“Yeni qaz sayğacı 3-4 dəfə artıq ödəniş hesablayır” - NARAZILIQ!
Tarix: 28-01-2021, 10:55 | Çap et
 Son günlər “Azəriqaz” İB-nin yeni sayğacları ilə bağlı şikayətlər xeyli artıb. Sosial mediada yeni sayğacların düzgün işləmədiyi və sərfiyyatı bir neçə dəfə artıq hesablaması ilə bağlı müzakirələr gedir.
Məsələ ilə bağlı “MediaPost”a da vətəndaşlar tərəfindən şikayətlər daxil olmaqdadır. Rüfət Əliyev adlı vətəndaş ünvanladığı müraciətdə bildirib ki, “Smart kart” tipli sayğacı ənənəvi sayğacla əvəzləyiblər. Yeni sayğac əvvəlkindən 3-4 dəfə artıq ödəniş hesablayır.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə deyib ki, “Azəriqaz” ümumiyyətlə mexaniki sayğaclarla bağlı məlumatı saytdan yığışdırıb. Bütöv proses, elektron və ya smart sayğacların alınması, əlavə qurğuların quraşdırılması, məlumatların sayğacdan əldə edilməsi və ötürülməsi, məlumatları emal edən proqram və informasiya sisteminin hazırlanması yalnız və yalnız “Azəriqaz”ın nəzarətindədir. Belə bir vəziyyətdə isə müəyyən risklər qaçılmazdır.
“Burada dövlət nəzarəti təkmilləşdirilməli, şəffaflıq və informasiya açıqlığı gücləndirilməli və ictimai nəzarət imkanları yaradılmalıdır. Təbii inhisara nəzarət edən, istehlakçıları qoruyan dövlət qurumları bu məsələyə ciddi reaksiya verməlidir. Yeni quraşdırılan mexaniki-elektron tipli sayğacların sərfiyyatı hədsiz çox göstərməsi ilə bağlı kütləvi narazılıqlara “Azəriqaz” aydınlıq gətirməlidir”- deyə O. Gündüz əlavə edib.
Yaranan narazılıqla bağlı “Azəriqaz” İB də açıqlama yayıb. Qurumdan bildirilib ki, bu həftənin 2 və 4-cü günləri Birliyin Metrologiya Departamentində saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri elan edir. Media və ictimaiyyət nümayəndələri, abonentlər təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyə bilərlər. “Azəriqaz” İB rəsmiləri sualları cavablandırmağa hazır olduqlarını deyiblər:
Bildirilib ki, təbii qaz ölçü qurğuları (sayğaclar) ölkəyə gətirildikdən sonra Birliyin Metrologiya Departamentində mərhələli yoxlamalardan keçir. Bu proses Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarətində olur:
“Prosedurların icrasından sonra sınağı uğurla başa vuran sayğaclar İnstitut tərəfindən dövlət reyestrinə daxil edilir və bundan sonra istismara verilməsi təsdiqlənir. Bütün sadalanan proseslər Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssislərinin müşahidəsi altında həyata keçirilir. Hər iki qurumun nümayəndələri “Azəriqaz” İB-nin Metrologiya Departamentində daimi fəaliyyət göstərir. Yəni bu qədər ciddi nəzarət və müşahidənin mövcudluğu şəraitində qaz ölçü qurğularının sərfiyyatı çox qeydə alması qeyri-mümkündür”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00 |
|
|
|
• “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58 |
|
|
|
• Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19 |
|
|
|
• “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16 |
|
|
|
• Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15 |
|
|
|
• Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13 |
|
|
|
• "Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10 |
|
|
|
• "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06 |
|
|
|
• Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05 |
|
|
|
• Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03 |
|
|
|
• "Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59 |
|
|
|
• Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58 |
|
|
|
• Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54 |
|
|
|
• “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49 |
|
|
|
• İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37 |
|
|
|
• "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33 |
|
|
|
• Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16 |
|
|
|
• Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07 |
|
|
|
• Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05 |
|
|
|
• Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58 |
|
|
|
• Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55 |
|
|
|
• Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51 |
|
|
|
• "Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50 |
|
|
|
• Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39 |
|
|
|
• İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31 |
|
|
|
• “Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29 |
|
|
|
• Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25 |
|
|
|
• Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• "Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09 |
|
|
|
• Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05 |
|
|
|
• 10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02 |
|
|
|
• Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... - Başqa yolu yoxdur...
Bu gün, 08:50 |
|
|
|
• ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
Bu gün, 08:46 |
|
|
|
• 70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20 |
|
|
|
• Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40 |
|
|
|
• 'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36 |
|
|
|
• Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16 |
|
|
|
• "İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04 |
|
|
|
• UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54 |
|
|
|
• "Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" - FAKT BUDUR!
Bu gün, 05:46 |
|
|
|
• Elariz 43 il əvvəl - FOTO
Bu gün, 05:43 |
|
|
|
• “Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” - ARAŞDIRMA
Bu gün, 05:40 |
|
|
|
• İranla İsrail toqquşacaqmı? - GƏLİŞMƏ
Bu gün, 05:36 |
|
|
|
• Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? - BU NƏDİ BELƏ?
Bu gün, 01:08 |
|
|
|
• Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55 |
|
|
|
• "Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52 |
|
|
|
• “Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub”
Bu gün, 00:47 |
|
|
|
|