NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                 

TANINMIŞ KULTUROLOQ ÜSYAN PÜSKÜRDÜ
Tarix: 2-07-2012, 13:11 | Çap et
TANINMIŞ KULTUROLOQ ÜSYAN PÜSKÜRDÜ

“BİRDƏN MİTİNQLƏRƏ QATILARSINIZ!”

"Mən burada Rüstəm İbrahimbəyovun vəkili kimi çıxış etmirəm.

Mən həqiqətin vəkili kimi çıxış etmək istəyirəm.

Görürəm ki, bu aksiya iyrəncdir.

Heç kim açıq söz demir.

Hamıya aydındır ki, yeni qurum insanların təşəbbüsü ilə yaranmayıb..."


Ötən həftə Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradıldı. Ölkədə hətta adı belə köhnə qurumla eyni olan bu yeni təşkilata münasibət birmənalı deyil. Kinematoqrafçılar İttifaqının keçmiş katibi kulturoloq Rəhman Bədəlov verilişimizə üz tutub yeni yaradılmış qurum barədə fikirlərini bildirmək istədi.

- Rəhman müəllim, ölkədə alternativ kino ittifaqı yarandı. Yəqin ki, buna münasibət bildirəcəksiniz. Amma icazə verin soruşum, siz uzun illər bu təşkilatın katibi deyildinizmi?

- Elədir. O təşkilatın katiblərindən biri idim. Son qurultayda rəsmi istefaya çıxdım. Səbəbini də deyə bilərəm. Mən əslində kino tənqidi və kinoşünaslığa müəyyən bir təkan verməliydim. Gördüm ki, öhdəsindən gələ bilmirəm. Məsələ mənim zəif işləməyimlə bağlı deyildi. Bəlkə də, daha fəal ola bilərdim. Bunu inkar etmirəm. Amma bu da heç nəyi dəyişə bilməzdi. Kino ilə bağlı jurnalistlər yazır, İncəsənət Universiteti mütəxəssis hazırlayır. Orada kafedralar var, dərs keçirlər. Akademiyada şöbə var. Yəni bunlar rəsmi, bu peşəylə məşğul olan adamlardır. Onlar bir iş görməsələr, heç nəyi dəyişmək mümkün deyil. Əgər kimsə desə ki, ittifaq zəif işləyir, ona görə bu sahə zəifdir, olduqca gülünc arqument olar. Mən gördüm acizəm və rəsmi olaraq ittifaqdan çıxdım. Bu, bir. İkincisi də, dinləyicilərə demək istəyirəm ki, mən özüm danışmaq üçün bura gəldim.

İstədim ki, bu aksiya ilə bağlı öz sözümü deyim. Mən burada Rüstəm İbrahimbəyovun vəkili kimi çıxış etmirəm. Mən həqiqətin vəkili kimi çıxış etmək istəyirəm. Görürəm ki, bu aksiya iyrəncdir. Heç kim açıq söz demir. Hamıya aydındır ki, yeni qurum insanların təşəbbüsü ilə yaranmayıb. Çox istərdim ki, bizdə müxtəlif təşkilatlar yaransın. Vətəndaş təşəbbüsləri olsun. Amma təəssüf ki В«yeni ittifaqВ» vətəndaşların, sənət adamlarının təşəbbüsü ilə yaranmayıb. Biz yaxşı başa düşürük ki, bu aksiyanın arxasında dayanan müəyyən adamlar var.

- Rəhman müəllim, katiblikdən getməyinizin səbəbini açıqladınız. Bayaq adını çəkdiyiniz təşkilatlar—birbaşa bu peşəylə məşğul olanlar niyə kinoya kömək etmək istəmirlər?

- Məsələ onda deyil ki, kömək etmək istəmirlər. Ondadır ki, işlər belə qurulub.

Mədəniyyət Universiteti hər il kinoşünaslar hazırlayır. Amma bizdə demək olar ki, kinoşünas yoxdur...Deməli, işlər normal qurulmayıb. Bəs onlar niyə boşuna işləyirlər? Akademiyada da kino ilə bağlı ciddi işlər aparmaq qeyri-mümkündür. Səbəbi odur ki, real kino çoxdan problemlərdən uzaqdır. Dövlətdən, büdcədən maliyyələşən belə təşkilatlarda ciddi islahata ehtiyac olduğu bir zamanda belə bir gülünc aksiyanın keçirilməsi təəccüb doğurur. Guya konfrans çağırılır. Tədbirin adına baxın—«Kino və konseptual məsələlərВ». Bu nə deməkdir? Çox savadsız bir addır. O tədbirdə bu barədə - kinonun konseptual məsələləri barədə kim danışıb? Bilmirəm, məlumatım yoxdur.

Mətni çap eləməyiblər. Demək, əsas səbəb aydındır: Rüstəm İbrahimbəyova zərbə vurulsun! Biz onsuz da o qədər parçalanmışıq ki, təzədən kino dünyasına nifaq salmağın, bir qrupu o birinə qarşı qoymağın xeyri olmayacaq. Onu da deyim ki R. İbrahimbəyovla heç vaxt dost olmamışam. Hətta münasibətlərimizdə müəyyən gərginlik də var. Amma belə hallarda söhbət şəxsi münasibətlərdən getməməlidir. Mənə əvvəllər də deyən vardı ki, Rüstəm istefaya getməlidir! Soruşurdum, yaxşı, onda arqumentinizi mənə deyin. Mənə deyirlər ki, elə adam gəlməlidir ki, o dövlətin adamı olsun, onu dövlət dəstəkləsin. Elə olsa, bizə də kömək olacaq. Deməli, kimsə ağalıq edir və o ağa deyir ki, sən mənə qulluq elə, mən də sənə pul verim...Hamı bu məntiqlə hərəkət edir. Və bunu deyənlər hər şeyə tam təbii baxırlar. Belə çıxır, bütün cəmiyyət ağaya və nökərə dönməlidir. Hər şey o prinsiplə qurulmalıdır. Heç kəs etiraz etmir ki, bu mümkün deyil. Ağa-nökər münasibətləri ilə cəmiyyət qurulmaz! Məsələn, Şəfiqə Məmmədova ilə mənim normal münasibətlərim var...

- ...Məncə, hətta qohumluğunuz çatır...

- Hə, həm də qohumuq. Əzizim Şəfiqə! Sən 31 il qabaq kinoda çəkilmisən. Heç demirəm, ona görə çəkilmisən ki, Rüstəm vardı...Sən 31 il kino ilə bağlı olmamısan. Bəs necə rəhbərlik edəcəksən? Artıq eşidirəm ki, Nikita Mixalkov ona təbrik göndərib.
Yəni Nikita Mixalkovu da Azərbaycan kinosunun taleyi maraqlandırır, həqiqət maraqlandırır. Belə iyrənc işlər görüləndə, özümə borc bilirəm ki, sözümü deyim. Hətta tək olsam da, Don-Kixota bənzəsəm də, sözümü deməliyəm.

- Rəhman müəllim, sizin dediyinizdən belə çıxır ki, onlar bu qurumun yaranmasına ona görə razı olublar ki, başçısı Rüstəm bəy olmasın və dövlət bu quruma maliyyə ayırsın?

- Təbii. Bizdə Sovet vaxtından qəribə prinsip qalıb. Yaradıcı təşkilatları dövlət yaradır. Bu gizli deyil. Amma bizdə iki təşkilat—Yazıçılar və Bəstəkarlar İttifaqları büdcədən maliyyələşir. O birilər pul almır. Deyirlər ki, Kino İttifaqı pis işləyir. Müqayisə edin görək kimdən pis işləyir? Fikrimcə, o birilərlə müqayisədə heç də pis işləmir. Əksinə, 90-cı illərdən başlayaraq bu təşkilatın nəzdində kinonun islahatı ilə bağlı xeyli təkliflər olub. Festivallar keçirilib, Kino məktəbi yaranıb.

Demirəm ki o işlər parlaq olub, ciddi tənqidə ehtiyac var.

Bir adama zərbə vurmaq üçün o qədər adamı yığıb onlardan iyrənc hərəkət tələb edirsiniz. Onlar da müəyyən məqsədlərlə bu tələblə razılaşır. Biri deyir, bəlkə film verdilər çəkdim, o biri deyir bəlkə vəzifə verdilər, başqası fikirləşir ki, bəlkə əmlaklarını da əlindən aldılar, mən ondan istifadə elədim...Həm də bu adamların çoxu cavan deyillər! Ömürlərinin son mərhələsini yaşayırlar mənim kimi...Fikirləşirəm ki, doğrudanmı bir manat qazanmaq naminə vicdan əzabını unutmaq olar? Bax, bu məni sarsıdır...

- Yeri gəlmişkən, o tədbirdə olanların biri—rejissor Vaqif Mustafayev açıq deyib ki, Kino İttifaqı yaxşı işləmir...

- Vaqif Mustafayev yeganə adamdır ki, tədbirdə riyakarcasına danışmayıb. O birbaşa Rüstəmə qarşı çıxış edib, adını çəkib və mətləbini gizlətməyib. Məsələ bundadır ki, Vaqif Mustafayev heç bir təşkilatda işləyə bilməz. Tanınmış sənətkardır, bir neçə yaxşı filmi var. Amma intriqa sevəndir. İntriqa olan yerdə o özünü sərbəst hiss edir. Aydındır ki, belə bir ab-hava onun üçün normaldır. Əgər siz kinonu fitnə-fəsad üstündə qurmaq istəyirsinizsə, bu başqa məsələ. Mən inanıram ki, o təşkilatda bir ildən sonra xeyli fitnə-fəsad qaynayacaq. İttifaqda da o həmişə dağıdıcı rol oynayıb. İndi o adam guya həqiqəti, ədaləti müdafiə edir. Əslində isə bu, iyrənc hərəkətlərdir. Təəssüf ki, mən başqa söz tapmıram.

- Bizim müxbirimiz Şahnaz Bəylərqızı Rüstəm İbrahimbəyovdan müsahibə alıb. Soruşub ki, birdən yeni quruma hökumət maliyyə ayırsa, bu həmin qurumun hökumətin sifarişi ilə yaradılması deməkdirmi?

- Təbii...

- Elə Rüstəm bəy də belə cavab verib.

- İndi özünüz fikirləşin, o tədbirdə Nazirlər Kabinetinin müavini, nazirlər iştirak ediblər. Onlar adətən, elə tədbirlərə gəlmirlər. Demək, bu aksiya düşünülüb, bu aksiya heç də kino işçilərinin təşəbbüsü deyil. Açıq-aydın bizim hər birimizə deyirlər ki, siz vətəndaş mövqeyinizi göstərməyin. Birdən fərqli fikirlər deyərsiniz! Birdən mitinqlərə qatılarsınız! Düzdür, orada olanların heç biri müxalif mövqedə olan deyillər. Amma hər bir halda cavanlar üçün bu bir dərsdir ki, əgər başqa fikrə düşsəz, hər şeydən məhrum olacaqsınız...Etiraf edək ki, Rüstəm İbrahimbəyov bizim mədəniyyətimizdə nəhəng simadır. O yaşda, o nəsildən, o səviyyəli adamlarımız azdır. Hətta buna da baxmadılar. Nə Oskara, nə Legion Ordeninə, nə Moskvadakı nüfuzuna. Bildirdilər ki, kim bizə qarşı söz deyəcəksə, sonu belə olacaq...O adamlarınsa köləlik xoşlarına gəlir. Yenə vurğulayıram ki, ağa-nökər münasibətləri təkcə kino üçün yox, bütün cəmiyyət üçün dağıdıcıdır.

- Rəhman Bədəlov niyə В«Bizim cəmiyyətdə nonkomformistlərə ehtiyac var?–dedi?

- Niyə В«Ayaz Salayev bu dəstəyə girsə də, sabah heç bir iş görə bilməyəcək, normal kino çəkə bilməycək»—fikrinə gəldi?

- Jan Jak Russonun В«İnsanlar əvvəlcə məcburən kölə olublar, sonra isə öz xoşlarıylaВ» - məşhur deyimini xatırladı?

- Və nəhayət, yeni qurumun qurucularına hansı mesajı göndərdi?

Ən yaxşısı, verilişə bu səhifədən qulaq asmaqdır. Həftənin ən son mədəniyyət xəbərlərindən də soraq ala bilərsiniz. / Azadlıq Radiosu /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru