Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                 

MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”
Tarix: 1-06-2019, 12:34 | Çap et
MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI”
Azərbaycanda uzun illər biznes subyektlərinin ən ağrılı yeri olan vergi və gömrük orqanlarının fəaliyyətində dönüş yaradılmasının əhəmiyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur. İnsafən hər iki orqanda, xüsusilə də vergi sistemində əhəmiyyətli dəyişikliklərin olduğu, sahibkarların nisbətən rahat nəfəs almağa başladığı müşahidə olunur.

Gömrük orqanlarında da ciddi islahatların aparıldığı, rüşvətin yığışdırıldığı və bu bu sahədə qanunların hər şeyin üzərində olduğuna dair qurum rəhbərliyi tərəfindən tez-tez bəyanatlar verilir. Lakin bu orqanla təmasda olan sahibkarlardan və fiziki şəxslərdən qurumun fəaliyyətilə bağlı şikayətlər kifayət qədər çoxdur. Şikayətlər birbaşa rüşvət alınması faktları ilə bağlı olmasa da, malların müxtəlif bəhanələrlə anbarlarda boşaldılması və buna görə əlavə haqq alınmasından tutmuş idxal olunan malların, avtomobillərin və s. məhsulların qiymətinin gömrük əməkdaşları tərəfindən real dəyərindən baha qiymətə rəsmiləşdirilməsinə, buna görə də artıq rüsum alınmasına qədər bir çox halları əhatə edir.

“Bu işə görə bir çox gömrük məmurları dəyişdirildi…”

Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılığa səbəb olan sahələrdən biri də karqolarla bağlıdır. Məlum olduğu kimi bir müddət əvvəl inhisarçılıqla, haqsız rəqabətlə və s. neqativ hallarla mübarizə elan edilərək, gömrükdə şəffaflıq yaradıldığı bildirildi. Artıq sahibkarların ölkəyə idxal etdikləri malları hansısa karqo şirkətləri tərəfindən deyil, öz “VÖEN”ləri vasitəsilə rəsmiləşdirməli olduqları elan olundu. Bundan sonra doğrudan da karqolar sahibkarlara əvvəlki “xidmətləri” göstərməkdən imtina etməyə başladılar. Bu o demək idi ki, nə sahibkarlar, nə də karqo şirkətləri vergidən yayına bilməyəcəkdi, ölkədə normal rəqabət mühiti yaranmasına və sahibkarların mal qalıqlarının “ağardılmasına” yəni rəsmiləşdirilməsinə imkan yaranacaqdı.

Lakin son zamanlar sahibkarlardan karqo şirkətlərinin yenidən “dövrəyə girdikləri” barədə məlumatlar daxil olmaqdadır. Məsələn, “AzPolitika.info”nun poçtuna özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanan məktubda deyilir ki, karqolar təkcə öz birbaşa vəzifələrilə, yəni sadəcə malların daşınmasıyla məşğul deyillər. Onlar, həm də idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər: “Ölkə rəhbərliyinin məlum qərarları ilə sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz “VÖEN”ləri vasitəsilə ödəyəcəklərdi. Və bununla da məlum karqo sistemi ləğv olunacaqdı. Hətta bu işə görə bir çox gömrük məmurları da dəyişdirildi. Bəs hanı karqoların məlum “xidmətləri” ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?…”

Qeyd olunur ki, söz verilsə də, bu sahədə nizam-intizam yaradılmayıb: “Eyni firmadan məhsul alan sahibkar öz adına mal gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə ucuz başa gəlir. Çünki sahibkar məhsulu öz adına gətirdikdə rəsmi faktura ilə sənədləşdirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişirlər. Nəticədə, qanuni şəkildə öz adına mal idxal edən sahibkar eyni məhsulu daha baha satmağa məcbur olur, karqo ilə gətirənlər isə gömrük xərcləri az olduğu üçün ucuz satırlar. Bununla da bazarda haqsız rəqabət yaranır. Həmçinin, bu yolla həm sahibkarlar həm də karqolar vergidən yayınmış olurlar.”

“Karqo şirkətləri saxta şirkətlər açaraq, malları öz adlarına rəsmiləşdirirlər…”

Sahibkarlar bildirirlər ki, əslində karqo şirkətləri gömrük rəsmiləşdirilməsində iştirak etməməlidir: “Ümumiyyətlə, dünya təcrübəsində karqo şirkətləri yalnız malın daşınması üçün göstərdikləri xidmətin haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini sahibkarlar öz “VÖEN”lərilə həyata keçirməlidirlər. Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq, malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək, ölkəyə idxal edirlər. Hətta onlar malların gömrük kodlarını da dəyişirlər. Biz türk iş adamları olaraq, bu saxta, fakturasız mal satışlarından, qarşılığı olmayan bəyannamələrdən bezdik, usandıq. Nədən bizi karqo şirkətlərinin qucağına atdılar? Hanı karqo saxtakarları yox ediləcəkdi, hanı rəqabət olacaqdı, hanı hər kəs gətirdiyi malın vergisini ödəyəcəkdi?…”

O da bildirilir ki, karqo şirkətləri bir “tırın” içərisinə 20-30 iş adamının malını yükləyib, 5-6 fiziki şəxs adına rəsmiləşdirərək, Azərbaycana idxal edirlər. Nəticədə həm büdcəyə az vergi ödənir, həm də haqsız rəqabət mühiti yaranır.

Bütün bunlardan gömrük orqanlarının xəbərsiz olması isə o qədər də inandırıcı görünmür. Elə bu səbəbdəndir ki, bir çox iş adamları gömrük orqanlarını həmin karqo şirkətlərilə ya əlbir olmaqda, ya da bu şirkətlər hansısa iri məmur-oliqarxların himayəsində olduğundan onların fəaliyyətinə göz yummaqda günahlandırırlar.

Qeyd olunanlarla bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini işıqlandırmağa hazırıq./azpolitika.info/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru