“BİR GÜN ALLAHA YALVARDIM Kİ”...
Tarix: 4-06-2012, 13:11 | Çap et
“MƏNƏ KÖMƏK OL TANINIM”
Həyatda çox əziyyət çəkdiyini etiraf edən Könül Kərimova bu gün onun bəhrəsini gördüyünü deyir
İfaçılıq sənəti olduqca ağır bir sənətdir. Bu aləmdə populyarlaşmaq nə qədər çətindirsə, tamaşaçı sevgisini qoruyub saxlamaq ondan da məşəqqətlidir. Gərək ilk növbədə səmimi olasan. Yəni mahnını ifa etməklə kifayətlənməyəsən, onu yaşayasan. Sevilən müğənni Könül Kərimova da belələrindəndir. Hər dəfə onun müsahibələrini dinlədikcə, sanki musiqilərinə qulaq asırsan. Belə ki, zəngin daxili dünyası romantik musiqilərini yetərincə tamamlaya bilir.
Bu günlərdə onun televiziya ekranında səsləndirdiyi səmimiyyət dolu etirafı mənim bu insanın şəxsiyyətinə qarşı hörmətimi daha da atırdı. Müğənni sənətə gəlişini bu cür ifadə edirdi: “İlk dəfə sizə bir hadisə danışım ki, bu sənətə gəlmək üçün gecə-gündüz fikir çəkirdim. Bir gün Allaha yalvardım ki, mənə kömək ol tanınım, hamı məni bu sənətdə sevsin. Gecə idi, birdən fikrimə bir mahnı düşdü. Köhnə, yarı-köklənmiş pianinom var idi, bir dənə də köhnə maqnitofonum. Gedib oturdum pianonun arxasında, öz-özümə zümzümə etməyə başladım. Gördüm ki, elə bil nəsə alınır. Səsimi yazdım. Səhər də bir tədbirə dəvətli idim. Məşqsiz oxudum. Fikirləşdim ki, reaksiya yaxşı olsa, tamaşaçılara deyəcəm ki, mən bəstələmişəm. Desələr, yox, bu nədir, deməyəcəm ki, mən bəstələmişəm. Şükür, sevildi. Musiqidə ən çox aşıq üslubunu sevirəm. Uşaq vaxtı aşıq mahnılarını ifa edəndə hamı oynayırdı, mən isə kövrəlirdim. Əvvəllər efirlərdə, tədbirlərdə çıxış edəndə çox həyəcanlı olurdum. Hətta sizə deyim ki, “Bəxtiyar” filmində olduğu kimi həyəcan keçirirdim. Bir gün “Bənövşə” xorunda ifa edirdim, o qədər həyəcan keçirdim ki, sözlər yadımdan çıxdı, başladım zümzümə etməyə. 3 kuplet təmiz yadımdan çıxmışdı. Birdən gözüm Əfsər müəllimə sataşdı. Gözünü necə ağartdısa, tez mahnı yadıma düşdü.
Əvvəllər kimsə xətrimə dəyəndə mətbəxə keçib özümdən yeməklər kəşf edirdim. Saatlarla mətbəxdən çıxmırdım. Anamgil də zəng edib deyirdilər ki, hərdən mətbəxdən çıxsın, sənəti ilə məşğul olsun. O qədər məyus olurdum ki, oxumaq belə istəmirdim. Anam saçımı yolurdu ki, oxumalısan, sənin gözəl səsin var. İndi də bir sıxıntım olanda heç kimə büruzə verməyib özümə qapılıram və çıxış axtarıram ki, necə həll edim. Hamıdan uzaq qaçıram, heç kimi də görmək istəmirəm. Xoş günüm olanda isə hami ilə bölüşürəm . Dünyanı sevən insanam. Gözəllikdə çirkinlik axtaranam ki, hər şey gözəl olsun. Mənə dəyər verməyən dar düşüncəli adama rast gələndə pis oluram. İlk müəllimim anam olub. Bəlkə də mən oxumazdım, müəllimlərimə borcluyam bu sənətə gəlməyimə görə”.
Daha sonra repertuarına toxunan K.Kərimova keçdiyi sənət yolundan söz saldı: “Bir çox mahnılar var ki, özüm bəstələmişəm. Yeni mahnılarım çoxdur, amma bütün mahnılarımın içində “Bir Aləm” mahnısının böyük rolu var, çünki bu mahnı mənim sənət aləmimdə böyük dönüş etdi. Bütün repertuarım bir yana, “Bir Aləm” bir yana. Mənim üçün qiymətlidir. Həyatda öz dünyamı sevən adamam. İlk dəfə Qatar muğamı ilə sənətə gəlmişəm. Həyatda çox əziyyət çəkmişəm, bu gün bəhrəsini görürəm”.
Sonda müğənni gələcək planlarına toxundu: “Bu yay bir çox yeniliklər edəcəm. Ürəkdən nə arzu edirəmsə, həmişə nail oluram. Gələcəkdə ola bilər ki, Namiq Qaraçuxurlu ilə də duet ifa edim”.
Səmimi olmaq incə ruhun göstəricisidir, hər kəsə nəsib olmayan bir sənətdir. Məhz buna görə də könülə yol tapan musiqilərin ifaçıları sevilirlər...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
|