Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                 

"Mənim körpə övladımla açıq şəkildə alver edirlər..." - ÖZBAŞINALIQ!
Tarix: 29-11-2023, 11:33 | Çap et
"Mənim körpə övladımla açıq şəkildə alver edirlər..."
“Mənim körpə övladımla açıq şəkildə alver edirlər. Nə Allahdan, nə də qanunlardan qorxurlar. Cəmi 6 aylıq ikən əlimdən zorakılıqla alınan körpəmi geri qaytarmaq üçün 1 il 8 aydır ki, hüquq-mühafizə orqanlarının, məhkəmələrin qapılarında sürünürəm. Nə mənim bir ana kimi fəryadımı eşidən var, nə anasız buraxılan körpəmə yazığı gələn, nə də qanunlara əməl edən. Çarəsiz buraxılmışam, dövlətimdən kömək istəyirəm!”.

Bu fikirlər hazırda Qəbələ rayon Xırxatala kəndində yaşayan, 1 il 8 aya yaxındır ki, südəmər körpəsi əlindən alınan Səmədli Fəridə Vaqif qızının Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimova və Ədliyyə naziri Fikrət Məmmədova müraciətindən götürülüb.

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, bu yaxınlarda saytımızda südəmər körpəsi əlindən alınan Səmədli Fəridə Vaqif qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciət dərc olunub. (bax:) Həmin müraciətdə F. Səmədli qarşılaşdığı təfsilatı ilə qeyd edib.

Fəridə Səmədlinin İnam Kərimov və Fikrət Məmmədova müraciətində də qeyd olunan həmin faktları oxucuları yormamaq üçün təkrar dərc etmirik. Tanış olmayanlar həmin müraciətə bu linkdən baxa bilərlər.

Qeyd edək ki, mütəmadi olaraq keçmiş həyat yoldaşı Elvin Səmədli və onun ailəsi tərəfindən ağır işgəncələrə məruz qaldığı üçün ayrılmağa qərar verən F. Səmədlinin həmin vaxt 6 aylıq olan körpəsi əlindən alınıb.

“Həmin vaxtdan artıq 1 il 8 aya yaxın müddət keçir ki, mən övladıma həsrət qalmışam. Nəinki onu görməyimə, hətta səsini duymağıma belə imkan vermirlər. Bir ana kimi işgəncələrin ən dəhşətlisini yaşayıram!”, – deyə F.Səmədli müraciətində bildirib.

Qeyd edək ki, bu 1 il 8 ayı F.Səmədli və ailəsi məhkəmə qapılarında keçiriblər. Bununla bağlı F. Səmədli müraciətində yazr:

“Keçmiş həyat yoldaşım Sabunçu rayonunda yaşamasına, hətta orada mağaza müdiri işləməsinə baxmayaraq başqa ərazidə qeydiyyatda olduğu əsas (bəlkə də bəhanə) gətirilərək müraciətimə baxılmasını bacara bildikləri qədər uzatdılar. Təbii ki, mənə övladımı əlimdən almaq üçün hər şeyi edəcəyini bildirən keçmiş həyat yoldaşımın qanunsuz və dolayı yollarla məhkəmələrə də müdaxiləsi nətəcində...

Sabunçu rayon Məhkəməsi xeyli müddət gözlədikdən sonra işə baxmayıb Qəbələ rayon Məhkəməsinə göndərdi. Qəbələ rayon Məhkəməsi 3 aya yaxın gözlədikdən sonra hazırlıq iclasında hakim işə baxa bilməyəcəyini bildirərək işi keçmiş həyat yoldaşımın qeydiyyatda olduğu Ağdam rayon Məhkəməsinə göndərdi.

Həmin vaxt məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdikdən və onun tərəfdən müraciətim nəzarətə götürüldükdən sonra Ağdam rayon Məhkəməsində işə baxılmağa başlanıdı. Ancaq burda proses mümkün qədər uzadıldı. Qarşı tərəfin hətta qanunsuz vəsatətləri belə təmin olundu. Ən son tarixlərə təyin edilən məhkəmə proseslərinin yekununda Ağdam rayon Məhkəməsinin hakimi Rafiq Qurbanov övladım Yunus Səmədlinin ana kimi mənim himayəmə veriməsinə dair qətnamə çıxardı. Bundan sonra qarşı tərəf apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. 2 ay da qarşı tərəfin Ali Məhkəməyə müraciət edə biləcəyi gözlənilərək, qərarın icraya yönəldilməsi gecikdirildi. Ancaq qarşı tərəf Ali Məhkəməyə müraciət etmədi.

Hörmətli İnam müəllim, hörmətli Fikrət müəllim!

Uzun ayrılıqdan sonra nəhayət övladıma qovuşacağımı gözlədiyim halda bu dəfə yeni bir problem yaratdılar. Belə ki, məhkəmə qərarının icrası üçün Ağdam rayon İcra Şöbəsinə müraciət etdik. Ordan keçmiş həyat yoldaşımın Sabunçu rayonunda yaşadığı əsas gətirilərək icra məktubununun Sabunçu İcra Şöbəsinə göndərildiyi bildirildi.

Dəfələrlə müraciət etdikdən sonra noyabr ayının əvvəlində Sabunçu rayon İcra Şöbəsinə işin icra məmuru Hafiz İsrafilovun nəzarətində olduğu bildirildi. Bu dəfə də icra məmuru məhkəmənin qərarını yerinə yetirə bilməyəciyini bəyan etdi. Ağdam rayon İcra Şöbəsindən onlara yalnız aliment qərarının icrasının təmin olunmasına dair məktub gəldiyini iddia edirlər. Ağdam rayon Məhkəməsinin 2 (103) -245/2023 saylı qətnamənin qət edirəm hissəsində “03.08.2021-ci il təvəllüdlü Səmədli Yunus Elvin oğlunun anası, iddiaçı Səmədli Fəridə Vaqif qızının himayəsinə verilsin” ifadəsi qeyd olunsa da, İcra Şöbəsi bunu icra etməkdən imtina edir. Sabunçu İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov məhkəmənin bu qərarının övladımın mənə verilməsi üçün əsas yaratmadığını bildirir”.

F. Səmədli müraciətdə bildirir ki, Sabunçu İcra Şöbəsi əvvəlcə bu qərarı icra etməkdən imtina etməsinin səbəbini belə izah etmirdi: “Ağdam İcra Şöbəsindən onlara övladımın mənə alınıb verilməsinə dair məktub göndərmədiklərini iddia edir. Məsələni Ağdam İcra Şöbəsi ilə “həll etməyimizi” məsləhət bilirdilər.

Ancaq Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra Sabunçu İcra Şöbəsindən bizə bildirdilər ki, problemi yaradan Ağdam rayon Məhkəməsinin hakimi Rafiq Qurbanovdur. İddia edilir ki, hakim Rafiq Qurbanov qəsdən qətnaməni “03.08.2021-ci il təvəllüdlü Səmədli Yunus Elvin oğlunun anası, iddiaçı Səmədli Fəridə Vaqif qızının himayəsinə verilsin” kimi çıxarıb. Qətnamənin icrası üçün guya ora “atasından alınıb” sözü də yazılmalı imiş.

"Mənim körpə övladımla açıq şəkildə alver edirlər..."

Sabunçu İcra Şöbəsindən o da bildirilir ki, bununla bağlı Ağdam rayon Məhkəməsinə izah vermək üçün müracət ediblər. Ancaq üzərindən 10 günə yaxın vaxt keçsə də, hər hansı bir cavab almayıblar. Bizə bildirilir ki, hakim Rafiq Qurbanov belə bir izahı verməkdən imtina edir. Deyir ki, qətnamə necə yazılıb, elə də icra olunmalıdır. Vəkilimizin bununla bağlı müraciətlərinə isə cavab verilmir.

Hörmətli Fikrət müəllim! Hörmətli İnam müəllim!

Biz sadə insanlarıq, hüquqi savadımız yoxdur! Ancaq vəkilimizin yazdığı iddia ərizəsində də övladımın keçmiş həyat yoldaşımdan alınaraq ana kimi mənim himayəmə verilməsi tələbi qoyulub. Hakimin çıxardığı qətnamədə də övladımın mənim himayəmə verilməsi əksini tapır. Ancaq indi isə 2 dövlət orqanın təmsilçiləri məsuliyyəti bir-birinin üzərinə ataraq ana kimi mənim haqqımı və qanunlarımı pozurlar. Mən nə edim, Siz deyin?!

Dövləti təmsil edən, dövlətin adından qərar çıxaran insanlar bu cür söz oyunu ilə qanunları pozacaqsa, vətəndaş kimdən, hardan kömək istəsin?!

Hörmətli İnam müəllim, hörmətli Fikrət müəllim!

Keçmiş həyat yoldaşım mağaza müdiridir, maddi imkanları var. Açıq şəkildə deyir ki, hamını “razı salmışam”. Belə çıxır ki, mənim körpəmi alver predmetinə çeviriblər. Sizdən xahiş edirəm, məmim körpəmlə kimin, hansı orqanın - Sabunçu İcra Şöbəsinin,onun rəisinin, yoxsa Ağdam rayon Məhkəməsinin, hakimin alver etdiyinin araşdılmasına, günahkarların cəzalandırılmasına, məmim qanuni haqqımın təmin olunmasına kömək edəsiniz! Sizə bir ana kimi yalvarıram, müraciətimi şəxsi nəzarətinizə götürəsiniz, körpəmə ən qısa vaxtda qovuşmamı təmin edəsiniz!

Hörmətlə, Səmədli Fəridə Vaqif qızı (Tel: 051 535 17 93)”.

Qeyd edək ki, F.Səmədlinin müraciətindəki faktlar cinayət araşdırmasının başlaması üçün əsas sayıla bilər. Belə ki, ya dövlət adından çıxarılan qətnamə qəsdən yerinə yetirilmir, ya da hakim dövlət adından çıxardığı qətnamədə manipulyasiya edib. Bunun nəticəsində isə ana övladından məhrum edilir, hətta intihara sürüklənir. Bu isə dövlət qurumlarından birinin və ya hər ikisinin səlahiyyətli şəxslərinin insan alverində iştirakı ehtimalını yaradır. Bu iddia əlbəttə, araşdırılmalıdır! Günahın Sabunçu İcra Şöbəsininin sədri Füzuli Hüseynovdamı, Ağdam rayon Məhkəməsinin Rafiq Qurbanovdamı və ya başqa birində olduğu ictimaiyyətə açıqlanmalıdır.

Çünki bu cür faktlar Prezident İlham Əliyevin tapşırığı ilə məhkəmə-hüquq sahəsində başlanan islahatlara inamsızlıq yaradır. Dünyanın heç bir yerində, hətta sivil hüquq normalarının olmadığı ölkələrdə belə körpəni anadan ayırmırlar. Azərbaycanda isə iki ilə yaxındır ki, ana əlindən alınan körpəsini geri ala bilmir. Məhkəmə-hüquq sahəsində çalışan vəzifəli şəxslərin də bu işdə rol oynaması isə dövlətin imicinə ağır zərbə vurur.

Azərbaycan ictimaiyyəti, qadınların və uşaqların hüquqlarını qoruyan təşkilatlar, Ombudsman və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələni nəzarətə götürməlidir. Ana intihar etdikdən sonra məsələni araşdırmağın mənası olmur.

Yəqin ki, Ali Məhkəmənin sədri İnam Kərimov və Ədliyyə naziri Fikrət Məmmədov da bu məsələni diqqətdən kənarda qoymayacaq.

Mövzunu diqəqətdə saxlamağa çalışacağıq.

Mənbə: “AzPolitika.info”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru