“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                 

Elçin Əmirov yenə də iş başındadır – Şəkidəki əməllərini Bakıda təkrarlayır
Tarix: 3-05-2023, 10:01 | Çap et
Elçin Əmirov yenə də iş başındadır
Azərbaycanda dövlət qurumlarının korrupsiya hallarına yol verdikləri sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Hesablama Palatası tərəfindən dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatda qeyd olunur ki, əsas maliyyə pozuntularının qeydə alındığı sahələrdən biri də dövlət satınalmalarıdır. Palatanın hesabatlarında açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir. Lakin bir çox dövlət qurumları və onların rəhbərləri dövlət əmlakından səmərəli istifadə etmək əvəzinə, dövlətin onlara etibar etdiyi əmlakı talamaqla məşğuldurlar. Bununla bağlı son dövrlər elektron media resurslarında yayılmış kifayət qədər ciddi məlumatlar tapmaq olar. Satınalmalarının şəffaf keçirilməməsi ilə bağlı belə bir məlumatı da biz əlavə etmək istərdik.

Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə təhlükəli tullantıların pasportunun satınalınması” üzrə keçirmiş olduğu kotirovka sorğusuna yekun vurub və 02.05.2023-cü il tarixdə “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Sözügedən portalda Baş Səhiyyə Mərkəzi kotirovka sorğusunun 26.04.2023-cü il tarixdə başladığını göstərib və qeyd edib ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Buradan suallar yaranır. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi satınalmanı dövlət satınalmalarının vahid internet portalında keçirməmişsə elan hansı mətbu nəşrdə dərc olunmuşdur? Dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu prosedurunun 26.04.2023-cü il tarixdə başladığı göstərilir. Müqavilə isə 02.05.2023-cü il tarixdə bağlanılıb. Bu isə 7 gün edir ki, onun iki günü şənbə və bazar günlərinə düşür. Qalır 5 gün. Mövcud qanuna görə mümkündür. Amma deyəsən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin rəhbərliyi 5 gün ərzində birbaşa müqavilə bağlamağa çox tələsib. Çünki müsabiqə başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 26.04.2023-cü il göstərən Tender Komissiyası 03.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində birbaşa satınalma müqaviləsinin bağlanıldığını elan edib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, GENERAL ŞIXLİNSKİ, ev 59, m. 4, qanuni təmsilçisi kimi isəAğayev Gülbala Etibar oğlu qeyd olunub.

Məlumat üçün xatırlatmaq istərdik ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin direktoru Elçin Əmirovdur. O, sözügedən vəzifənin başına keçməzdən əvvəl Şəki rayon Mərkəzi Xəstəxanasının Baş həkimi olub. Bir neçə dövlət qurumunun 2019-cu ildə Şəkidə apardığı kompleks yoxlamalardan sonra xəstəxanada ciddi maliyyə pozuntularına yol verildiyi aşkar olunub. Məlum olub ki, Şəki Mərkəzi Xəstəxanasında dəftəxana ləvazimatları və təsərrüfat malları adı altında hər il 100 min manatdan çox dövlət vəsaiti mənimsənilib. Bundan sonra Elçin Əmirov tutduğu vəzifədən kənarlaşdırılıb. Hətta barəsində cinayət işinin başlanıldığı da söylənilir. Buna baxmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə 2021-ci ilin oktyabrında Elçin Əmirov Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə direktor təyin olunub.

Görsənən odur ki, Elçin Əmirov Şəkidə yol verdiyi qanun pozuntularını Bakı Baş Səhiyyə Mərkəzində də davam etdirir. TƏBİB-in sədri Vüqar Qurbanov da, Səhiyyə naziri Teymur Musayev də , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev də ona bu işlərədə geniş şəraitlər yaradırlar.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru