Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı - SİYAHI
Tarix: 25-11-2020, 15:06 | Çap et
 328 saylı hərbi hissə tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Ruklon Az Ltd” MMC olub. 328 saylı hərbi hissə tərsanə üçün mal-materialın və ehtiyyat hissələrinin satın alınması üçün “Ruklon Az Ltd” MMC -yə 192 min 651 manat 56 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, 328 saylı hərbi hissə müsabiqə elanını oktyabr ayının 22-də elan edib. 192 min manatlıq tender müsabiqəsinin qalibi olan “Ruklon Az Ltd” MMC bu elandan təxminən bir ay əvvəl – sentyabr ayının 11-də dövlət qeydiyyatına alınıb. Maraqlı məqamlardan biri də odur ki, “Ruklon Az Ltd” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə bir-neçə şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub. “Ruklon Az Ltd” MMC ilə birgə “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:


Onu da bildirək ki, 328 saylı hərbi hissə son 2 ayda daha 3 tender müsabiqəsi keçirib. Bu tenderlərdə diqqət çəkən məqam odur ki, bütün tederlərdə qalib olan şirkətlər bir-iki ay əvvəl yaranan şirkətlər olub. 189 min 800 manatlıq tenderin qalibi – “Aysom az Ltd” MMC 29.07.2020-ci il tarixində, 187 min 605 manatlıq tenderin qalibi – “Sarmerdi” MMC 13.08.2020-ci il tarixində, 188 min 548 manatlıq tenderin qalibi – “Mardon Servis” MMC isə 10.08.2020-ci il tarixində dövlət qeydiyyaına alınıblar. Diqqət çəkən məqamlardan biri də, “Ruklon Az Ltd” MMC-nin qanuni təmsilçisi Skvortsov Arkadiy Sergeyeviçin “Aysom az Ltd” MMC-nin qeydiyyatda olduğu - “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda da başqa bir şirkəti qeydiyyatdan keçirməsidir. 08.09.2020-ci il tarixində Skvortsov Arkadiy Sergeyeviç “2-ci Zabrat dairəsi ev.133 m.72” ünvanında “Okean az Grup” adlı şirkəti qeydiyyatdan keçirib. Qeyd olunan ünvanda qeydiyyatdan keçən şirkətlərin siyahısı ilə BURDAN (https://www.yeniavaz.com/az/news/153950/sirli-unvandaki-sirketler-uze-cixmaga-basladi-ilk-sirket-75-min-manat-uddu-fotofakt) tanış ola bilərsiniz. Bundan başqa 328 saylı hərbi hissənin keçirdiyi tenderlərin qalibi olan “Sarmerdi” MMC və “Mardon Servis” MMC-nin hər ikisi eyni hüquqi ünvanda – “Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 138A, m. 52” dövlət qeydiyyatına alınıb. “Mardon Servis” MMC-nin qanuni təmsilçisi Şotayeva Həqiqət Əliheydər qızı eyni ünvanda, eyni tarixdə (10.08.2020) daha bir şirkəti (Milani 2020” MMC) qeydiyyatdan keçirib. Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Bu gün, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Bu gün, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
|