İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                 

Zərdabda qocaman YAP-çının CANINI BOĞAZA YIĞIBLAR... - Yerli məmurlardan ŞİKYƏTÇİDİR
Tarix: 10-02-2023, 12:55 | Çap et
Zərdabda qocaman YAP-çının CANINI BOĞAZA YIĞIBLAR...
Zərdab rayonu, Gəlmə kənd sakini İsmayılov Hüseyn Şahlar oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır: “Mən, İsmayılov Hüseyn Şahlar oğlu, 1972-ci ildə Zərdab rayon Gəlmə kəndində anadan olmuşam. Qarabağ iştirakçısıyam, Yeni Azərbaycan Partiyasının üzvüyəm.

51 yaşım olmasına baxmayaraq, heç vaxtı cinayət etməmişəm ki, dövlət orqanlarına düşəm.

2017-ci ildə Zərdab Rayon Maliyyə Şöbəsinin Müdiri məni dostu və həmkəndlisi olan Quliyev Asif Səhrab oğlunun yanına Ukraynanın İvano Frankovski şəhərinə aşbaz və kababçı işləməyə göndərmişdir. Bütün yüklərimi Hacıyev Etibar öz üzərinə götürərək, tanımadığım şəxsin yanına göndərmişdir. Hər ay 600 dollar müqabilində məni yola saldılar. Həmin şəxs 7 ay 18 gün ərzində məni kölə kimi işlətdi və pulumu vermədi. Bu insanın mənə 2400 dollar borcu yığıldı.

Pulumu ala bilmədiyim üçün Azərbaycana geri qayıtmağı fikirləşirdim. Oradakı Azərbaycanlıların köməyi nəticəsində ondan sənədlərimi güc-bəla ilə alaraq, məni Azərbaycana yola saldılar. Getdiyimi bildiyi halda belə, mənə heç bir köməklik etmədi.

Vətənə qayıtdıqdan sonra mənə yol göstərən Hacıyev Etibarın yanına gedərək, başıma gələnləri danışdım, haqqımı tələb etdim. Mənə bildirdi ki, kimə, hara istəyirsən get şikayət et, bizə gücün çatmaz. Dərhal Daxili İşlər Nazirliyinin Yanında İnsan Alverinə Qarşı Baş İdarəsinə ərizə ilə müraciət etdim. Şikayətimi müstəntiq Eldar Qədimov araşdırırdı. O mənə bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvüsən, Qarabağ iştirakçısısan, bunları nəzərə alaraq sənə köməklik göstərəcəm, dəymiş ziyanı ödətdirəcəm.

Mən o illər ərzində öz ana dilimizdə oxuyub yaza bilmiridim. Polisə inanaraq onların mənə verdikləri sənədə imza atdım. Və kiril əlifbası ilə yazdım ki, şikayətimdən narazıçılığım yoxdur. Qərarın bir surətini mənə verdi və yaxın günlərdə tədbir görüləcəyini bildirdi. Hətta Asif Quliyevlə məni görüşdürdü, o, mənə müəyyən məbləğdə pul təklif etdi, mən isə onunla razılaşmadım.

Evə gəldikdən sonra qərarı həyat yoldaşıma oxutdurdum və onda bildim ki, Müstəntiq Hacıyev Etibarın və Asif Quliyevin yalan ifadələrini qəbul edərək, qərarı onların xeyrinə çıxarmışdır. Və onda bildim ki, dövlətimizin hüquq mühafizə orqanlarında belə şəxslər işləyir. Bizi də bu vasitə ilə ölkə Prezidentimizdən küskün salmağa çalışırlar.

Baş prokurorluğa çoxsaylı müraciətlər etsəm də, heç bir tədbir görülmür. Qazancımın bir hissəsini poçt xidmətlərinə ödəməkdən yorulmuşam. Həmin illərdə Hacıyev Etibarın oğlu Ağır Cinayətlər Məhkəməsində operator işləyirdi. Asif Quliyevin dayısı oğlu Baş Prokurorluqda işləyirdi, ona görə də şikayətimizə baxan olmamışdır. Asif Quliyev onların köməkliyindən istifadə etmişdir.

Çoxsaylı məktublarla Maliyyə Nazirliyinə müraciət etdim və Rumiyyə Ağdamskaya adlı xanım məktubumuza cavab olaraq bildirdi ki, Hacıyev Etibarın vəzifədən kənar etdiyi dələduzluğun vəzifəsinə adiyyatı yoxdur. Deməli, belə çıxır ki, ölkə Prezidentimizin məmurlar haqqında olan çıxışlarından Rumiyyə xanımın xəbəri yoxdur. Məktub vasitəsilə Prezidentimizə, Mehriban xanıma, Fuad Ələsgərova çoxsaylı müraciət etdim. Sonra isə cənab Prezidentimizə sosial şəbəkə vasitəsilə müraciət etdim, lakin heç bir tədbir görülmədi.

Və ondan sonra Hacıyev Etibar çoxsaylı müraciətlərimdən qorxaraq Zərdab rayon məhkəməsinə şərəf və ləyaqətinin pozulması ilə bağlı şikayət etdi. Lakin onun şikayəti Ədliyyə Nazirliyində araşdırılaraq bildirilmişdir ki, mənim sosial şəbəkə vasitəsilə etdiyim müraciətimdə onun şərəf və ləyaqətinə toxunulası təhqiredici sözlər yoxdur.

Məni Ukraynada işlədən Asif Quliyev də məhkəməyə verdi. Asif Quliyevin özü kimi saxta olduğu şikayətinə Tahir Qubadov baxmadı və sənədlərinin qaydaya salınmasını ona bildirərkən Asif Quliyev yoxa çıxdı. Onu da nəzərinizə çatdırım ki, Hacıyev Etibarın oğlu Ağır Cinayətlər Məhkəməsində işləyərkən 12 fevral 2021-ci il tarixində ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb və şəxsi ehtiyaclarına sərf edərək, dələduzluq etmişdir. Beləliklə, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Necə olur ki, oğlu həbsdə olan Hacıyev Etibar Maliyyə Şöbəsinin müdiri işləyir?

Hal-hazırda şikayətimi davam elətdirirəm. Daxili İşlər naziri Vilayət Eyvazova sosial şəbəkə vasitəsilə müraciət etdikdən sonra “İnsan Alveri”nin rəisi Həzi Aslanov məni çağırtdırdı. Lakin o da müstəntiq Eldar Qədimovdan geri qalmadı.

Yazılası çox sözlərim var, mənim şikayətimə baxılmır. Xahiş edirəm mənim bu şikayətimi saytınız vasitəsilə işıqlandırın. Bu haqsızlıqdan sonra dövlətin bu şikayətimi yenidən araşdırılmasına gücü çatmadığı üçün, Ulu öndərin mənə verdiyi Yeni Azərbaycan Partiyası vəsiqəsini paketə qoyaraq oğlu ilham Əliyevə göndərdim. Bu Partiya mənim ona qarşı olan hörmətimi doğrulda bilmədi və ona qarşı olan hörmətimi nifrətə çevirdi. Dövlətimdən nə iş istəmirəm, nə də sosial yardım istəmirəm, istədiyim yalnız tapdalanmis hüquqlarımın bərpa edilməsi idi, onu da doğrulda bilmədilər.

Redaksiyadan: Bu bir iddiadır. İddianın nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru