Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                 

""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var" - QALMAQAL
Tarix: 30-01-2018, 11:21 | Çap et
""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var"
Azərbaycan cəmiyyətində kiçik bir qrup var ki, onlar müxtəlif peşələri özlərinə fəaliyyət növü seçərək, bundan sui-istifadə edir, şəxsi maraqlarını təmin etmək üçün şər-böhtana, yalana, iftiraya əl atmaqdan çəkinmirlər. Bu sırada bəzi "hüquq müdafiəçilərinin” adını xüsusilə qeyd etmək olar. Onlar üçün hüququn aliliyi, obyektivlik, dürüstlük tamamilə yad məfhumdur. Bu səbəbdən belə "hüquq müdafiəçiləri” insan hüquqlarını siyasi alverə, ticari predmetə çevirir, hansısa məhbusun taleyi üzərindən gəlir əldə edirlər. Zamanla daha böyük pul hərisinə çevrilən bu cür "hüquq müdafiəçiləri” məqsədlərinə çatmaq üçün qatı cinayətkarın, narkotik alverçisinin, hətta terrorçunun "siyasi məhbus” obrazını yaratmaqdan da çəkinmirlər. Söylənilənlərə ən bariz nümunə kimi, erməni xüsusi-xidmət orqanlarının təlimatı əsasında Bakı Metropolitenində vaxtilə terror aktı törətmiş Azər Aslanovun adının "siyasi məhbus” siyahısına salınmasını göstərmək olar. Hansı ki, bu şəxsin düşmənə satılması, Vətənə xəyanəti, 1994-cü il iyul ayının 3-də metroda törətdiyi terror aktı zamanı 13 nəfər dinc insan həlak olub, 58 nəfər yaralanıb. Bu əməlinə görə o, ömürlük həbs cəzasına məhkum olunub. Belə bir şəxsin adının "siyasi məhbus” siyahısına salınması bəhs etdiyimiz "hüquq müdafiəçiləri”nin əsl mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur.

""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var"

Təəssüflər olsun ki, hüquq müdafiəçiliyini alver predmetinə çevirən insanlar indi də öz əməllərindən çəkinmirlər. Qadın Krizis Mərkəzinin rəhbəri, xaricdə yaşayan hüquq müdafiəçisi Mətanət Əzizova bu günlərdə "Facebok”da yazdığı statusla öz həmkarlarından birinin yuxarıda bəhs etdiyimiz əməlini ifşa edib. O, konkret ad çəkərək, "hüquq müdafiəçisi” Oktay Güləliyevi yol verdiyi əmələ görə qınayıb. Bildirib ki, O.Güləliyev Sahib Teymurov ad-soyadlı dələduzu vətəndaş cəmiyyətinə, müxalifətə soxuşdurub. O.Güləliyev hüquq müdafiəçiliyinin əsas prinsiplərini pozmaqla, ona verilən məlumatı yoxlamadan S.Teymurovu hakimiyyətin qurbanı kimi beynəlxalq təşkilatlara, xarici kütləvi informasiya vasitələrinə təqdim edib. M.Əzizovanın yazdığına görə, Qadın Krizis Mərkəzi Bakıda fəaliyyət göstərəndə Elnarə adlı HİV daşıyıcısı (yüngül həyat tərzi keçirən) S.Teymurov haqqında ətraflı məlumat verib. Bildirib ki, o, müştərilərinin telefon nömrəsini S.Teymurova verib. S.Teymurov da həmin telefon nömrələrinə zəng edib, onları şantaj edib, pul alıb. M.Əzizova iddia edib ki, internat evlərində qızlar üçün müxtəlif layihələr çərçivəsində seminarlar keçirəndə S.Teymurovun internat evlərinin rəhbərlərindən də pul tələb etdiyini eşidib. Bunu ona müdirlərin özləri etiraf edib. Məhz bu dələduzluq əməllərinə görə S.Teymurov həbs edilib. Həbsdən sonra o, Avropada sığınacaq almaq istəyib, lakin arzusuna çatmayıb, rədd cavabı alıb. M.Əzizova eşitdikləri əsasında yazıb ki, hazırda S.Teymurov Kanadada oturum izni alıb və ya almağa hazırlaşır. Bunun üçün O.Güləliyev S.Teymurova yardımçı olur, dəstək məktubları təşkil edir, onu qurban kimi qələmə verməyə çalışır. Bunun nəticəsində də PEN Club S.Teymurov haqda bəyanat yayıb onu qurban kimi tanıyıb, ardınca BBC onun haqqında yalan üzərində köklənən reportaj hazırlayıb efirə verib. Beləliklə, dələduzluq əməlinə görə həbsdə yatan S.Teymurov çoxlarını aldada bilib. Bütün bunların davamı olaraq, O.Güləliyev indi də S.Teymurovu müdafiə etməkdədir. "Siyasi məhbus”, "qurban” yarlığı alan S.Teymurov isə Kanadaya sığınaraq M.Əzizovanı və ona yaxın adamları açıq şəkildə və sosial şəbəkələrdə daxili yazışmalarda təhqir edir.

