AXIR Kİ, NN YUXUDAN AYILDI
Tarix: 20-10-2011, 13:35 | Çap et
BAKIDA AVTOBUSLARA QARŞI REYDLƏR KEÇİRİLƏCƏK
Nəqliyyat Nazirliyi avtobus sürücüləri tərəfindən yol-hərəkət qaydalarının pozulması hallarının qarşısını almaq üçün Bakıda reydlər keçirəcək.
Nəqliyyat Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, reydlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə keçiriləcək.
Nazirlikdən bildirilib ki, belə tədbirlər mütəmadi keçirilir. Avtobus sürücüləri barədə nazirliyə vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və təsdiqini tapdığı halda həmin sürücülər cəzalandırılırlar.
Son günlər Bakıda avtobuslar tərəfindən törədilən yol qəzaları ilə bağlı nazirlikdən bildirilib ki, həmin qəzalar avtobus sürücüləri tərəfindən deyil, digər avtomobil sürücülərinin və piyadaların təqsiri səbəbindən baş verib.
Avtobus sürücülərinin seçimi ilə bağlı suala cavab olaraq nazirlikdən qeyd edilib ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs müvafiq icazə almaq üçün "Bakısərnişinnəqliyyat" MMC-yə müraciət edir və müvafiq şərtlər daxilində şəxsə bu fəaliyytlə məşğul olmaq üçün icazə verilir. Nazirlik həmin fiziki və hüquqi şəxslərin kadr seçiminə və təsərrüfat fəaliyyətinə müdaxilə edə bilməz.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, avtobus sürücüləri ilə bağlı problem hər zaman aktual olub və problemin qarşısını almaq üçün mütəmadi reydlər keçirilir.
Şöbə rəisinin sözlərinə görə, bir sıra hallarda avtobusların sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə olunması faktları aşkarlanır.
"Belə hallar aşkar edilərkən avtobusun müvəqqəti duracağa aparılması üçün tədbir görülməsi məqsədilə sərnişinlərin avtobusdan düşürülməsi tələb olunanda sərnişinlər polisi buna görə qınayır. Halbuki, polis vətəndaşın təhlükəsizliyinin təmin olunması üçün belə tədbirlər görür. Bu məsələdə vətəndaş nəzarəti olmalıdır. Vətəndaşlar avtobus sürücülərinə qayda pozuntularına yol verdikləri zaman etiraz bildirməlidirlər", - İslamov vurğulayıb.
O qeyd edib ki, sürücülük vəsiqəsi olmadan avtobusların idarə olunması hallarına daha çox sürücülərin nahar fasiləsi zamanı rast gəlinir.
"Sürücü fasiləyə çıxanda avtobusu ya konduktora, ya da kənar şəxsə idarəetməyə verir. Bu halda həm sürücü, həm də avtomobili idarə edən cəzalandırlır. Sürücü nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxsə idarə etməyə verdiyi üçün inzibati məsuliyyətə cəlb edilir. Sahibkar isə xəttə sürücülük hüququ olmayan şəxsi buraxdığı halda inzibati məsuliyyətə cəlb olunur", - İslamov deyib.
Şöbə müdiri bildirib ki, Nəqliyyat Nazirliyinin müfəttişləri avtobus sürücüləri tərəfindən belə hallara yol verilməsinə çox zaman göz yumurlar.
Bu ilin 9 ayında sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 1726 fakt aşkar edilib və qaydaları pozan şəxslər barəsində inzibati cəza tədbirləri görülüb. Bu müddət ərzində avtobus sürücüləri tərəfindən 86 yol qəzası törədilib və nəticədə 27 nəfər ölüb, 105 nəfər yaralanıb.
İdarə rəsmisi nəqliyyatın intellektual darəetmə sistemi fəaliyyət başlayandan sonra bu sahədə problemlərin həllini tapacağına ümidvar olduğunu deyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11 |
|
|
|
| • ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08 |
|
|
|
| • Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56 |
|
|
|
| • DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53 |
|
|
|
| • Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42 |
|
|
|
| • Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31 |
|
|
|
| • "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02 |
|
|
|
| • “Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59 |
|
|
|
| • İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55 |
|
|
|
| • Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52 |
|
|
|
| • BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49 |
|
|
|
| • Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31 |
|
|
|
| • İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29 |
|
|
|
| • Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25 |
|
|
|
| • Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46 |
|
|
|
| • “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37 |
|
|
|
| • Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32 |
|
|
|
| • Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29 |
|
|
|
| • Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16 |
|
|
|
| • “Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03 |
|
|
|
| • Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01 |
|
|
|
| • Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59 |
|
|
|
| • İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49 |
|
|
|
| • Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39 |
|
|
|
| • Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28 |
|
|
|
| • İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17 |
|
|
|
| • “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28 |
|
|
|
| • AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26 |
|
|
|
| • “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24 |
|
|
|
| • AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01 |
|
|
|
| • Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56 |
|
|
|
| • Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53 |
|
|
|
| • Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47 |
|
|
|
| • İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45 |
|
|
|
| • Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29 |
|
|
|
| • Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23 |
|
|
|
| • Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21 |
|
|
|
| • Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18 |
|
|
|
| • Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13 |
|
|
|
| • Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11 |
|
|
|
| • Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09 |
|
|
|
| • AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01 |
|
|
|
| • Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57 |
|
|
|
| • Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46 |
|
|
|
| • Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Dünən, 11:42 |
|
|
|
| • 88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Dünən, 11:36 |
|
|
|
|