OQTAY ŞİRƏLİYEVİN BAŞ PULYIĞANI KİMDİR?
Tarix: 3-07-2012, 12:41 | Çap et
NAZİR BU MƏSƏLƏDƏ ƏLİ İNSANOVUN KADRINDAN İSTİFADƏ ETMƏKDƏDİR
DİA.AZ: Bu gün digər gəlirli sahələrdə olduğu kimi dərman-aptek biznesində də çox ciddi inhisarlaşma hökm sürür. Son günlər səhiyyə nazirliyi adından guya ki, dərman bazarının kontrola alınması məqsədilə atılan addımların da böyük əksəriyyətinin məhz dərman biznesi monapolistlərinin maraqlarına xidmət etməsi kimsə üçün sirr deyil.
Xatırladaq ki, bu gün dərman bazarında iki əsas favorit güc var: В«AvromedВ» və В«RiyadFARMВ». Doğrudur, bu gün imkanlarına görə millət vəkili Cavanşir Feyziyevin rəhbərlik etdiyi В«AvromedВ» daha geniş miqyası əhatə edir ki, bu da sırf olaraq səhiyyə nazirliyinin birbaşa olaraq deputatın şirkətinə dəstək verməsi ilə əlaqədardır. Təsadüfi deyil ki, hazırda dərman bazarının az qala yarısından soxu В«AvromedВ»in nəzarəti altındadır. Bu gün səhiyyə nazirliyinin özü başda olmaqla, bu qurumun xətti ilə digər nazirlik və dövlət qurumlarının dərman təchizatı işi də məhz В«AvromedВ» tərəfindən həyata keçirilməkdədir ki, bu da son nəticədə sözügedən şirkətin monapolistə çevrilməsinə gətirib çıxarıb.
Maraqlıdır ki, mərhum Aqil Əliyevin oğlu - İlqar Əliyevə məxsus olan В«RiyadFARMВ»a belə bir şərait yaradılmır. DİA.AZ-a bu barədə açıqlama verən mötəbər mənbələr məsələni bu şəkildə izahlayırlar ki, əslində İlqari Əliyevin özü də bu məsələdə bir o qədər maraqlı görünmür: В«Çünki bir neçə biznes sahəsinə baş vuran İlqar Əliyev üçün В«RiyadFARMВ» başlıca hədəf olmadığından o, səhiyyə nazirliyinin В«RiyadFARMВ»ın əsas rəqibi olan В«AvromedВ»ə dəstək verməsinə göz yumurВ».
Bildirək ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev birbaşa olaraq bu işdə maraqlı tərəf kimi çıxış edir və deputat Cavanşir Feyziyevlə həm dostluq və həm də işgüzar əlaqələri bu gün qosqoca nazirliyi bir şirkətin keşikçisinə çevirib. Məlumatlara görə, bu iki şirkətlə yanaşı, В«QafurFARMВ» da dərman bazarında ciddi paya malikdir və səhiyyə nazirliyinin bəzi yetkililəri tərəfindən dəstəklənən bu şirkətin dərman bazarında təxminən 15-20 faizlik imkanlarının olduğu söylənilir.

Bununla bağlı redaksiyamızı bilgiləndirən səhiyyə nazirliyindəki məlumatlı mənbənin iddialarına görə, bu gün adları çəkilən hər üç şirkət əslində səhiyyə nazirliyinə dövlət büdcəsindən dərmanların alınması üçün ayrılan milyonlarla vəsaitin həzm-rabedən keçirilməsi üçün bir vasitədir. Hətta birbaşa olaraq əsgərlərimizin can təhlükəsizliyi mövzusuna cavabdeh olan Müdafiə Nazirliyinin Tibb İdarəsi də məhz səhiyyə nazirliyindəki dəllal çevrənin təhriki ilə həmin üç şirkətlə çalışmaq zorundadır.
Mənbəmiz bu arada səhiyyə nazirliyindəki dərman dəllalları ilə bağlı maraqlı faktları da açıqladı. Məlumatlardan belə aydın olur ki, sən demə, böyüklüyündən-kiçikliyindən asılı olaraq bu gün nazirlik adından bütün apteklərdən aylıq В«dolyaВ» alınırmış: В«Bəzi yerlərdə aylıq haqqın qiyməti 2000 manata çatsa da, əksər yerlərdə 200-500 manat arası təşkil edir. Amma elə yerlər də var ki, 1000-1500 manat arası pulu hər ay səhiyyə nazirliyinin pulyığanlarına çatdırmaq zorundadırlar. Əks halda, nazirliyin В«qara siyahısıВ»na düşərlər və sonra da müxtəlif bəhanələr altında həmin apteki bağlayarlarВ».
Mənbəmiz bildirir ki, bu işə nazirlikdə birbaşa olaraq səhiyyə nazirinin müavini Elsevər Ağayev nəzarət edir. Bildirək ki, əslində, Elsevər Ağayevin bu gün nazir Oqtay Şirəliyevin kassiri qismində çıxış etməsi heç də təəccüblü deyil. Çünki əksəriyyət onu yaxşı tanıyır və hər kəsə məlumdur ki, hazırda məhbəs həyatı yaşayan keçmiş səhiyyə naziri Əli İnsanovun da zamanında kassirliyini etmiş Elsevər Ağayev neçə-neçə xəstəxana ərazisinin satılıb, pulunun mənimsənilməsi prosesində də ad çıxarıb.
İndi isə onun xidmətlərindən Oqtay Şirəliyev istifadə edir. Bu isə o deməkdir ki, artıq Oqtay Şirəliyevin nədən Elsevər Ağayevə qıymamasının səbəbləri də bəlli olur. Çünki Elsevər Ağayev bu gün nazirlikdə qalan yeganə kadrdır ki, həm də Əli İnsanovla bərabər çalışıb. Deməli, Oqtay müəllimə öz işini yaxşı bilən kadrlarla yanaşı, həm də Elsevər Ağayev kimi pul işini yaxşı bilən kadrlar da lazım imiş.
Onu da bildirək ki, birbaşa olaraq səhiyyə nazirliyində qərarlaşan dərman mafiyası ilə bağlı redaksiyamıza yeni əlavə faktlar da daxil olub. Araşdırmalarımız davam edir. Yaxın vaxtlarda həmin materialları da diqqətinizə çatdıracağıq. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
| • Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16 |
|
|
|
| • Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14 |
|
|
|
| • Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11 |
|
|
|
| • Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08 |
|
|
|
| • "Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54 |
|
|
|
| • Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52 |
|
|
|
| • Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51 |
|
|
|
| • Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46 |
|
|
|
| • İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37 |
|
|
|
| • “Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36 |
|
|
|
| • İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32 |
|
|
|
| • Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
| • Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27 |
|
|
|
| • Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26 |
|
|
|
| • İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21 |
|
|
|
| • 33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07 |
|
|
|
| • 17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00 |
|
|
|
| • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57 |
|
|
|
| • Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54 |
|
|
|
| • "Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45 |
|
|
|
| • AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39 |
|
|
|
| • “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36 |
|
|
|
| • Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26 |
|
|
|
| • “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17 |
|
|
|
| • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16 |
|
|
|
| • Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06 |
|
|
|
| • Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00 |
|
|
|
| • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54 |
|
|
|
| • Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44 |
|
|
|
| • Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41 |
|
|
|
| • Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33 |
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
|