Bütün bunlar İnam Kərimovun ayağındadır: PULU BASIB YEYİBLƏR? - Xərclər artsa da, KTN sistemi geriləyib...
Tarix: 5-07-2023, 10:09 | Çap et
 Ötən ilin dövlət büdcəsində “Kənd təsərrüfatı” bölməsinə toplam 920 milyon manat xərclənib. Bu vəsaitin 463 milyon manatı (50.3 faizi) kənd təsərrüfatı, 414 milyon manatı (45 faizi) meliorasiya tədbirlərinə sərf edilib. Daha 36 milyon manat baytarlıq fəaliyyətinə ayrılıb. Hesablama Palatasının araşdırmasında belə deyilir.
Ötən il Kənd Təsərrüfatı Nazirliyinin gerçəkləşdirdiyi proqramların maliyyələşməsinə 529 milyon manat nəzərdə tutulmuşdu. Nazirlik bu vəsaitin 503 milyon manatını (95 faizini) xərcləyib. Xərclənən vəsaitin həcmi 2021-ci illə müqayisədə 5 milyon manatdan çox artıb. Açıqlanan rəsmi bilgilərdən bəlli olur ki, ötən il Kənd Təsərrüfatı Nazirliyinin gerçəkləşdirdiyi proqramlar üzrə xərclənən vəsait artsa da, bu proqramlar çərçivəsində hədəflənən göstəricilərə çatılmayıb.
Geriləyən göstəricilər
Hökumət 2022-ci ildə bitkiçilik sahəsində istehsal həcminin 3.5 faiz artacağını proqnozlaşdırırdı. Rəsmi rəqəmlərə görə, ötən il ölkədə həmin sahədə istehsal həcmi proqnoza nisbətən az – 3.3 faiz böyüyüb. Böyümə tempi də azalıb. Belə ki, 2021-ci illə müqayisədə ötən il bitçilik sahəsində istehsal həcminin artım tempi 0.7 faiz aşağı düşüb.
Hökumətin əkin sahələri ilə bağl proqnozları da özünü doğrultmayıb. Ötən il ölkə üzrə əkin sahələrinin həcmi 1 milyon 662 min hektar proqnozlaşdırılsa da, gerçək əkin sahəsi 1 milyon 624 min hektar olub. Bu, hökumətin gözləntisindən təxminən 40 min hektar azdır. Əkin sahələrinin həcmi 2021-ci illə müqayisədə də azalıb (1 milyon 645 min hektardan 21 min hektar azalaraq, 1 milyon 624 min hektara enib).
Strateji məhsul olduğundan, hökumət buğda əkinləri ilə bağlı ayrıca proqnozlar hazırlamışdı. Ancaq dünyada taxıl böhranı yaşandığından, buğda əkinləri üzrə proqnozlar doğrulmayıb. Ötən il Azərbaycanda buğda əkinlərinin sahəsi 547 min hektar olub. Bu, hökumətin proqnozlaşdırdığı göstəricidən 23 min hektar, 2021-ci ildə qeydə alınan nəticələrdənsə 25 min hetkar az göstəricidir. Buğdanın məhsuldarlığı da azalıb. 2022-ci ildə buğdanın məhsuldarlığı 32.9 sentner/ha proqnozlaşdırılsa da, faktik 31.9 sentner/ha olmaqla 2021-ci illə müqayisədə 1 sentner/ha aşağı düşüb.
Ötən il dövlət büdcəsindən əkin subsidiyaları kimi verilən məbləğin həcmi 246.6 milyon manat olub. Bu, 2021-ci ilə müqayisədə 11.9 milyon manat və ya 4.6 faiz azalma deməkdir. Azalma, əsasən, 2022-ci ildə buğda əkininə verilən subsidiya məbləğinin əvvəlki illə müqayisədə 8 milyon manat azalmasından, eləcə də əvvəlki iki ildən fərqli olaraq, pambıq və şəkər çuğunduru üzrə əkin subsidiyasının verilməməsindən qaynaqlanıb.
Buğda qədər önəmli olmasa da, ötən il arpaya görə verilmiş əkin subsidiyasının məbləği 76 milyon manat olub və əvvəlki illə müqayisədə 49 faiz artıb. Di gəl, ölkə üzrə arpa istehsalı 46 min ton azalıb. O biri yandan, ötən il pambıq əkininə subsidiya ayrılmasa da, istehsal 323 min tona çatıb və 2021-ci ilin uyğun göstəricisindən 36 min ton və ya 12.4 faiz çox olub.
Rəsmi açıqlanan göstəricilərdən bilinir ki, gözlənilənin əksi olaraq, subsidiyanın artdığı sahədə istehsal azalıb, subsidiyanın dayandırıldığı sahədə isə artıb. Bu qəribəliyi nəzərə alaraq Hesablama Palatası bildirib ki, Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyənləşdirilən əkin subsidiyası əmsalları daha detallı əsaslandırılmalıdır. Palata əkin subsidiyasının mərhələlərlə məhsul subsidiyası ilə əvəzlənməsi imkanlarına da baxılmasını vacib sayıb.
Ötən il, əvvəlki iki ildən fərqli olaraq, pambıq əkininə görə əkin subsidiyası verilməyib. Ancaq pambığın tədarükçülərə təhvil verilməsinə görə onun hər tonuna 170 manat məbləğində məhsul subsidiyası ödənilib (2020-2021-ci illərdə həmin məbləğ 100 manat olub). Hesablama Palatasının açıqlamasında bildirilir ki, qurum məhsul subsidiyası məbləğinin artırılmasını müsbət qiymətləndirir, amma düşünür ki, ölkədə xam pambığın emalı üçün zəruri işlər görülməlidir. Bu baxımdan, toxuculuq sənayesinin inkişafından, dövlət vəsaiti hesabına tikilmiş pambıq emalı zavodlarının imkanlarından geniş yararlanmaq lazımdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|