Bu hadisə bir daha sübut edir ki, O.Güləliyev və onun kimi "hüquq müdafiəçiləri” əsl həqiqətdə insan taleyi üzərindən alver edir, saxtakarlığa əl atır, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş, həbsdə yatmış insanı "qurban” kimi cəmiyyətə və beynəlxalq aləmə sırımağa çalışır. Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə O.Güləliyevin, həmçinin onun kimilərinin hüquq müdafiəçisi adı altında şəxsi və maddi maraqlarını təmin etməsinə birinci dəfə rast gəlmədiyini dilə gətirib. O, bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanda hüquq müdafiəçisiyəm deyib hər cür eybəcərliyə, çirkinliyə, qanunsuzluğa əl atan insanlar var: "Vaxtilə dövlət bu sahəyə nəzarətdə humanizm nümayiş etdirib, digər sahələrə daha ciddi istiqamət yönəldib. Bunun nəticəsində "hüquq müdafiəçiləri”nin sayı yağışdan sonra çıxan göbələk kimi artmağa başlayıb. Belələri beynəlxalq təsisatlara yalan məlumatlar ötürməklə, kimlərinsə əzabkeş obrazını yaradıb, guya onların hüquqlarını qorumaq adı altında şou düzənləməklə öz şəxsi maraqlarını təmin ediblər. Mən İmişli-Beyləqan ərazisindən – 80 saylı seçki dairəsindən Milli Məclisə seçilən deputatam. Seçicilərlə görüşlər zamanı, həmçinin apardığım araşdırmalardan mənə məlum olub ki, hətta şantaj və böhtanla məşğul olan, özünü jurnalist kimi qələmə verərək ayrı-ayrı adamlara, sahibkarlıq subyektlərinə hədə-qorxu gələn, onlardan pul tələb edən və bu əməllərinə görə həbs edilən bəzi insanların İmişli Rayon Məhkəməsində keçirilən prosesində Oktay Güləliyev də iştirak etməyə çalışıb. Oktay Güləliyev həmin adamların hüquqi nümayəndəsi, hüquqlarının müdafiəçisi rolunda çıxış etməyə cəhd edib. Lakin sonradan məlum olub ki, ədalət mühakiməsinə çıxarılan həmin şəxslərin heç biri Oktay Güləliyevə hüquqi nümayəndə olması üçün hər hansı səlahiyyət verməyib. Buna görə də o, məhkəmənin iclas zalından çıxarılıb”.

Ç.Qənizadə Kür daşqınları zamanı O.Güləliyevin heç bir həqiqətə, obyektivliyə əsaslanmayan, şəxsi maraqlarından qaynaqlanan əməllərinə də diqqət çəkib: "Yəqin ki, Kür daşqınları zamanı evləri zərər görən insanlara dövlət tərəfindən lazımi yardımlar olunması hadisəsi də hamının yadındadır. Həmin vaxt Azərbaycan Prezidentinin bilavasitə tapşırığı ilə evləri zərər görmüş insanlara yüzlərlə yeni evlər tikildi. Halbuki, ziyan görən həmin evlər sığortalanmamışdı və belə olan halda dövlətin o evlərin sakinləri qarşısında hər hansı öhdəliyi yox idi. Buna baxmayaraq, ölkə başçısı böyük humanizm göstərərək, o insanların yeni mənzillərlə təmin olunmasına şərait yaratdı. Məhz o hadisələr zamanı Oktay Güləliyev evləri zədə görməyən, xəsarət almayan bir qrup insanın siyahısını tərtib edib, gizli danışıqlara gedib, şəxsi maraqlarından qaynaqlanaraq, onlara da yeni mənzillərin tikilməsi üçün müxtəlif vasitələrə əl atıb. Hətta sonradan bu adamların iştirakı ilə aksiyaların keçirilməsinə də çalışdı. Bu kimi sui-istifadə əməllərinə görə Oktay Güləliyev həbs olunmuşdu. İstər Oktay Güləliyev, istərsə də onun kimi adamlar indi də var və öz əməllərindədirlər. "Hüquq müdafiəçiliyi” ilə məşğul olan belə insanlar vətəndaşların əzabı üzərindən özlərinə nüfuz formalaşdırır, xaricə dezinformasiya xarakterli məlumatlar ötürür, pul qazanır, şəxsi maraqlarını təmin edirlər. Bu kimi insanlara qarşı yalnız və yalnız qanunun, hüququn dili ilə ciddi mübarizə aparılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru