Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                 

MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb? - Sensasion araşdırma
Tarix: 24-02-2017, 10:51 | Çap et
MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb?
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli şəxsləri qohum-əqrəbalarını “Azəriqaz” İstehsalat Birliyinə yerləşdiribmiş. Bu haqda “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, həbsdə olan MTN generalı Akif Çovdarovun və nazir müavini olmuş Hilal Əsədovun yaxınları SOCAR-ın bu qurumuna müxtəlif vəzifələrdə çalışır. Çovdarovun adamları kimdir? Araşdırma zamanı Akif Çovdarovun “Azəriqaz” İB-dəki qohumlarının kimliyi açıqlanıb. İddialara görə, idarə rəisi işləyən Bəhram Hacıyev və şöbə rəisi olan oğlu Orxan Hacıyev məhbus MTN generalının qohumlarıdır. İqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Ələsgər Gülməmmədovun da A.Çovdarovun qohumu olduğu xəbər verilir. Bundan əlavə, idarə rəisi Fərid Mustafazadə Çovdarovla qohumdur. Bu tayfa-klan qruplaşması generalın “Azəriqaz” İB-də mövqelərini möhkəmləndirməyə şərait yaradıb. Ümumiyyətlə, MTN rəhbəri olmuş Eldar Mahmudov və qruplaşması müxtəlif dövlət vəzifələrində öz komandalarını yaradıb. Onlar komitələrdə, nazirliklərdə, icra hakimiyyətlərində adamlarına verdiyi təlimatla istəklərini diktə ediblər. Məsələn, Rabitə Nazirliyində, Əmlak Komitəsində, Bakı İcra Hakimiyyətində, ayrı-ayrı qurumlarda MTN bandasının təsiri altında olan məmurların olduğu bildirilir. Bu faktlar zaman-zaman mətbuat səhifələrinə çıxıb. Ancaq Əkbər Hacıyevin diretoru olduğu “Azəriqaz”da Çovdarovun qohumlarının kimliyi barədə müfəssəl məlumatlar ilk dəfə meydana çıxır. Mənbə qeyd edir ki, bu şəxslər Çovdarovla qohumluq əlaqələrinə malik olsa da, vəzifədən kənarlaşdırılmayıblar. Onların Çovdaovla hansı işbirliyinin olması haqda ətraflı məlumatlar açıqlanmır. Lakin MTN şəbəkəsinin “Azəriqaz” İB-ə sızan yaxınları təkcə Çovdarovla məhdudlaşmır Hilal Əsədovun qaynı oğlu da... “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, “Azəriqaz”da Eldar Mahmudovun müavini, MTN işindən kənarda olan Hilal Əsədovun qaynı oğlu Səbuhi İbrahimov şöbə rəisi işləyir. Onun qardaşı isə Hilal Əsədovun köməkçisi olub. Göründüyü kimi, qarşılıqlı anlaşma şəraitində vəzifələr bölüşdürülüb. Bu da ehtimal edir ki, tərəflərin bir-birindən sözü keçib, xahişi olub, müəyyən işlər həyata keçirilib. Onu da deyək ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib. Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib. Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır. Qeyd edək ki, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb. Səfərov deyir ki, 2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar. “Təmiz qaz”ın təmiz qazlaması “Gündəm-Xəbər” gələn məlumatlarda o da iddia olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev “Təmiz qaz” deyilən bir idarə yaradıb. “Azəriqaz”dan təqaüdə çıxanlar orada yerləşdirilir, maliyyələşdirilir və çirkli pulların silinməsi həmin idarənin adı ilə həyata keçirilir. Bildirilir ki, “Azəriqaz”ın reklamları hər ay 100-150 min manat reklam şirkəti vasitəsi ilə televiziyalara reklam olunmaq üçün ödənilir. Eyni zamanda həmin reklam şirkətinə ödənilən məbləğin 40 faizi nəğd şəkildə Əkbər Hacıyevin şəxsən özünə qaytarılır, tenderdə aparılmır. Bu da o deməkdir ki, Əkbər Hacıyevin həmin reklam şirkəti ilə gizli anlaşması var. Bundan başqa, istismara qəbul edilməmiş binalara qaz necə verilib? Bu haqda da bilgilər var Məsələn, Binəqədi rayon Cəfər Xəndan-1a, 1b ünvanında yerləşən iki binada təxminən 200 ailə yaşayan bu məkanda qazlaşma işləri həm də texniki cəhətdən çox təhlükəlidir. Demək olar ki, həmin binada yaşayan əhali bir bomba üzərində oturub. “Azəriqaz” şefinin əməllərinə gəlincə, Ə. Hacıyevin “Azəriqaz”a yeni rəhbər gəldiyi vaxtlarda, təxminən 2009- cu ilin yay aylarında Balakən rayonuna gedərkən xidməti maşını Qax rayonunun ərazisində qəza törədir. İçərisində bir ailənin olduğu VAZ 06 markalı maşına böyük sürətlə çırpılaraq ölüm hadisəsi baş verir. Üstündən 8 il keçməsinə baxmayaraq bu cinayətin üstü örtülü qalıb. Həmin hadisə vaxtı Əkbər Hacıyev Balakənə helikopterlə təcili olaraq qabaqcadan gedibmiş və onu da qeyd edək ki, Əkbər Hacıyevin sürücüsünün hələ də fiziki qüsurları var. Daxil olan məlumatda o da bildirilir ki, Ə. Hacıyevin sürücüsü və köməkçisi Qazax rayonundan olsalar da onun yeznələridir. Onu da qeyd etmək yerinə düşər ki, idarə rəisləri paketlərin kəsilməsindən sonra ayda fantastik olaraq maaşla təmin olunurlar. Bütün bu xəbərlər və MTN çetesinin qohumlarının “Azəriqaz”a sızmasından Ə.Hacıyev təbii ki, xəbərdardır. Əkbər Hacıyevin “inamarka” səxavəti Yada salaq ki, Əkbər Hacıyev bu günərdə jurnalistin sualını dinləmədən telefonu söndürüb. Prezident məmurlara “yekəxanalıq etməyin” deyib, ölkənin əsas sosial strukturlarından birinə rəhbərlik edən şəxs isə “başa düşmürsünüz” jarqonunda danışıb. Ə.Hacıyev saymazyana, kobud, müştəbeh, təkəbbürlü intonasiya ilə danışıb. Sanki dövlətin, xalqın və (i) 24.02.2017 MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb? - Sensasion araşdırma В» GundemXeber İnformasiya Portalı http://gundemxeber.az/gundemxeber/28556-mtn-generallarinin-qohumlari-azeriqaza-nece-sizib-sensasion-arashdirma.html 3/4 Geri mətbuatın bu məmura borcu varmış. Prezident yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır”. O, “bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? planda varmı?” sualına ətraflı cavab vermək, aydınlıq gətirmək, qaçqınların problemlərinə ürək yandırmaq əvəzinə, “məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik” deyir və telefonu asır. Xatırladaq ki, “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev qurumu şəxsi təsərrüfatına çevirib. Əkbər Hacıyev “Azəriqaz”a qohum-əqrəbasını və həmyerlilərini yığır. Onun qohumu və həmyerlisi olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır. Başqa bir fakt Əkbər Hacıyevin qohumlarına bahalı “inomarka”lar verdirməsi ilə bağlıdır. Yalnız “Azəriqaz” müdirinin qohumu olanların xidməti avtomobilləri bahalı markalardır. Özü də onlar digərlərindən fərqli olaraq bu avtomobilləri şəxsi məqsədləri üçün də istifadə edə bilərlər. Şənbə və bazar günləri digər rəhbər şəxslərin avtomobilləri “Azəriqaz”ın qarajlarında saxlanılsa da, Əkbər Hacıyevin qohumları bu qaydaya əməl etmir. Beləlilə, Azəriqaz şefinin həm MTN işində dolayısı ilə adı keçir, həm də qurum daxilindəki maxinasiyaları ortaya çıxır. MTN-dən kimlər getdi? “Gündəm-Xəbər” xatırladır ki, 2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrinin əksər əməkdaşları istintaqa cəlb olunublar. Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, xeyli əməkdaşı həbsə alınmışdı. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. Mətbuatda ara-sıra iş üzrə ev dustaqlığında olan şəxsin sabiq nazir Eldar Mahmudovun olduğu qeyd edilsə də, onun barəsində rəsmi olaraq hər hansı bir qərar yoxdur. İş üzrə axtarışda olan şəxs isə MTN-in "işverən"i kimi tanınan "Akula Akif" ləqəbli Akif Mustafayevdir. İş üzrə ilk həbs olunan Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə rəsmi məlumatlara görə, Bakı İstintaq Təcridxanasında intihar edib. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. MTN-dən qovulanların isə sayı-hesabı yoxdur. Eldar Mahmudovun nazirliyi dövründə Baş İdarə rəisi olan general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin əməkdaşı Aysel Əlizadə və adlarını dəqiqləşdirə bilmədiyimiz bir çox vəzifəli şəxslər qurumun ləğvindən əvvəl tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru