Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                 

Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...
Tarix: 30-06-2020, 11:51 | Çap et
Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var
Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə indiki vəzifəsinə təyin edilib. Bu o zaman idi ki, bir neçə ay əvvəl ölkə başçısının Sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan olunmuş və irili-xırdalı bütün məmurların öhdəsinə ölkə sənayesini inkişaf etdirmək vəzifəsi qoyulmuşdu. 12 mart 2014-cü ildə İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncama nəzər salsaq bu həqiqəti tam aydın görə bilərik.

Sərəncamda deyilir: ““Sənaye potensialının gücləndirilməsi”, “Təşkilati tədbirlər”, “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”, “Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi”, “Təbliğat və təşviqat işləri” bölmələrindən ibarət olan Tədbirlər Planında 2014-cü ildə aidiyyatı qurumlar tərəfindən görüləcək işlər müəyyən edilmişdir”.

Ölkə başçısı Alimpaşa Məmmədovu icra başçısı təyin edəndə, yəqin ki, ondan rayonda “Sənaye potensialının gücləndirilməsi”ni gözəyirdi. Bəs o, bu gözləntini necə doğruldub?

Cavaba keçməmişdən əvvəl kiçik bir haşiyə

Məlum olduğu kimi, Azərbaycanın ən keyfiyyətli üzümçülük rayonu olan Şəmkirin bu potensialı ötən hələ 19-cu əsrdən alman şərab sənayeçilərinin də diqqətini cəlb edib. Həmin əsrin ortalarında Şəmkirə köçən bir çox alman ailələri bu rayonda şərabçılığın əsasını qoyurlar. 200 ilə yaxındır davam edən bu ənənə sayəsində Şəmkir vaxtilə ölkənin ən iri şərabçılıq rayonlarından birinə çevrilib. Sovet hökuməti dövründə rayonun ən böyük şərabçılıq müəssisələrindən biri də Şəmkir Şampan Zavodu olub.

Alimpaşa Məmmədov icra başçısı təyin olunmayanadək yerli rəhbərlik Şampan zavodunun inkişafı üçün bir sıra addımlar atıb. Əldə etdiyimiz sənədlərə əsasən, zavodun xammal ehtiyaclarını ödəmək üçün 500 hektardan çox torpaq sahəsi ayrılıb. Plana görə, həmin torpaq sahələrində becərilməsi nəzərdə tutulan üzüm Şampan zavodunda emal olunmalı, məhsullar yerli bazarla yanaşı, Rusiya kimi xarici ölkələrə ixrac olunacaqdı. Nəticədə rayonda üzüm bağlarından tutmuş Şampan Zavoduna qədər müxtəlif müəssisələrdə yüzlərlə insan işləyəcək, Şəmkirin rifah halı yüksələcək, Azərbaycana xeyli xarici valyuta gələcək, dövlət büdcəsi yeni maliyyə qaynağı ortaya çıxacaq və s. və ilaxır. Bunlar 2005-2006-cı illərdə həmin torpaq sahələrini Şampan Zavoduna verən köhnə rəhbərliyin xülyası idi. Amma atalar demişkən, sən saydığını say, gör, 2014-cü ildə rayona başçı təyin olunan Alimpaşa müəllim nə sayır?

Alimpaşanın "saydıqları"

Şəmkir Şampan Zovadu ASC-nin Müşahidə Şurasının sədri Hafiz İbrahimovun Ovqat.com-a verdiyi məlumata görə, Alimpaşa Məmmədov icra başçısı təyin olunandan sonra isə ilk işə həmin sahələri başqalarına satmaqla başlayıb.

Maraqlıdır ki, ərazilər həyətyanı torpaq sahəsi kimi satılıb. Halbuki, sənədlərdə həmin sahələrin kənd təsərrüfatının inkişafı şərtilə Şampan Zavoduna verildiyi açıq şəkildə yazılıb.

İddialara inansaq, Şampan Zavoduna aid olan torpaq sahələri yerləşdikləri məkanlara görə müxtəlif qiymətə hərraca çıxarılıb. Rayon mərkəzinə yaxın ərazilərdə bir hektar ərazi 10 min manata satıldığı halda, ucqarlara getdikcə qiymətlər 30 min manata qədər enir.

Ən təəccüblü isə odur ki, satılan ərazilər rəsmi sənədlərdə indiyədək Şampan Zavodunun balansındadır. Zavod həmin yerləri 50 illiyinə arendaya götürüb və bunun haqqını ödəyib. Hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Şəmkir Şampan zavoduna məxsus mülkiyyət kimi göstərilən torpaq sahələrinin satılarkən necə sənədləşdirildiyi isə maraq doğurur. Belə çıxır ki, eyni ərazinin iki sənədi var: biri Bakıda Əmlak Məsələri Dövlət Komitəsində, biri Şəmkirdə İcra Hakimiyyətində. (Qeyd edək ki, bir yerin iki sahibi problemi təkcə Şəmkir Şampan Zavodunun başına gətirilən “Alimpaşa oyunu” deyil. Rayonun əksər iş adamları məhz bu səbəbdən bir-birinə düşmən kəsiliblər. Bu barədə əldə etdiyimiz faktları tədricən yaylımlayacağıq).

İndisə həmin ərazilərin Şəmkir Şampan Zavoduna aid olduğunu göstərən və hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olan sənədləri yayılmayırıq. Ümidvarıq ki, Şəmkir İcra Hakimiyyəti də həyətyanı torpaq sahəsi kimi satdığı, hazırda üzərində evlər, villalar tikilən ərazilərin onlarda olan sənədlərini paylaşacaq və müvafiq orqanlar “iki adaxlılı qızın” əslində kimə aid olduğuna aydınlıq gətirəcək.
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru