Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                 

Qalmaqallı toy sahibi olan məşhur iş adamına şok ittiham - Hacı Qurban Saylan camaatının qsədinə durub?
Tarix: 25-06-2014, 13:34 | Çap et
Qalmaqallı toy sahibi olan məşhur iş adamına şok ittiham
Keçən il oğluna В«GalenvagenВ» karvanı ilə möhtəşəm toy edərək Bakını lərzəyə gətirən salyanlı iş adamı, özünü rayon camaatı arasında xeyriyyəçi kimi təqdim edən, realda isə heç bir kasıba əl tutmayan Hacı Qurban Abbasovla bağlı redaksiyamıza növbəti şok faktlar daxil olub. Mətləbə keçməmişdən öncə xatırladaq ki, qəzetimizin əvvəlki saylarında Salyanda ən varlı şəxsi, saysız-hesabsız ticarət obyektlərinə sahib olan biznesmenin fəaliyyətindəki boşluqlar və ən əsası külli miqdarda vəsaiti vergidən məharətlə yayındırması haqqında geniş məlumat vermişdik.

Bir daha qeyd edək ki, Hacı Qurban В«XXI əsrВ», В«CSM NixВ», В«Sevinc 96В», В«Nigar LTDВ», В«Halal İnşaat MMCВ», В«A+B OİLВ» ServisВ» şirkətlərinə rəhbərlik edir. Və bu şirkətlər vasitəsilə В«Şirvan OİLВ», В«Qarasu OİLВ», В«Qobustan OİLВ», В«Salyan OİL LTDВ» və В«Binəqədi OİLВ»la böyük işbirliyi qurub. В«O, qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara son 10-15 il ərzində böyük problemlər yaradıb və bu gün də yaradır. Belə ki, onlarla qeyri-sağlam rəqabət aparır. В«Şirvan OİLВ», В«Qarasu OİLВ», В«Salyan OİL LTDВ» В«Qobustan OİLВ» və В«Binəqədi OİLВ» şirkətlərinin vasitəsilə milyonlar qazanan iş adamı Qarabağlı kəndi ərazisində ticarət mərkəzi açıb və digər sahibkarların satdığı malların topdan satış qiymətindən də ucuz məhsullar satır. Məsələn, çörəyin qiyməti hər yerdə 30 qəpikdirsə, Hacı Qurbana məxsus ticarət mərkəzində 25 qəpiyə satılır. Beləcə, biznesmen sağlam rəqabət mühitinin yaranmasına mane olur. Ticarət mərkəzinin adını В«DərələyəzВ» qoymaqla Qarabağlı kəndinin sakinləri arasında ayrıseçkilik yaradıb. Pulu çox olduğundan ürəyi istəyən bütün qanunsuzluqlara imza atır. Biznesmen Cinayət Məcəlləsinin 199-cu, yəni inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma maddəsinin tələblərini pozaraq sahibkarların sərbəst fəaliyyətinə zəmin yaratmır. Hacının rəhbərlik etdiyi şirkətlərin illik maliyyə dövriyyəsi təxminən 50-60 milyon manat civarındadır. Amma onun şirkətlərində vergidən yayınma halları mövcuddur. Qurban Abbasovun biznes şəbəkəsinə şirkətlərindən savayı Qarabağlı kəndində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi, Salyan rayonunda beton zavodu, Salyan rayonunun mərkəzində bazar, Qarabağlı kəndində ticarət mərkəzi, çörək zavodu, Qaradağ rayonundakı yeni Gəmi Qayırma Zavodunda beton zavodu, Lökbatanda Metal Konstruksiyalar Zavodu, Lənkəran rayonunda istirahət kompleksi, Biləsuvar rayonunda beton zavodu, Qırxçıraq kəndində balıq zavodu və fermer təsərrüfatı, rayonun 5-ci şöbə adlanan ərazisində 500 hektar torpaq sahəsində heyvandarlıq kompleksi, Qarabağlı kəndində 120 hektarlıq heyvandarlıq kompleksi, Qarabağlının şərqində 30 hektar heyvandarlıq təsərrüfatı və kimyəvi məhsulların dövriyyə etdiyi anbarlar, Qarabağlı kəndində 250-dən artıq texnikanın olduğu qaraj, həmin kəndin ərazisində 15 min kvm-lik В«İlkin-NВ» firmasına məxsus bir neçə anbar və qaraj, Şirvan şəhərində В«QarasuВ» əməliyyat şirkətinin yanında qapı-pəncərə sexi və şirkətə xidmət göstərən qaraj daxildirВ», deyə keçən məqalədə vurğulamışdıq.

В«Hacı Qurbanın biznes maraqları yüzlərlə insanı sanki ölümlə üz-üzə qoyubВ»

Etibarlı mənbələrdən aldığımız son məlumatlara görə, Hacı Qurban Abbasov öz yaxın qohumlarını Salyan rayonunda müxtəlif vəzifələrə yerləşdirərək əhali arasında qarışıqlıq yaradıb: В«Rayondakı məktəblərin bir çoxuna iş adamının qohumları rəhbərlik edir. Biznesmen Salyan ərazisində bir-birindən dəbdəbəli obyektlər tikdirib. Camaat işsiz qalıb, amma o öz yaxınlarından və qohumlarından savayı heç kimi işlə təmin etmir. Həyata keçirdiyi özbaşına əməlləri ilə əhali arasında gərginlik yaradır. Hacı Qurban ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü maddəsi əsasında məsuliyyətə cəlb edilməlidir. Lakin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri onu cəzalandırmır. Sahibkar həyata keçirdiyi bütün qanundankənar işləri pul verib ört-basdır edir. Qarabağlı kəndinin şərqində 30 hektar əhaliyə məxsus olan örüş sahəsini qanunsuz şəkildə zəbt edib. Həmin ərazidə kimyəvi məhsulların saxlanması üçün anbarlar tikdirib ki, bu da ətrafda yaşayan insanlara böyük ziyan vurur. Kimyəvi məhsulların saxlandığı anbarların yaxınlığında yaşayan vətəndaşların həyatı təhlükə altındadır. Hacı Qurbanın biznes maraqları yüzlərlə insanı ölümlə üz-üzə qoyub. İş adamı Cinayət Məcəlləsinin 247-ci maddəsini, yəni işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını kobud şəkildə pozur. Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarına əməl etməyərək kənd əhalisinə ağır zərbə vururВ».

В«ŞirvanВ» Milli Parkında baş verən yanğının şok təfərrüatları...

Mənbənin sözlərinə görə, iş adamının qeyri-qanuni hərəkətlərinə etiraz edən kənd sakini Rauf Mustafayev şərlənərək həbs edilib: В«Raufun həbsindən sonra heç kim qorxusundan səsini çıxarmır. O, kənd əhalisinə gələn su mənbələrini çirkləndirir. Belə ki, В«Salyan OİLВ» şirkətinə məxsus quyulardan çıxan zərərli maddələri suyun mənbəyinə və kəndin ətrafına axıdaraq əhalini zəhərləyir. Qurban Abbasov həmçinin fəaliyyət göstərdiyi digər ərazilərdə də torpaqları korlayır. Məsələn, Qırxçıraq kəndinin ərazisində qanunsuz olaraq torpaqların təyinatını dəyişdirərək süni göllər yaradıb. Halbuki, həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsi qadağandır və torpaqları korlama maddəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Salyanlı biznesmen meşə massivlərinə sanki qənim kəsilib. O, Təzəkənd ərazisində Kür qırağında adı В«Qırmızı kitabВ»a düşmüş yulğun ağaclarını məhv edərək 70 hektarlıq ərazini 150 hektara çatdırıb. Kür çayının qanuni bəndinin daxilindən 2-ci bənd salaraq dövlətə və təbiətə böyük ziyan vurub. Kürün bənd daxilində xüsusi mühafizə olunan təbiət əraziləri korlanıb. İş adamı obyektlərin mühafizə rejimini pozmaqla məşğuldur. В«Salyan OİLВ» şirkətinin fəaliyyət dairəsi olan В«ŞirvanВ» Milli Parkında bu yaxınlarda Qurban Abbasovun şirkətinə məxsus istifadəyə yararsız avtomaşından düşən qığılcım nəticəsində 400 hektar ərazidə yanğın baş verdi. Yanğın nəticəsində qoruğun fauna və florasına ziyan dəydi. Buna baxmayaraq, müvafiq qurumlar baş vermiş hadisə ilə bağlı heç bir tədbir görmədilər. Hadisənin qeydə alınma səbəbi kimi başqa amil göstərildi. Beləcə, Hacı Qurban bu işdə də pul verib yaxasını məsuliyyətdən kənara çəkməyi bacardıВ».

İş adamının şirkətlərində qeydə alınan ölüm hadisələri niyə araşdırılmır?

Məlumatda bildirilir ki, iş adamının səbəb olduğu qanunsuzluqlardan biri də nəqliyyat vasitələrinin keyfiyyətsiz təmiri ilə bağlıdır: В«Qurban Abbasovun şirkətlərində işə yararsız və çoxunun sənədi olmayan, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri fəaliyyət göstərir. Yararsız nəqliyyat vasitələrinin istifadəsi zamanı baş verən, hətta ölümlə nəticələnən hadisələr isə ört-basdır edilir. Buna misal olaraq Qarabağlı kənd sakini Seyfullayev İlqar Ziyad oğlunun В«Zil krokadilВ» adlanan istismara yararsız nəqliyyat vasitəsini göstərmək olar.

İlqar Seyfullayev istifadəyə yaramayan maşını ilə hərəkət edərək qəzaya uğrayaraq dünyasını dəyişib. В«MazВ» markalı su maşınını idarə edən Abbasov İlham Əliabbas oğlu isə su kanalına aşaraq ölüb. Kərimbəyli kənd sakini Cəfərov Elxas Ramiz oğlu nasaz vəziyyətdə olan avtobusla kollektora düşərək dünyasını dəyişib. Bir müddət əvvəl isə Qasımov Şamo Famil oğlu istifadəyə yararsız nəqliyyat vasitəsi ilə qəzəya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün bunlara və ölümlə nəticələnən qəzalara nəyə görə göz yumulduğunu başa düşə bilmirik. Hacı Qurbanın rəhbərlik etdiyi şirkətlərdə buna oxşar ölüm halları tez-tez qeydə alınır. Sadəcə, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbərləri nəyinsə qarşılığında qeydə alınan hadisələri görməzdən gəlirlərВ». Qurban Abbasovla bağlı əldə etdiyimiz faktların yerdə qalan hissəsini gələn saylarımızda diqqətinizə çatdıracağıq. Növbəti yazılarda iş adamının Fransada kiminlə gəzintidə olması, В«AtabankВ»ın Şirvan filialının direktoru Mahir Mikayılovla qohumluq münasibətləri, 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini işləyən dayısı oğlu Pənah Qurbanovla aralarının nəyə görə dəyməsi, Dubaydakı В«offşorВ» şirkətlərinə köçürülən pullar, vergidən və Dövlət Sosial Müdafiə Fondundan yayındırılan vəsaitlərlə bağlı geniş məlumat verəcəyik. Bizi izləyin. \\ gundelik bakı \\

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Dünən, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Dünən, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru