Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                 

ƏBÜLFƏZ EIÇİBƏYƏ QARŞI DAHA BİR İTTİHAM
Tarix: 6-07-2012, 14:13 | Çap et
ƏBÜLFƏZ EIÇİBƏYƏ QARŞI DAHA BİR İTTİHAM

GENERAL BƏRŞADLININ OĞLUNDAN GƏLDİ

“Elçibəy atama verdiyi vədə sahib çıxmadı”

“Ermənistanla hərbi münaqişə başlayanda atam doktrinanı hazırladı. O prezident Elçibəyə təqdim edilmişdi və bəyənilmişdi”

Bu gün müstəqil Azərbaycanın ilk müdafiə naziri, sonralar Baş Qərargah rəisi olmuş mərhum general-leytenant Valeh Bərşadlının doğum günüdür. Bir gün əvvəl Modern.az saytının ofisində qonaq olmuş peşəkar hərbçinin oğlu Ruslan Bərşadlı atası ilə bağlı xatirələrlə bərabər, onun zəfərləri və məğlubiyyətlərini də paylaşdı.

– Bərşadlı nəslində atama qədər hərbçi olmayıb. Qubadlının Eyvazlı kəndində doğulmuş atamın atası, yəni babam Əyyub Bərdşadlı kolxoz sədri olub. O, 1937-38 illərdə sabotajçılıqda ittihamlanaraq repressiya məruz qalıb. Atamgil üç qardaş olublar, bir qardaşı hərbçi, digəri isə mühəndis olub. Atam Valeh Bərşadlının əsl təvəllüdü 1930-cu ildir, amma hərbi xidmətə çağırılması, yəni əslində Böyük Vətən müharibəsində iştirak eləmək üçün o, yaşını üç il böyüdüb. 1944-cü ildə isə hərbiyə gedib. O, ömrünün sonuna qədər hərbi xidmət sahəsində çalışıb və sıravi kursantdan Baş Qərargah Akademiyasının müdaviminə qədər böyük yol keçib. Valeh Bərşadlı 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi.

– Azərbaycana gəlməmişdən öncə Valeh Bərşad haralarda xidmət edib?

– İlk xidmət yeri Belarusda olub. Sonralar Moldovada, daha sonralar Cəmşid Naxçıvanski adına hərbi məktəbə təyinat alıb. Azərbaycana gəlməmişdən öncə atam Almaniyada sovet hərbi kontingentində komandanın birinci müavini olub. Mərhum prezidentimiz Heydər Əliyevin təkidlərindən sonra atam öz doğma yurduna qayıdıb. Azərbaycanda kadr azlığının olmasını nəzərə alıb onun Bakıya gətirilməsinə nail olunub və bu gün tanıdığımız bir sıra generallar onun tələbəsidir.

– SSRİ dövründə azərbaycanlının rütbədə yüksəlişi nadir hadisə idi. Atanızın general-leytenant rütbəsinədək yüksəlməsi, həm də 50 yaşında, heç maneələrlə qarşılaşmayıb?

– Maneələr təbii ki, vardı. Amma ailədə heç vaxt belə şeylərdən söz açmazdı.

– Heydər Əliyevlə tanışlığı hansı dövrə təsadüf edir?

– Birinci katib vəzifəsində işləyərkən, atam Almaniyada idi. Tanışlıqları da, bildiyim qədər elə o vaxtlara təsadüf edir. 1970-ci illərdə atam Bakı şəhərinə gələndən onlar əlaqəni heç vaxt itirməyiblər. Hətta xatırlayırsınızsa, Heydər Əliyevin son çıxışı da Valeh Bərşadlı haqqında idi.

– Hərbi məktəbdə neçə il işlədi?

– 1970-1980-ci illər arasında hərbi məktəbdə işləyib. 1987-ci ildə artıq atam pensiyaya çıxdı. 90-cı illərin əvvəlində isə onu Müdafiə Nazirliyinə dəvət etdilər.

– 90-cı ildə “Bərşadlı planı” deyilən hərbi doktrina hazırlanmışdı...

– Ermənistanla hərbi münaqişə başlayanda atam doktrinanı hazırladı. O prezident Elçibəyə təqdim edilmişdi və bəyənilmişdi. Amma vəzifəyə gəlmiş AXC funksionerlərinin siyasi intriqaları bu doktrinanın həyata keçməsinə mane oldu. Halbuki, müzakirə zamanı eks-prezident, o vaxtlar Ali Baş Komandan olan Elçibəyin özü “Cənab general, mən özüm də sizin əsgərinizəm” demişdi.

– Atanızı müdafiə naziri vəzifəsində əvəz etmiş Rəhim Qazıyevlə münasibətləri necə idi?

– O, həmişə deyərdi ki, Azərbaycanın ən çox çatışmayan cəhətlərindən biri istənilən sahə mütəxəssisinin öz sahəsində deyil, başqa sahədə çalışmasıdır. Deyirdi ki, hətta Elçibəy dövründə onu vəzifəyə təyin edərkən şərt kəsmişdi ki, hərbi işdə heç kim işinə müdaxilə etməyəcək. Amma Elçibəy verdiyi sözün üstündə dura bilmədi. Rəhim Qazıyev hər şeyə müdaxilə edirdi. Peşəkar hərbçi olan atam bir şeydə israr edir, Əbülfəz Elçibəyə təzyiq göstərən, hərbi təcrübəsi olmayan riyaziyyat müəllimi Rəhim Qazıyev isə öz istədiyinə nail olurdu. Keçmiş baş prokuror Murad Babayevin Modern.az-a verdiyi müsahibədə xatırlanan epizodu bir daha təkrar etmək istəmirəm. Həyat, sonradan baş vermiş proseslər, xüsusilə cəbhədəki ağır məğlubiyyətlər Valeh Bərşadlının haqlı olduğunu isbatladı.

– “Cənab general, mən özüm də sizin əsgərinizəm” demiş Elçibəydən incikliyi vardımı?

– Deyirdi ki, Elçibəy yaxşı insandır, amma zəif siyasi rəhbərdir. Çünki atama verdiyi sözə əməl etməmişdi. Bununla belə, atamı istefaya göndərəndən sonra Əbülfəz Elçibəy onun təcrübəsini nəzərə aldı, Naxçıvanski adına hərbi məktəbə rəis təyin etdi. Dünyasını dəyişənəcən o, bu vəzifədə qaldı.

– Bəs Baş Qərargahdakı digər hərbçilər: Dadaş Rzayev, Vahid Musayev, Zaur Rzayev və s. Onlar niyə Valeh Bərşadlıya dəstək olmurdu?

– Atama hərbçilər arasında çox böyük hörmət var idi. Çünki əksəriyyət onun rəhbərlik etdiyi hərbi məktəbdə yetişmişdi. Amma bu insanlar da çətin anlarda, mühüm məqamlarda siyasi xadimlərin çıxardığı qərarla müdaxilə edə bilmirdilər.

– Qarabağda gedən müharibənin sonu ilə bağlı nə deyirdi?

– Azərbaycanın hər zaman qalibiyyətinə inanırdı və cavab olaraq deyirdi ki, əgər məsələyə onun dediyi kimi yanaşsalar, əlbəttə, qalib gəlmək olar. Demişdi ki, hətta iki həftədən sonra bayrağımızı Xankəndində də ucalda bilərik. Atam bu məsələ ilə bağlı hətta Heydər Əliyevlə, onun qardaşının bağ evində görüşmüş və məsələni müzakirə etmişdi.

– Qubadlı işğal olunanda Valeh Bərşadlı bu hadisəni necə qarşıladı?

– O həmişə təəssüflənirdi. Təəssüflənirdi ki, orduda nizam-intizamın düzgün qurulmayıb, daxili hərc-mərcliyin baş alıb gedir... Deyirdi ki, biz qalib gələ bilmədik. Halbuki qələbənin beş addımlığındaydıq. O günlərdə çox pərişan idi... O hər zaman deyərdi ki, xalqımız içərisində mərd , vətənimiz uğrunda öz canını qurban verməyə hazır olan oğullar çoxdur. Amma çox təəssüflər ki, bu mərd oğlanları bir araya gətirib, vahid hərbi komanda altında döyüşə göndərən insan olmadı.

– Yəqin ki, ən azı intuisiyası ilə cəbhənin əks tərəfində olan erməni qoşunlarına hər zaman yardım göstərənin kim olduğunu da yaxşı anlayırdı, eləmi?

– Sözsüz, Rusiyanın hər zaman Qafqaza qarşı böyük maraqları olub. Qafqaz uğrunda əsrlərdən bəri günahsız yerə qanlar axıdılıb. Atam bunu anlayırdı...

– Ailəniz haqqında demək olar ki, heç nə məlum deyil?

– Atam 20 yaşında evlənmişdi. Hələ kursant ikən. Belarusda. İki qardaş, bir bacıyıq. Qardaşım Eldar Bərşadlı hərbçidir.

– İndi harada xidmət edir?

– Rusiyada.

– Onu rus-sovet generalı Şatalinlə qohumluq tellərinə malik olması doğrudurmu?

– Eldar raket-artilleriya qoşun növü üzrə Akademiyanı bitirib. Həyat yoldaşı keçmiş SSRİ daxili qoşunlarının komandanı Şatalinin qızıdır.

– Ümumiyyətlə, Valeh Bərşadlı necə ata olub? Adətən, hərbçilər, sərt təbiətli, intizam tələbkarı olurlar...

– Ciddi insan idi və evdə hər zaman nizam-intizam qaydalarını pozmamağı bizə də məsləhət görürdü. Atam hər zaman iş başında olmasına baxmayaraq, bizə vaxt ayırırdı. Onun mənə qarşı diqqəti daha çox olub, hətta bir dəfə evə gec gəlməyimə belə möhkəm hirslənirdi. O, bizlərdən də çox nəvələrini sevirdi və onlara xüsusi vaxt ayırırdı.

– Atanızın yaxın dostları arasında Kamran Hüseynovun da adı çəkilir...


– Doğrudur, onlar çox yaxın dost olublar.

– Maraqlıdır, Kamran Hüseynov Kəlbəcərin işğalından sonra onların yerləşməsi üçün böyük işlər görüb, bəs Valeh Bərşadlı Qubadlıdan olan qaçqınlara necə yardım edib?

– Onun qəbulunda həmişə doğma yurd-yuvasından ayrı düşmüş insanları görmək olardı.

– Valeh Bərşadlının hobbisi nə idi?

– Ovu çox xoşlayırdı. Hələ bağ evində kabab çəkməyini görəydiniz... Bunu ustalıqla edirdi və heç bir mahir aşpazdan geri qalmırdı. Xüsusilə, öz ad gündə kabab bişirilməsini yaddan çıxartmaz və qohumlara onun bişirilmə qaydasını da öyrədərdi. “Kabab bişirməyin üç şərti var”, deyərdi. İlk növbədə ətin duzu əvvəlcədən vurulmalı və basdırılmalıdır. Daha sonra közü çox da isitmədən kababı şişə keçirdib, bişirmək lazımdır...

– Sabah (müsahibə dünən götürülüb – red.) Valeh Bərşadlının doğum günüdür. Atanız bu günü necə qeyd etməyi xoşlayırdı?

– O, doğum gününü bağ evində, qohumların ətrafında qeyd edirdi. Atam qohumları ilə heç vaxt get-gəlişi pozmurdu. Hətta bizə bunu zaman-zaman irad da tuturdu. Vaxtınız az olsa belə, heç vaxt qohumlarla get-gəlişi pozmayın deyərdi.

– Valeh Bərşadlının doğum günündə siz, yəni ailəsi onu necə yad edəcək?

– Biz hər il atamın doğum günündə Fəxri Xiyabana gedirik, Quran oxutdururuq, qəbri üstə güllər qoyuruq...

– Sizcə, atanızın xatirəsi Azərbaycanda layiqincə qiymətləndirilirmi?

– Atamın xidmətləri danılmazdır. Bunu təvazökarlıqdan uzaq olsa da, təkcə mən yox, hamı deyir. Onun necə peşəkar hərbçi olmağını Azərbaycanda hamı bilir. Amma bu gün adına nəinki küçə, hətta evinin qarşısına barelyef də yoxdur. Haqında cəmi iki kitab nəşr olunub: Abdulla Qurbani və Viktor Tatarenkonun bədii-sənədli əsərləri.

– Əgər Valeh Bərşadlının xatirəsini əbədiləşdirmək imkanı yaranarsa, ev muzeyi təşkil etmək üçün yadigar qalmış əşyalar varmı?

– Bəli, övladları onun hərbi forması, hətta şəxsi əşyalarını belə qoruyub saxlayırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru