapşırılıb”.

O da qeyd edilib ki, komissiya gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasında mövcud şirkətdaxili normativ sənədlərə müəyyən dəyişikliklər edilməsi ilə bağlı hazırladığı tövsiyyələri ARDNŞ prezidentinə təqdim edib. ARDNŞ həmçinin mədən ərazilərində yarımçıq tikililərin bundan sonra məhkəmə vasitəsilə mübahisələndirilməsi işini daha kütləvi şəkildə davam etdirmək məqsədi ilə Binəqədi rayon icra hakimiyyətinə nümayəndə ayrılması üçün müraciət edib: “ARDNŞ sahibliyində olan torpaq sahələrinin hüdudlarındakı ərazilərə dair verilmiş bələdiyyə qərarlarını məhkəmə qaydasında mübahisələndirmək üçün aidiyyəti bələdiyyələrə də müraciət edib və həmin qərarların surətlərini istəyib”. E.Orucov deyib ki, onlar bundan sonra da sənədi olmayan yarımçıq tikintilərin qarşısının alınmasında qətiyyət göstərəcək, Tİ əməkdaşlarının işini daha sistemli, operativ təşkil etmək üçün lazımi tədbirləri görəcəklər: “Mədən ərazilərində qanunsuz aparılan tikinti işlərinin qarşısı alınacaq. Bundan başqa, görülən tədbirlər çərçivəsində qanunsuz tikililərlə bağlı işlərin məhkəmə qaydasında aparılması istiqamətində də tədbirlər genişləndiriləcək. ARDNŞ öz sahiblik hüquqlarını özgələrinin qanunsuz hərəkətlərindən qorumaq üçün lazımi addımlar atır və bundan sonra da atacaq”.

E. Oruciov bildirib ki, bundan sonra ərazinin daxil olduğu icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə yarımçıq tikili müəyyən edildikdə dərhal akt tərtib olunacaq, tikinti işləri aparanın şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər görüləcək: “ Tikintini aparanın şəxsiyyəti müəyyənləşəcəyi halda mübahisə baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək, onun şəxsiyyəti müəyyən edilməzsə, ARDNŞ mülki qanunvericiliyin tələbinə görə öz sahiblik hüquqlarının müdafiəsi üçün yarımçıq tikili barəsində lazımi tədbirlər görəcək”. İdarə rəisi deyib ki, görülən tədbirlər şirkətin daimi istifadəsinə verilmiş torpaq sahələrinə dair sahiblik hüququnun müdafiəsi ilə əlaqədardır və ölkə qanunvericiliyinin yol verdiyi hədlərdə hərəkət edilir: “Zəbt olunmuş ərazilərdə böyük həcmli karbohidrogen ehtiyatları mövcuddur. Digər tərəfdən, həmin ərazilərin yaşayış üçün istifadə edilməsi əhalinin sağlamlığının qorunması və təhlükəsizliyi baxımından qeyri-məqbul hesab edilir və buna görə də bu ərazilər qanunvericiliklə yaşayış məntəqələrinin salınması üçün nəzərdə tutulmayıb.

ARDNŞ tərəfindən həyata keçirilən tədbirlər vətəndaşlarımızın sağlamlığına və təhlükəsizliyinə mənfi təsir göstərən həmin sənaye təyinatlı torpaq sahələrində məskunlaşmanın və ayrı-ayrı şəxslər tərəfindən qanunsuz tikililər inşa edilməsinin qarşısının alınmasına yönəlib. Nəzərə alınmalıdır ki, həmin ərazilərdə neft-qaz əməliyyatlarının aparılmasına dair ARDNŞ ilə xarici investorlar arasında Hasilatın Pay Bölgüsü üzrə Sazişlər imzalanıb, Milli Məclis tərəfindən patifikasiya olunub və qanuni qüvvəyə minib. Həmin sazişlərə əsasən, ARDNŞ-in, eləcə də Azərbaycan hökumətinin kontrakt ərazilərində investorların maneəsiz fəaliyyət göstərmələri ilə bağlı öhdəlikləri var”. Qeyd edək ki, bu il aprelin 19-da ARDNŞ prezidenti Rövnəq Abdullayevin əmri ilə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün ARDNŞ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində özbaşına tikililərin qarşısının alınması istiqamətində Binəqədi rayonundakı Sulutəpə ərazisində aprelin 18-də keçirilmiş tədbirlərdə baş vermiş hadisələri, o cümlədən “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun xəsarət alması faktını araşdırılması üşçün komissiya yaradılıb. Bu gün isə komissiya araşdırmalarının başa çatdığını qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru